Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
11.159 nəfər işlə təmin edilib
Tarix: 05.03.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Bu ilin 1-ci yarısı ərəfəsində dünyanı bürümüş iqtisadi tənəzzülün və qlobal maliyyə böhranının 2-ci dalğasına start verilməsindən sonra, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın ayrı-ayrı sahələrində ciddi problemlərin yaşanması barədə müxtəlif məlumatlar yayılır.
Deyilənlərə görə, sözügedən problemlər üzündən işsizliyin ləğvi, yoxsulluğun səviyyəsinin azaldılması ilə bağlı dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərdən bəziləri təxirə salınıb. Digər tərəfdən maddi durumları ağırlaşdığından bir neçə müəssisədə və təşkilatda ixtisarların aparıldığı da söylənilir.
Müsahibimiz olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elnur Kələntərli isə deyilənləri birmənalı şəkildə təkzib edir. Onun sözlərinə görə, adıçəkilən qurum qarşısına qoyduğu məqsədə nali olmaq üçün bütün potensial imkanlarını və enerjisini səfərbər edib. Təxirə salınmış hər hansı bir tədbir yoxdur. Bundan başqa, ixtisarların aparılması ilə bağlı deyilənlər də doğru deyil.
- Təmsil etdiyiniz qurumun cari ilin 1-ci yarımilliyi üzrə fəaliyyətini necə xarakterizə edə bilərsiniz?
- Bizim əsas məqsədimiz dövlət qayğısının aztəminatlı vətəndaşlara daha layiqli səviyyədə, şəffaf və ədalətli, ünvanlılıq prinsipi əsasında çatdırılmasıdır. Bu səbəbdən də ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həllini tapması ilə bağlı bu ilin 6 ayında da nazirliyimiz bir sıra tədbir həyata keçirib. 1-ci yarımillikdə 132.945 ailə ünvanlı dövlət sosial yardımından (ÜDSY) bəhrələnib. Həmin ailələrin hər birinə ayda orta hesabla 112,98 manat sözügedən yardım ödənilib. ÜDSY təyin olunan ailələrdən 41.206-sı ilk dəfə bu yardımı alandır və bu da yardım alanların 31 faizini təşkil edir. 2009-cu ildə ÜDSY təyin olunmuş 144.844 ailədən 87.871, yəni 60,7 faiz ailə hazırda yardım almaqda davam edir. Yardım alan ailələrdən 94,9 faizi vəsaiti plastik kart vasitəsilə alır. Görülən işlərin yeni mərhələsi kimi, həmin yardımı alanların reablitasiya yolu ilə tədricən yoxsulluq həddindən çıxarılması nəzərdə tutulur. Bunun üçün ƏƏSMN hüquqi bazanın təkmilləşdirilməsi işinə başlayıb.
- Əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə hansı tədbirlər həyata keçirilib?
- 1-ci yarımillikdə Lənkəran şəhərində 36, Cəlilabad rayonunda 16 və 36, Bakı şəhərinin Qaradağ rayonunda isə 81 mənzilli yaşayış binaları inşa etdirilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib. Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının hər birində 81, Gəncə şəhərində, Balakən, Quba və İsmayıllı rayonlarının hər birində isə 36 mənzilli yaşayış binalarının tikintisi davam etdirilir. Ümumilikdə, indiyədək 3000-dən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Cari ilin 6 ayında əlillərə 88 ədəd “Slavuta“ markalı minik avtomobili verilib. Indiyədək 2700-dək əlil dövlət hesabına minik avtomobili ilə təmin edilib.
- Əlilliyin səviyyəsində hansı dəyişikliklər var?
- Əlilliyin artım dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 887 nəfər azalıb, təkrar əlil hesab edilənlərin sayı 1060, tam reabilitasiya edilənlərin sayı isə 2740 nəfər artıb. Bu müddətdə tam reabilitasiya göstəricisi 2,4 faizə yüksəlib. “2010-cu ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin dövlət proqramı“nın icrası olaraq müvafiq tədbirlər həyata keçirilib. Əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası ilə bağlı xaricə müalicəyə gedən 50 nəfər əlilin onları müşayiət edənlə birlikdə yol xərci, ölkə daxilində özəl klinikalarda müalicə alan 25 nəfərin isə qismən müalicə xərci ödənilib.
- İşsizliyin ləğvi və yoxsulluğun səviyyəsinin azaldılması ilə əlaqədar görülən işlərlə bağlı nə deyə bilərsiniz?
- Bu ilin 6 ayı ərzində məşğulluq xidməti orqanlarına 21.416 nəfər işaxtaran vətəndaş müraciət edib ki, onlardan da 11.159 nəfər münasib işlə təmin edilib, 815 nəfər isə haqqı ödənilən ictimai işlərə göndərilib. Həmçinin 2310 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Bakı və Naxçıvan şəhər, eləcə də Göyçay rayon regional peşə tədrisi mərkəzlərində 1227 nəfər peşə hazırlığı kurslarına göndərilib. Eyni zamanda məşğulluq xidməti orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birlikdə məhkumluq müddətinin bitməsinə az qalmış 45 nəfər şəxs “Elektrik qaz qaynaqçısı“ və “Avtomobilin təmiri üzrə çilingər“ peşələri üzrə hazırlıq kurslarına cəlb olunub. 1-ci yarımillikdə ölkənin 10 şəhər və rayonunda keçirilən yarmarkalar nəticəsində 861 nəfər işsiz vətəndaş münasib işlərlə təmin olunub. Həmçinin 97 nəfər peşə hazırlığı kurslarına, 90 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu dövr ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən əmək birjaları tərəfindən 1888 nəfər işsiz vətəndaş, o cümlədən 1020 nəfər qadın, 896 nəfər gənc, 82 nəfər qaçqın və məcburi köçkün, 12 nəfər əlil müvəqqəti xarakterli işlərlə təmin olunub. Bu müddətdə Bakı, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədi ilə “Karyerada ilk addım“ devizi altında keçirilən tədbirlərdə 271 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub. Dövlət Məşğulluq Xidməti 1-ci yarmıillikdə 62.100 nəfər gəncə peşəyönümü məsləhətlər verib.
- Əcnəbilərə fərdi icazələrin verilməsi prosesi hansı durumdadır?
- ƏƏSMN yanında Miqrasiya İdarəsi tərəfindən 2010-cu ilin 6 ayı ərzində 2784 əcnəbiyə fərdi icazə verilib və ötən illər ərzində verilmiş 1368 fərdi icazənin müddəti uzadılıb. Bu ilin iyulun 1-nə kimi Azərbaycanda fərdi icazə əsasında 912 müəssisədə 7091 əcnəbi işləyib ki, bu da ötən ilin müvafiq dövründə fərdi icazə əsasında işləyənlərin sayından 1,6 dəfə, yəni 4565 nəfər çoxdur. Bu müddət ərzində 51 əcnəbiyə verilmiş fərdi icazə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv edilib. Fərdi icazə əsasında işləyənlər ötən illərdə olduğu kimi, tikintidə 36,9 faiz və mədənıxarma sənayesində 32 faiz üstünlük təşkil edirlər. Hazırda respublikada fərdi icazə əsasında 87 ölkənin vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur ki, onlar arasında Türkiyə (3225 nəfər), Böyük Britaniya (1350 nəfər), Gürcüstan (312 nəfər), Hindistan (244 nəfər), ABŞ (198 nəfər) və Rusiya (176 nəfər) vətəndaşları çoxluq təşkil edir. Daxili əmək bazarında müvafiq mütəxəssislərin mövcudluğu və təqdim olunan sənədlərdə çatışmazlıqların olması səbəbindən 340 əcnəbiyə fərdi icazə verilməsindən imtina edilib. Daxili əmək bazarında yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə cari il üçün ölkədə əmək miqrasiyası kvotası 10.700 nəfər təsdiq edilib.
- Müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı hansı faktlar aşkarlanıb?
- 2010-cu ilin ilk 6 ayı ərzində Dövlət Əmək Müfəttişliyi (DƏM) tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq 1561 müəssisə, idarə və təşkilatda keçirilmiş dövlət nəzarəti zamanı əmək qanunvericiliyinə əməl olunmasına dair 5031 qanun pozuntusu aşkarlanıb. Bu pozuntulara ticarət və ictimai-iaşədə (1532), sənayedə (862), mənzil-kommunal və xidmətdə (429), elm, təhsil, mədəniyyətdə (547), tikintidə (359) daha çox rast gəlinib. 1-ci yarımillikdə əmək müqaviləsi olmadan işə cəlb edilmiş 2718 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilib. DƏM-in vəzifəli şəxslərinin aşkarladıqları inzibati xətalara görə işəgötürənlər 302.600 manat məbləğində cərimə olunublar.
Vətəndaşlardan daxil olmuş 1368 ərizə araşdırılıb və nəticədə onlara 5.742.841 manat gecikdirilmiş ödənclərin ödənilməsi, işdən qanunvericiliyin tələbləri pozularaq azad edildiyi müəyyənləşdirilmiş 34 nəfərin öz əvvəlki işinə qaytarılması təmin olunub. Sözügedən müddət ərzində istehsalatda baş vermiş və istehsalatla əlaqəli sayılmış 92 bədbəxt hadisədə 23 nəfər ölüb və 77 nəfər müxtəlifdərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş verən bədbəxt hadisələrin təhlili göstərir ki, bu cür hadisələr daha çox sənayedə (44), tikintidə (22), nəqliyyat və rabitədə (9) baş verir.

Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019