Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Bu "xartiya”lar dövlətçilik maraqlarına zərbə idi" - Politoloq
Tarix: 13.06.2019 | Saat: 15:36:00
Bölmə:Siyasət | çapa göndər

Fransanın Qrenobıl şəhərinin inzibati məhkəməsi bu ölkənin Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış dörd “Dostluq haqqında xartiya”nı ləğv elədi.

Fransa kimi erməni lobbisinin güclü olduğu bir dövlətdə bu addımın atılması, Azərbaycan üçün nə vəd edir? Erməni lobbiçiləri üçün bu nəticə gözlənilən idimi?

Politoloq Fikrət Sadıqov hesab edir ki, erməni lobbisi nə qədər belə qərarların arxasında dursa da, dövlətçilik siyasətində lobbiçilik uduzur:

“İlk növbədə o sənədin qəbul olunması erməni lobbilərinin dəstəyi ilə baş tutmuşdu. Onlar arxasında dayanırdılar. Dünya siyasətində bir çox hallarda lobbiçilik uduza bilər. Lobbi dairələrin addımları bir sıra dairələrlə qarşı-qarşı da dayana bilər. Fransa kimi ermənipərəst dairələrin olduğu yerdə hüquqşünaslar ən sonda başa düşürlər ki, həqiqət nədir. Onlar başa düşürlər ki, dövlətçilik saxlanılmalıdır. Bu "xartiyalar" dövlətçilik maraqlarına zərbə idi”.

Politoloq hesab edir ki, bu addımlar Azərbaycanın diplomatik fəallığı, eləcə Fransa tərəfinin hüqüqşünaslarının anlayış göstərməsinin məntiqi davamıdır:

“İmza atanlar düşünməyiblər ki, konkret bir qanunu həyata keçirən hüquqşünaslarla üzləşəcəklər. Görünür sağlam düşüncəli hüquşünaslar Fransada başa düşürlər ki, normalara zidd dövlətlərarası münasibətlərə ziyan vuran addımların qabağını almaq lazımdır. O həm hüquqa, həm normalara zərbədir və eyni zamanda reallıqdan uzaq bir addımdır. Onlar başa düşülər ki, o sənəd sadəcə bir boş kağızdır. Bu sənədin ləğvi digər ölkələr üçün də dərs olmalıdır. Düşünürəm ki, belə dırnaqarası xartiyalara imza atmaq istəyən ölkələr düşünməlidir ki, qarşıdakı illərdə belə addımları nə ilə üzləşə bilər”.

Qeyd edək ki, mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib. Qrenobl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019