Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu gün 36 məsələyə baxılacaq
Tarix: 13.06.2019 | Saat: 10:14:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək.

Hafta.az-ın məlumatına görə, iclas iki gün davam edəcək. İclasın ilk günündə deputatlar əvvəlcə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə məsələni müzakirə edəcək.

Daha sonra "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Hesablama Palatası haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında", "Milli arxiv fondu haqqında", "Avtomobil yolları haqqında", "Mədəniyyət haqqında" və digər qanunlara, o cümlədən Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edəcəklər.

İki gün davam edəcək iclasın gündəliyinə 36 məsələ daxildir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019