Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Misiri görmək istəyən azərbaycanlı turistləri qəbul etməyə hazırıq" - Adel İbrahim
Tarix: 13.06.2019 | Saat: 13:04:00
Bölmə:Sosial | çapa göndər

Misirin Azərbaycandakı Fövqladə və Səlahiyyətli səfiri Adel İbrahim, Misirin Turizm naziri xanım Dr. Rania əl-Mashatın başçılıq etdiyi nümayəndə heyətinin 15-18 iyun tarixlərində Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Bakıya gələcəyini və bu səfərin bir neçə illik fasilədən sonra Misirdən Azərbaycana nazir səviyyəsində olan ilk səfər olduğunu bildirib.

Hafta.az-ın yazdığına görə, diplomat deyib ki, Səfirliyin iki ölkə arasında birbaşa uçuşların davamlılığını təmin etmək məqsədilə apardığı lazımi təbliğat və təşviqat kampaniyası çərçivəsində səfirlik tərəfindən Misirin Turizm naziri üçün Azərbaycanın rəsmi xəbər agentliklərinin, mətbuat orqanlarının və genişmiqyaslı yayıma malik televiziya kanallarının iştirakı ilə mətbuat konfransı və müsahibələr təşkil edəcək. Həmin mətbuat konfransı və müsahibələr zamanı Azərbaycan Hava Yolları - "AZAL"ın 8 iyul tarixindən etibarən Bakıdan Qahirəyə təşkil edəcəyi çarter reysinə, eləcə də 18 iyuldan başlayaraq Bakıdan Şarm əl-Şeyx şəhərinə açılacaq digər çarter reysinə dair məsələlərə toxunulacaq.

Səfir Misir turizminin əvəllər olduğu kimi son iki il ərzində də yüksək dərəcələrə və rekord göstəricilərə nail olduğunu vurğulayıb. O, beynəlxalq ekspertlərin şahidliyi ilə Misirdə təhlükəsizliyin, sabitliyin olduğunu və rəsmi Qahirə tərəfindən turistlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi təhlükəsizlik standartlarına riayət edildiyini bildirib. Diplomat həmçinin Misirin turizm bölgələrini ziyarət etmək arzusunda olan, Qədim Misir mədəniyyəti ilə tanış olmaq istəyən Azərbaycan vətəndaşlarının istəyini nəzərə alaraq bu ölkəyə getmək istəyən azərbaycanlı turistləri qəbul etməyə hazır olduğunu deyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019