Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bülbülün ev-muzeyi dağıdılmayıb
Tarix: 31.07.2009 | Saat: 14:15:00
Bölmə:Siyasət | çapa göndər

Erməni saytı “Armtoday“ belə bir məlumat yayıb ki, guya Azərbaycan xanəndəsi Bülbülün Şuşadakı ev-muzeyi dağıdılmayıb.

Qondarma Dağlıq Qarabağ rejiminin turizm üzrə idarəetmə idarəsinin rəsmisi Slava Sarqasyan Bülbülün ev-muzeyinin nə vaxtsa Şuşanın tarixi abidələrindən biri ola biləcəyini istisna etməyib. “Azadlıq“ radiostansiyasına müsahibə verən Sarqasyan bildirib ki, bizim siyasətimiz müsəlman və xristian tarixi abidələrinin qorunması məsələlərində ayrı-seçkiliyə yol vermir və bu istiqamətdə əhəmiyyətli dərəcədə mühim işlər görülüb. Erməni jurnalistləri xanəndə Bülbülü xatırlayan Şuşa sakini Qriqor Avanesyanı taparaq ondan müsahibə götürülblər. Avanesyan bildirib ki, Bülbül heç vaxt Şuşada yaşamayıb. O sonra məntiqsiz fikirlər söyləməyə başlayıb. Onun sözlərinə görə, “bülbül“ sözü ermənilərdə də var. Bülbül erməni dilində bülbül deməkdir. Xanəndə bülbül kimi oxuduğuna görə ona belə ad verilib. O, əsasən xalq mahnıları oxuyarda və deyilənə görə, Bülbül “erməni“ olub. Yaxşı ifaçi kimi onu Bakıya aparıblar, elə o vaxtdan Bülbül Bakıda qalıb. Onun övladları Şuşada deyil, Bakıda doğulublar. Şuşada Bülbülün evinin “Qoçarinov“ rayonunun mərkəzində yerləşdiyi hamıya məlumdur. Bununla belə məlumatlarda Şuşa sakinlərinin Azərbaycan xanəndəsinin ev-muzeyinin qorunub saxlanılması fikirlərinə qarşı olduqları bildirilir. Tarixçi Qarçik Arutyunyan da qeyd edib ki, Bülbül şuşalı olmayıb, onun Şuşada ancaq bağ evi olub. O hesab edir ki, “Qarabağ hökuməti“ nə vaxtsa Bülbülün evini abidə kimi qəbul etməsi cəfəngiyat olardı. Xalq artisti Polad Bülbüloğlu isə “vesti.az“ın suallarını cavablandırarkən deyib: “Hesab edirəm Bülbülün ev-muzeyi Şuşada olan digər tarixi-mədəni abidələr irsinə bərabərdir və onun bərpa olunması xeyirlidir“.

Elnur


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018