Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bu seçkilər bir məsələyə aydınlıq gətirəcək
Tarix: 13.02.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Bu ilin payızında keçiriləcək parlament seçkiləriöncəsi siyasi partiyalar, demək olar ki, hazırlıq prosesinə start veriblər. Bu partiyalardan biri olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) hazırlıq vəziyyəti və seçkiöncəsi blok yaratmaq imkanlarına, eləcə də digər məsələlərə aydınlıq gətirməsi üçün BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşdük.
- Əvvəla, qeyd edim ki, partiyamız verdiyi qərara uyğun olaraq seçkilərə ciddi hazırlaşır. İkincisi, seçkilərə digər partiyalarla qatılmaq, yaxud seçkilərdə digər partiyalarla əməkdaşlıq etmək məsələləri də gündəmdən çıxmayıb. Ola bilər ki, seçki ərəfəsində bu yöndə hansısa bir qərar qəbul edilsin. Amma bu istiqamətdə istək olsa da, hələlik konkret qərar yoxdur. Bununla belə, partiyamız hər bir halda özü seçkilərə ciddi hazırlaşır. Biz həmçinin nəzərə alırıq ki, seçkilərə tək getməli olsaq, partiya kimi pulsuz efir vaxtından istifadə etmək üçün 60-dan artıq dairədən namizəd irəli sürməliyik və çox güman ki, sürəcəyik. Onu da qeyd edim ki, namizəd irəli sürəcəyimiz 15 - 20 dairədə ciddi mübarizə aparmalı olacağıq. Hesab edirik ki, əsas ciddi mübarizə bu dairələrdə gedəcək. Hər halda, seçkilərə hazırlıq işləri davam edir və düşünürük ki, ümumiyyətlə, bütün siyasi partiyalar seçkilərdə iştirak etməlidir - seçkiqabağı mühitin necə olmasından asılı olmayaraq.
- Necə hesab edirsiniz, bu seçkidə mübarizə əsasən hansı qüvvələr arasında gedəcək?
- Bu seçkilərdə ümumən müxalifət - istər konstruktiv, istərsə də radikal adlandırılanlar olsun, hakimiyyətlə, hakimiyyətyönlü qüvvələrlə real rəqabət mühiti yaratmaq imkanlarına malik deyil. Nə müxalifət partiyalarının maddi-texniki imkanları buna şərait yaradır, - bildiyiniz kimi, bu məqam seçkilərdə çox önəmlidir - nə də müxalifətin təbliğat-təşviqat imkanları hakimiyyətlə real rəqabət mühiti yaratmağa imkan verir. Müxalifətlə hakimiyyət arasında təbliğat-təşviqat imkanları qeyri-bərabərdir, nisbət bütün hallarda iqtidarın xeyrinədir. Bu baxımdan bu seçkilərdə hakimiyyət partiyası ilə real, ciddi rəqabət mühiti yaratmaq mümkün olmayacaq. Sadəcə, bu seçkilər bir məsələyə aydınlıq gətirməlidir...
- Söhbət nədən gedir?
- Seçkilər belə bir məsələyə aydınlıq gətirməlidir ki, Azərbaycan hansı inkişaf yolunu tutur. Yəni Azərbaycanda əsas ana müxalifət kimi mövcud barışmaz müxalifət qalır, yoxsa konstruktiv müxalifət? Söhbət, daha konkret desək, narazı elektoratın hansı siyasi qüvvəyə dəstək verəcəyindən gedir...
- Sizcə, narazı elektorat “barışmazlara“, yoxsa “konstruktivlərə“ dəstək verəcək?
- Hər halda, çox ümid edirəm və eyni zamanda çalışacağıq ki, xalqımızı - narazı elektoratı inandıraq ki, onlar emosiya ilə qutu başına gəlib səs verməsinlər. Əgər onlar emosiya ilə səs versələr, əlbəttə, o zaman yalnız barışmazlara səs vermiş olacaqlar. Yəni onlar gəlsinlər qisas alsınlar, varislik olmasın, hər şeydən imtina edilsin, bu hakimiyyətlə nə bağlıdırsa, onlardan imtina olunsun və sair və ilaxır. Yox, əgər narazı elektoratı təmsil edən insanlar konstruktiv müxalifətə səs versələr, məsələlərə daha soyuq başla yanaşsalar, o zaman biz Azərbaycanı artıq yeni bir mərhələyə çıxara bilərik. Belə demək mümkünsə, hakimiyyətdə olan qüvvə nədənsə qorxub-çəkinməyəcək ki, o, hakimiyyətdən gedəcəyi təqdirdə bu birisi gəlib ona divan tutacaq. Daha doğrusu, Azərbaycanda normal iqtidar - müxalifət münasibətləri formalaşmış olacaq. Azərbaycanda ən azından müxalifətin qaldıracağı məsələlərə və müxalifətin təşəbbüslərinə münasibət dəyişmiş olacaq. Ölkə, belə deyək, təkamül yolu ilə inkişafı seçmiş olacaq. Amma bu seçkilərdə bələdiyyə seçkilərindəki kimi nəticə alınmış olsa, yəni nə konstruktiv, nə destruktiv müxalifət, ümumən müxalifət iflasa uğrasa, həmçinin xalq tam biganə vəziyyətdə kənarda dayansa ki, seçkilərdə iştirakın əhəmiyyəti yoxdur və sair və ilaxır, o halda artıq məsələlər başqa müstəvidə davam edəcək. O halda da mən hesab edirəm ki, seçkilərin “qalibi“ olacaq destruktiv müxalifət. Özü də nə mənada udmuş olacaq? O mənada ki, faktiki konstruktiv müxalifət uğur qazana bilmirsə, onda parlamentdə təmsil olunub-olunmamasından asılı olmayaraq artıq ictimai şüurda da, beynəlxalq rəydə də alternativ kimi məhz həmin barışmaz qüvvələr öndə duracaq və bizim 10 ildən çox müddət ərzində apardığımız konstruktivliyimizin iflası olacaq...
- Özünüzün iştirak edəcəyiniz dairəni necə, dəqiqləşdirmisinizmi?
- Çox böyük ehtimalla növbəti dəfə də sonuncu iştirak etdiyim və uğur qazandığım dairədən namizədliyimi irəli sürəcəyəm. Ancaq seçkilərə rəsmi start verilməsinə də xeyli vaxt var. Ola bilər ki, bu qərarda da müəyyən dəyişikliklər edim. Amma çox böyük ehtimalla əvvəl qatıldığım dairədən - 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm.
- AXCP-nin nəzarətində olan “Azadlıq“ qəzetinin son sayında dərc olunan məqalədə 2008-ci il prezident seçkilərinin nəticələrini tanıdığınıza görə ittiham olunursunuz...
- Bu gün bizə qarşı adıçəkilən mətbuat orqanında başlanan kampaniyanın səbəbi qarşıdakı parlament seçkiləridir. Bu qüvvələr çalışırlar ki, özlərini ölkədə tək müxalifət kimi təqdim etsinlər. Amma yanılırlar. Onlar bu gün ölkədəki konstruktiv müxalifətin varlığını qəbul etmək istəmirlər. Konstruktiv müxalifət qüvvələrinin son illər əldə etdiyi uğurlar həm onları, eyni zamanda bu qüvvələrə dəstək duran xarici havadarlarını narahat edir. Ona görə də belə yazıları davamlı olaraq sifarişli şəkildə mətbuat orqanlarında dərc etməklə nəyəsə nail olduqlarını düşünürlər. Mən sizi əmin edim ki, bu cür yazılar jurnalistlərin işi ola bilməz. Yalnız və yalnız həmin qəzet üzərində ciddi təsirə malik şəxslərin diktəsi ilə hazırlanmış yazı ola bilər. Bunlar düşünürlər ki, belə yazılar yazdırmaqla parlamentdə mandat əldə edə biləcəklər. Ona görə də həm mənə, eyni zamanda Fazil Qəzənfəroğluna və Mirmahmud Mirəlioğluna qarşı belə bir kampaniyaya start veriblər. O ki qaldı 2008-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini tanımağımıza - mən bu addımımızdan peşman deyiləm. Həmin dövrdə seçkisonrası bəyan etmişdim ki, həmin seçkilərin favoriti İlham Əliyevdir. Düzdür, belə bir açıqlamadan sonra başqa namizədlər mənim üzərimə hücuma keçdilər və dedilər ki, siz nəyin əsasında belə danışırsınız. Amma sonradan gördülər ki, bizim fikrimiz doğrudur və seçkilərin nəticələri elan olunduqdan sonra məndən öncə İlham Əliyevi təbrik etdilər. Biz, sadəcə, o dövrdə seçki prosesində hakimiyyətin imkanlarını dəyərləndirərək həqiqəti dedik. Bu həqiqəti dediyimizə görə də peşman deyilik.

Nahid Canbaxışlı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019