Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Min bir gecə“nin Onur Aksalı
Tarix: 17.02.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

“Min bir gecə“ serialının çox sevilən obrazlarından biri də xarizmatik, ədalətli, yalanı sevməyən və sərt bir iş adamı olan Onur Aksaldur. Həmin rolun mahir ifaçısı isə Xalid Ergençdir. Bir müddət əvvəl, rəqslə məşğul olduğu illərdə çəkilmiş fotoşəkilləri ilə gündəmə gələn yaraşıqlı aktyor “Həmin fotoşəkillərimdən heç utanmadım, narahat olmadım.
Onsuz da o fotoşəkilləri mənimlə deyil, Onurla bir araya gətirə bilmədilər“ dedi. Onun həyatı və yaradıcılıq fəaliyyəti barədə ətraflı məlumat vermək üçün məşhur aktyorla müsahibəni oxuculara təqdim edirik. - Rəqs etdiyiniz illərə, yəni 1993-cü ilə aid fotoşəkilləriniz bu yaxınlarda qəzetlərdə çap olundu. Onları gördüyünüz zaman nə düşündünüz?
- Onları mənə Bergüzar Korel (“Min bir gecə“nin Şəhrizadı) göstərdi. Çox çaşdım, çünki həmin illərə aid fotoşəkillər məndə yox idi. Ona görə də sözügedən şəkilləri görüncə sevindim və dərhal fotoşəkilləri təmin etməyə çalışdım. Mən çox işlərdə çalışdım. Kaş ki o iş başında olarkən şəkillərimi çəkmiş bir fotoqraf tapıla. Hər şey müdhiş olardı.
- Ayaqaltı satdığınızı bilirik. Başqa nə işlərlə məşğul oldunuz?
- Pəncərələrə təhlükəsizlik çərçivələri taxan bir şirkətdə işləmişəm. Ankaradakı Cinnah prospektində və Leventdə yerləşən bankların bütün şüşələrinin təhlükəsizlik çərçivələrini mən taxmışam. Həmin işləri görərkən çəkilmiş bir fotoşəklim olsa, super olar. Çünki məndə o işə dair heç şəklim yoxdur.
- Xarizmatik və ciddi rolların ifaçısı olaraq sözügedən fotoşəkillərinizin nəşr olunmasından narahatlıq keçirmədinizmi?
- Heç narahat olmadım və utanmadım. Utanılacaq bir şey yoxdur. Həmin fotoşəkillər mən 23 yaşında ikən çəkilib. İşimi sevərək görür və dəli kimi rəqs edirdim. Bütün həyatımı və gündəlik ruzimi rəqs edərək qazanırdım. Rəqs müəllimliyi edirdim, mahnı oxuyurdum. Heç biri də çəkindiyim və gizlətməyə çalışdığım işlər deyil.
- Hər kəs sizi canlandırdığınız obrazlarla tanıyır. Bəs Xalid Ergenç necə yaşayır, nə edir, nələrdən xoşlanır, necə insandır?
- Mübahisə etməyi, savaşmağı əsla xoşlamıram. Ümumiyyətlə, problem yaratmaq yerinə problemləri həll etməyi, həyatımı bacardığım qədər normal və sakit yaşamağı sevirəm. Səhərlər mütləq qızarmış çörək və ağ pendir yeməyi sevirəm. Tərs insan deyiləm. İşimi çox sevirəm. Mənim həyatımda hər şey sevgi üzərində qurulur. Təbiətə çox vurğunam. Əgər ətrafda yaşıllıq, dəniz görə bilməsəm, narahat olaram. Evimə getdiyim zaman yaşıllıq görməliyəm və mütləq qapımı açdığım zaman burnuma çiçək qoxusu gəlməlidir. Romantik, yemək bişirməyi, ata minməyi, motosikletlə gəzməyi, mahnı oxumağı, rəqs etməyi sevən adamam.
- Bir az da ailənizdən bəhs edərdinizmi?
- Ata-ana bir olan 2 uşağıq. Amma ata bir, analar ayrı 6 uşağıq. Atam Məmməd Sait Ergenç şəhər teatrında aktyorluq edirdi, təqaüdə çıxdı. O həmçinin yazıçı və bəstəkardır. O dövrün ən məşhur bəstələrinə imzasını atmış bir insandır. Yaxşı xatırlayıram, həmin vaxtlarda Müslüm Gursəs və Orxan Gəncəbay bizim evə tez-tez gələrdilər. Amma mən onların məşhur sənətçi olduqlarını bilmirdim. Anam İnci Aliyə Yüceışık isə evdar xanımdır. Çox dərin zəkasının olmasına baxmayaraq işləyə bilmədi. Bir zamanlar işləmək istədi, amma bacım Azadə dünyaya gəldiyi üçün bunu edə bilmədi. Çünki bacım əqliqüsurlu uşaq olaraq doğuldu.
- Bacınızın əqliqüsurlu olmasının səbəbi nədir?
- Qan uyuşmazlığı problemi idi. Anamın qanı mənfi idi, amma analiz götürüləndə nəticəsi səhv çıxmışdı. Bəzi insanların qanının müsbət, yaxud mənfi olduğu çox dəqiq təyin olunduğu halda, anamın qanı mənfi olmasına baxmayaraq bir çox analizlərdə müsbət çıxmışdı. Azadənin əqli qüsurlu olmasının səbəbi də bu idi.
- Uşaqlığınız necə keçdi?
- Mən ağacların başında böyüdüm. Təbiətə qəlbən bağlı olduğum üçün ictimaiyyətə gec alışdım. Özümə aid bir dünyam və qəhrəmanım var idi və mən həmin dünyamda həmin qəhrəmanla yaşayırdım.
- Qəhrəmanınız kim idi?
- Tarzan... Onu ilk dəfə gördüyüm zaman mənim qəhrəmanım olmuşdu. Çünki heyvanlarla bir yerdə idi, meşədə gəzirdi, hər şey çox sadə idi və Tarzan özünü çox xoşbəxt sanırdı. Ona həddən artıq vurulduğum üçün onun kimi yaşamağa çalışırdım. İplərlə ağacdan-ağaca tullanırdım, ağacın başında özümçün “yaşayırdım“. Yaşım çox olsa da, qəhrəmanım hələ də Tarzandır.
- Futbol oynamısınızmı, hər hansı bir futbol komandasına azarkeşlik etmisinizmi?
- Mən həyatım boyunca yalnız bircə dəfə futbol oynadım, amma hər şey rüsvayçılıqla bitdi. Ömrüm boyu heç bir komandaya fanatlıq etmədim. Bir dövr “Əczacıbaşı“nda basketbol oynadım. Lakin komanda oyunları mənlik deyildi. Belə bir nizam-intizam mənə xas olan şey deyil. Tez-tez ruh düşkünlüyü yaranan zaman qrup və komanda oyunlarına daxil olmaq mümkünsüzdür. Mənim ən çox sevdiyim idman növü velosiped sürmək idi. Velosipedimlə İstanbulda gəzmədiyim yer qalmadı. Həmişə müxtəlif yerlərə velosipedimlə gedər və gəzərdim.
- Sözügedən fotoqraflarınızda gözə ilk çarpan şey də əzələli qıçlarınızdır. Bunun səbəbi velosipedlə kilometrlərlə yol getməyinizdirmi?
- Bəli. Mən əzələlərimi velosiped sürmək və rəqslə məşğul olmaq sayəsində qazandım. Heç idman salonuna getmədim. Buna ehtiyac duymadım.
- Siyasət və iqtisadiyyat mövzuları ilə maraqlanırsınızmı?
- 8 il əvvələ qədər bir siyası dünyagörüşüm yox idi. 8 il əvvəl “TRT“yə Fəridə Bilginlə birlikdə “Düşüncədən sevincə“ adlı bir proqram hazırlayırdıq. O proqramla birlikdə bəzi şeylərin fərqinə varmağa, araşdırmağa, oxumağa başladım. İlkin mərhələdə “Karşı devrim“ kitabını oxudum. Oxuduqlarıma inana bilmədim. Çünki o zamana qədər mənim yaşanan hadisələrdən heç xəbərim olmayıb, bunu fərq etdim və böyük bir itki olduğunu gördüm.
- İtki dedikdə nəyi nəzərdə tutursunuz?
- Bir evimiz var, o ev yaşadığımız ölkədir. O evdə bir sıra çətinlik və problem yaşana bilər, rifah ola bilər və sair. Amma o ev bizim evimizdir. O evdə yaşananlardan xəbərsiz qala bilməzsiniz. Bu ölkədə yaşayırıqsa, bu ölkənin inkişaf etməsini və qorunub-saxlanılmasını təmin etmək üçün hamımızın çalışması gərəkdir. Bunların fərqində olmadan yaşamaq böyük səhvdir. Daha böyük səhv də fərqində olub fərqində deyilmiş kimi hərəkət etməkdir. Mən belə yaşaya bilmərəm.
- Məsələn: nə edirsiniz?
- Gecə yatarkən işığı söndürürəm. Sudan israfçılıq etməməyə çalışıram. Mütləq narahat olduğum şeyləri lazımi yerlərə bildirirəm. Bu evdə, yəni bu ölkədə yaşayan bir şəxs olaraq ölkənin dinc və xoşbəxt olması üçün əlimdən nə gəlirsə, etməyə çalışıram.
- Bəs nəyə görə 30 yaşınızda ikən Amerikaya getdiniz?
- Getməyim çox yaxşı idi. Çünki dünyagörüşümün formalaşmasına Amerikanın təsiri çox böyük oldu. Oraya getdiyim zaman Amerikanın dünya üzərindəki yerini, nələr edə bildiyini, insanlar və ölkələr üzərindəki təsirini gördüm. Bizim ölkəmizin hansı mövqedə olduğunu və bundan necə təsirləndiyini fərq etdim.
- Amerikadan qayıtdıqdan sonra gözlənilməz bir zirvəyə yüksəldiniz. Həm yaradıcı heyətin üzvləri, həm də tamaşaçılar sizi çox bəyənirlər...
- Bu nöqtəyə gəlməyim bir şansdır. Bu gün pulum, karyeram var, amma sabah olmaya bilər. Buna kimsə zəmanət verə bilməz. Mənim hər dövrüm çox gözəl idi. Məsələn: çox pulsuz olduğum 20 yaşımdakı dövrümü götürərəm. Onun hər anı mənə xüsusi ləzzət verirdi. 23 yaşında hazırda sahib olduğum şöhrəti istəməzdim. Yaxşı ki olmayıb. Bəyənilməyimə gəlincə isə bu çox ciddi təhdiddir. Bəyənilmək insanda çox ciddi çətinliklər yarada bilər. Marlon Brando “Bir aktyorun başına gələ biləcək ən pis şey özü haqqında yaradılan əfsanəyə inanmasıdır“ deyib. Bu çox doğrudur. Bu, bir əfsanədir. Amma Devranın, Sinanın, Onurun əfsanəsi, onların təsiri serial bitdikdən sonra ən çoxu 1 ay davam edər. Özümlə bağlı bunları da demək istəyirəm ki, şəxsi həyatımdan danışmağı sevmirəm. Yalnız bunu söyləmək istəyirəm ki, həyatım sevgi üzərində qurulub. Ağ atlı şahzadə olduğumu düşünmürəm. Çünki serialdakı atım qəhvəyi rəngdədir. Qadın pərəstişkarlarım qədər kişi pərəstişkarlarım da çoxdur. Səhnədə olmaqdan, mahnı oxumaqdan çox xoşlanıram. Qismət olsa, mahnılardan ibarət albom buraxdıracağam.


Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019