Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sülh abidəsinin yerləşdiyi kiçik ərazi səhralığa çevrilib
Tarix: 12.06.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Paytaxtda və onun ətraf qəsəbələrində abadlıq, quruculuq işləri aparılır, yaşıllıqlara qayğı göstərilir. Xüsusilə də mərkəz yol kənarlarında və yol qovşaqlarında qazon salınır, hər mövsümə uyğun güllər, çiçəklər əkilir. Təəssüflər olsun ki, Bakı şəhər Nizami rayonunda biz bunların şahidi ola bilmirik. Adıçəkilən rayonda, nədənsə, yaşıllıqlara soyuq münasibət bəslənilir. 

Diqqətdənkənar qalan belə yerlərdən biri də Nizami rayonunun mərkəzi sayılan “Səkkizinci Kilometr” qəsəbəsi, “Neftçilər” metro stansiyasının yaxınlığındakı dörd yol dairəsidir. Həmin ərazi paytaxtın görkəmli, mənzərəli yerlərindən biridir. Dörd yol dairəsindən “Xaıqlar Dostluğu”, “Koroğlu” metro stansiyaları, eləcə də Bakıxanov və Xəzər Universiteti istiqamətlərində intensiv hərəkət mövcuddur. Xatırladaq ki, sözügedən dairədə hələ Sovetlər birliyi dövründə möhtəşəm Sülh abidəsi ucaldılıb. Abidə qəsəbəyə xüsusi gözəllik verir. Əvvələr abidənin ətrafı yaşıllığa, gül-çiçəyə qərq olardı. Mövsümlə əlaqədər əsrarəngiz güllər əkilərdi.
Neçə ildir, abidənin ətrafı baxımsız qalıb, kiçik bir sahəni bürüyən qanqal və alaq otları quruduğundan, boz səhralığa çevrilib.
Sakinlər deyirlər ki, bəşəri və insanları sülhə səsləyən abidə baxımsız qalıb. Onların sözlərinə görə, rayon ərazisində yaşıllığa fikir verilmir. Nəinki abidələr, hətta yaşayış binalarının həyətində də yaşıllığa fikir verilmir. Paytaxtda ən imkanlı və ən böyük bələdiyyələrdən biri də Nizami Rayon Bələdiyyəsidir. Təəssüflər olsun, nə sözügedən qurumun, nə də Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin fəaliyyəti gözə çarpır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019