Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub - FOTO
Tarix: 13.06.2019 | Saat: 10:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

İyunun 12-də Akademik Musiqili Teatrda Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

Mədəniyyət Nazirliyindən hafta.az-a verilən məlumata görə, yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyev, rəqslərin quruluşu Əməkdar artistlər Zakir və Leyla Ağayevalara məxsusdur.

Gecədə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxuyub.

Yubiley axşamı benefis formasında həll olunub. Benefis axşamında aktyorun səsləndirdiyi mahnılar, monoloqlar, videobloklar nümayiş olunub. Tədbirdə Xalq artistinin iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar göstərilib. Gecədə 70 yaşlı sənətkar tədbirin əvvəlindən sonunadək həm yubilyar, həm aparıcı, həm də iştirakçı kimi səhnədə çıxış edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019