Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sumqayıt şairlər gününü qeyd edib
Tarix: 12.06.2019 | Saat: 19:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycan Yazıçılar Birliyi, Gənc Şairlər Birliyi, AYB Sumqayıt bölməsi və Sumqayıt Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM), Türkiyə və Azərbaycan iş adamları və Sənayeçilər İctimai birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sumqayıtda IX Şairlər günü qeyd olunub.

Əli Kərim və Abdurrəhim Karakoçun xatirəsinə həsr olunan IX Şairlər günü Poeziya evində keçirilib. Poeziya evinin direktoru İbrahim İlyaslı Azərbaycan Türkiyə qardaşlığının, birliyinin qədim köklərə söykəndiyindən danışıb, bu birliyin əbədi və sarsılmaz olduğunu qeyd edib, Türkiyə və Qazaxıstandan gələn qonaqları ədəbi ictimaiyyətə təqdim edib.
Millət vəkili Qənirə Paşayeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna Əli Kərim və Abdurrəhim Karakoç poeziyasının məziyyətlərindən danışıblar.
Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) başkanı Mehmet Nuri Parmaksız Türkiyə və Azərbaycan arasında yaranmış ədəbi körpünün Türk dünyası yazarlarının bir-birini tanımasına vəsilə olduğunu söyləyərək, bu gün belə genişmiqyaslı ədəbi əlaqələrin yaranmasının təqdirəlayiq bir hal olduğundan bəhs edib.
AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin Respublika Prezidenti İlham Əliyevin və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ədəbiyyatımıza, mədəniyyətimizə, söz və sənət adamlarına göstərdiyi diqqət və qayğıdan, şəhərdə gedən irimiqyaslı abadlıq-quruculuq işlərindən söz açaraq bildirib ki, Sumqayıtın 70 illik yubileyi ərəfəsində qardaş Türkiyə və Qazaxıstandan qələm adamlarının şəhərimizə gəlişi sumqayıtlılar üçün, Sumqayıt ədəbi camiəsi üçün ikiqat bayrama çevrilib.
Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Rəfiqə Şəms, İlter Yeşilay, Turan Düz, Mahmut Özkoca, Ayberek Eyqerek, Evlan Yunus, Günel Eyvazlı və Nazilə Gültacın oxuduğu şeirlər məclisə böyük coşqu gətirib.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019