Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“AzTV“nin çəkiliş qrupu Laplandiyadan qayıdıb
Tarix: 24.12.2009 | Saat: 15:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

“AzTV“nin Yeni ildə tamaşaçılara təqdim edəcəyi “Laplandiyadan gələn qonaq“ film-tamaşasının çəkiliş qrupu Laplandiyadan qayıdıb. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mətbuat xidmətindən “Lent.az“a verilən məlumata görə, film-tamaşanın reyissoru Faiq Kərimoğlu deyib ki, Azərbaycan Televiziyasının tarixində ilk dəfə Santa-Klausla görüş onun sehrli məkanı sayılan Laplandiyada çəkilib. Ssenariyə əsasən, Bakıdakı mədəniyyət saraylarının birində fərqli Yeni il şənliyi keçirmək qərara alınır. Bunun üçün Santa-Klausu Laplandiyadan Azərbaycana gətirmək təklif olunur. Amma onu cənuba gətirmək elə də asan başa gəlmir. Santa-Klaus bir qrup mədəniyyət işçisindən Azərbaycandan gəldiklərini sübut etmək üçün muğam oxumağı tələb edirg F.Kərimoğlu qeyd edir ki, Santa-Klausun Laplandiyadan gətirilmə səhnəsinin Murmansk oblastının Lavozero bölgəsində lentə alınması çəkiliş qrupu üçün əsl sınağa çevrilib. “Çəkiliş qütb gecəsi dövrünə təsadüf etmişdi. Sərt iqlim şəraitində epizodların çəkilməsi üçün hər gün cəmi 1,5 - 2 saat vaxtımız olurdu. Çünki saat 11-də hava işıqlanmağa başlayır, saat 13-də isə artıq gün batırdı. Hava o qədər soyuq olurdu ki, quruluşçu operator Tanrıverdi Tanrıverdiyev əlini ştativdən çəkəndə dərisi soyulurdu, milli geyimli xanəndələrin və musiqiçilərin açıq havada öz nömrələrini ifa edərkən hansı çətinliklərdən keçdiklərini təsəvvür edin. Lakin bütün bunlara baxmayaraq yaradıcı qrup böyük həvəslə işləyərək 5 gün ərzində öz vəzifəsinin öhdəsindən məharətlə gəldi“. Lavozerodakı çəkilişlərdə Brilyant Dadaşova, Rüfət Mehdiyev, Ədalət Şükürov, Abgül Mirzəliyev, Ənvər Sadıqov, Aşıq Samirə və başqaları iştirak ediblər. Film-tamaşada həmçinin Siyavuş Aslan, Sabir Məmmədov, Rövşən Kərimduxt, Naibə Allahverdiyeva, Tofiq Hüseynov, Aslan Şirinov və digərləri çəkiliblər. Laplandiyadan başqa, çəkilişlər “AzTV“nin pavilyonlarında, Mərdəkandakı mədəniyyət sarayında və təyyarədə aparılıb. Hazırda filmin son montay işləri gedir. Qeyd edək ki, Faiq Hüsüyev və Hafiz İmamnəzərlinin ssenari müəllifi olduqları film-tamaşanın quruluşçu reyissoru Faiq Kərimoğlu, quruluşçu operatoru Tanrıverdi Tanrıverdiyev, operatoru Rüfət Kərimov, işıqçısı Elçin Nağıyev, montayçıları Rəşid İslamov və Feyzulla Abdullayev, inzibatçısı Tural Məmmədovdur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018
12.11.2018