Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Fransa məhkəməsinin qərarları Azərbaycan siyasətinin uğurudur" - Politoloq
Tarix: 13.06.2019 | Saat: 13:47:00
Bölmə:Siyasət | çapa göndər

Fransa məhkəməsinin qərarlarına Azərbaycan siyasətinin uğuru kimi yanaşmaq lazımdır. Çünki yerli bələdiyyələrlə separatçı rejim arasında imzalanan məlum sənədlər ermənilərin çirkin əməllərindən biri idi.

Bu sözləri hafta.az-a politoloq Qabil Heseynli Fransanın Qrenobıl şəhərinin inzibati məhkəməsi bu ölkənin Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış dörd “Dostluq haqqında xartiya”nı ləğv etməsinə münasibət bildirərkən dedi.

Politoloqun fikrincə, bu kimi hallar beynəlxalq qanunvericiliyə tamamilə ziddir: “Bu nöqteyi nəzərdən Azərbaycan siyasəti müxtəlif beynəlxalq təşkilatlar qarşısında bu məsələni qaldırdı, müsbət həllinə nail olundu. Bu ermənilər üçün bir ibrət dərsi idi. Məlum qərarlar həmçinin Fransa kimi digər böyük dövlətlər üçün də bir mesaj idi. Azərbaycanın ərazi bütövlüyünə təcazvüz edənlərin əməllərinin qarşısını almağa yönələn təsirlərdən biridir”.

Qeyd edək ki, mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019