Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Fransa məhkəməsi separatçı rejimlə imzalanmış daha bir neçə “Dostluq xartiyası”nı ləğv edib
Tarix: 12.06.2019 | Saat: 15:20:00
Bölmə:Gündəm | çapa göndər

Fransada erməni lobbisinin ciddi səylərinə baxmayaraq sparatçı Dağlıq Qarabağdakı separatçı rejimin "müstəqil subyekt" kimi tanıdılması cəhdləri bir-birinin ardınca iflasa uğrayır. Bu istiqamətdə güclü "hüquqi baza" kimi təqdim edilən yerli özünüidarə orqanlarının separatçı rejimlə imzaladığı "sazişlər" bir-birinin ardınca öz qüvvəsini itirir. 

Belə ki, Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsi Fransa departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış daha bir neçə “Dostluq haqqında xartiya”nı ləğv edib.

Hafta.az-ın xəbərinə görə, bu barədə Fransada fəaliyyət göstərən “armenews.com” erməni internet resursu məlumat yayıb. Məlumatda bildirilir ki, məhkəmə işğalçı Dağlıq Qarabağ marionet rejiminin nümayəndələri ilə Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri arasında imzalanmış “Dostluq haqqında xartiya”ları qanuni hesab etməyərək ləğv edib.
Qeyd edək ki, mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv edib. Qrenobl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019