Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda daha bir yanğın olub
Tarix: 13.06.2019 | Saat: 16:14:00
Bölmə:Hadisə | çapa göndər

Bakının Binəqədi rayonunda yanğın başlayıb.

Hafta.az xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yanğın hadisəsi qəsəbə ərazisindəki zibillikdə başlayıb.

Hazırda hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınsa da, ərazidə alovun tam söndürülməsi hələlik mümkün olmayıb. 

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Xatırladaq ki, bir neçə saat əvvəl Binəqədi rayonu, İ.Paşayev küçəsində boş sahədə də yanğın başlamışdı. FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları alovu söndürüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019