Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeraltı və qrunt suları Bakını “yuyacaq“
Tarix: 12.02.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Bakının həddən artıq yüklənməsi barədə dəfələrlə həyəcan təbilinin çalınmasına baxmayaraq problem hələ də çözülməyib.
Digər tərəfdən şəhərsalmanın qaydalarına və tikinti normativlərinə məhəl qoyulmaması, eləcə də paytaxtın müxtəlif yerlərindən axan qrunt və yeraltı suların qarşısının süni şəkildə alınması üzündən çatvermə və əyilmə, eləcə də uçma təhlükəsi ilə üzləşəcək “göydələn“lərin və digər yaşayış binalarının sayının artacağı barədə də fikirlər səslənir. Müsahibimiz “NBA LTD“ şirkətinin prezidenti, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov hesab edir ki, Bakının yüklənməsinin qarşısının vaxtında alınmaması, eləcə də yeraltı və qrunt sularının axınının vaxtında tənzimlənməməsi üzündən yaxın 15 - 20 il ərzində paytaxtdakı obyektlər və insanlar kütləvi fəsadlarla üz-üzə qalacaqlar.
- Bəzi məlumatlara görə, Yasamal rayonundakı dağlardan bulaq və dağ suları 4 - 5 qolu olan yeraltı çaylar vasitəsilə Bakının müxtəlif yerlərinə doğru axır. Hətta həmin qollardan biri Zığ qəsəbəsindən keçərək dənizə töküldüyündən həmin qəsəbədəki magistral avtomobil yolu bir müddət öncə çöküb. Xəzər dənizindən də paytaxta müxtəlif yerlərdən yeraltı suların daxil olduğu bildirilir. Yeraltı çayların mənbələri və mənsəbləri, eləcə də onların hansı istiqamətlərdən axdıqları naməlum olduğundan bəzi yaşayış obyektlərinin ciddi təhlükə ilə üzləşəcəyi, həmçinin bəzi binalarda çatvermə və əyilmə proseslərinin yaranacağı söylənilirg
- Abşeron yarımadası fincanvarı formada olduğundan hələ SSRİ dövründə bu “fincan“ın yuxarı hissələrində çoxmərtəbəli, aşağı hissələrində, xüsusən də Xəzər dənizinə yaxın ərazilərdə isə 4 və ondan aşağı mərtəbəli binaların tikintisinə üstünlük verilirdi. Bu da ondan irəli gəlirdi ki, “fincan“ın yuxarı hissələrindən dənizə sarı yönələn yeraltı suların axınının qabağı kəsilməsin, buna maneə törədilməsin. Hələ sovetlər dönəmində Bakının bir neçə yerində yeraltı və yağış sularını axıdan yeraltı kanallar da tikilmişdi. Amma təəssüf ki, son illər balans və siyasət pozulduğundan paytaxtın daha çox çökəklik yerlərində yaşayış binalarının və digərtipli obyektlərin tikintisi aparılır, qruntlar yüklənir və “göyldələn“lərin özülləri daha dərinə gedir.
Bunlar da öz növbəsində yeraltı və qrunt sularının axmasına kifayət qədər əngəl törədir. Bunların nəticəsidir ki, son zamanlar sözügedən suların səviyyəsi xeyli artıb və bu da binaların özül hissələrinin yuyulmasına, onların əyilməsinə, yolların çökməsinə və digər problemlərin yaşanmasına səbəb olur. Əgər profilaktik addımlar atılmazsa, gərəkən tədbirlər görülməzsə, 15 - 20 ildən sonra bunun acı nəticələrini kütləvi şəkildə görəcəyik.
- Bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda adətən yaz mövsümündən başlayaraq tikinti işlərinə başlanır və yayda proses sürətləndirilir. Tikinti normativlərinə uyğun olaraq qızmar yay günlərində bünövrənin üstü nəm əsgilərlə örtülməli və 3 - 4 gün həmin vəziyyətdə saxlanılmalıdır ki, birdən-birə quruyaraq çat verməsin. Amma ölkəmizdə bəzi hallarda buna məhəl qoyulmadığından hansı fəsadlar qeydə alına bilər?
- Təbii ki, betonun özünün təbii quruma qrafiki var və beton 28 günə ilkin quruma mərhələsini başa vurur. “Göydələn“lərin inşasında bu qrafik gözlənilməlidir. Yay aylarında temperatur yüksəldiyindən quruma sürətlənir və texnoloji proseslərə görə belə havalarda betonların səthi mütəmadi sulanmalıdır. Çünki betonun üst səthi tez quruyur. Amma daxili hissələri nəm qaldığından daxili gərginlik əmələ gəlir və artır. Bu da sonradan betonun çatlamasına gətirib-çıxarır və onun üzərində tikiləcək binanın taleyini sual altında qoya bilir. Ona görə də məsləhət görürəm ki, beton sərin havalarda tökülsün və onun qurumasına nəzarət edilsin. Yalnız belə olan halda, betonda quruma prosesi normal gedə bilər. Beton yayda tökülərsə mütəmadi sulanmalı, qışda tökülərsə, şaxtadan qorunmalıdır. Amma son zamanlar elm və texnika inkişaf edir, texnologiya və texnoloji proseslər dəyişir. Bu səbəbdən də bəzi qarışıqlar hazırlanır və onlardan betonun tökülməsində istifadə olunur. Həmin qarışıqlar həm betonun qurumasını sürətləndirir, həm də daxili gərginliyin əmələ gəlməsinə imkan vermir.
- Tikili landşaftına uyğun olaraq tikilən “göydələn“lər arasında müəyyən məsafələr saxlanılmalıdır ki, həm memarlıq üslubuna xələl gəlməsin, həm də təhlükəsizlik tədbirlərini həyata keçirmək mümkünləşsin. Amma qeyd etdiyimiz məsafə məsələsinə fikir verilməməsi də bu gün Azərbaycanda ən ciddi problemlərdən birinə çevrilibg
- Haqlısınız. SSRİ dövründə vahid dövlət standartı həyata keçirilirdi və bu standarta uyğun olaraq binalar arasındakı məsafə onun hündürlüyünün 2 mislinə bərabər olmalı idi. Həmin standart tətbiqlənən zamanlarda həm torpaq qıtlığı bir o qədər hiss olunmurdu, həm də vahid dövlət siyasəti yürüdülürdü. Amma sonradan hər iki balans pozuldu. Yəni son zamanlar həm bu sahədə vahid dövlət siyasəti tam formalaşmayıb, həm də torpaq məhdudiyyəti ön plana çıxıb. Bu gün Azərbaycanda, xüsusi ilə də Abşeron yarımadasında torpaq qıtlığı hiss olunmaqdadır. Ona görə də son 15 ildə paytaxtda tikililərin sayı artmağa başlayıb. Əgər SSRİ dövründə Bakıda 1 kvadratkilometrə 800 adam düşürdüsə, bu gün onların sayı 3 mindən artıqdır. Ona görə də paytaxt eninə və uzununa deyil, hündürlüyə doğru inkişaf etdirilir və bu da başadüşüləndir. Amma nəzərə almaq lazımdır ki, bu cür inkişaf sonradan əhali üçün ciddi problemlər yarada bilər. Ona görə də yaşanacaq problemlərin qarşısının alınması üçün vaxtında müəyyən işlər görülməlidir. Yəni eninə, uzununa, yaxud hündürlüyə inkişafın yaradacağı problemlər zamanında çözülməlidir.
- Uzun illərdir paytaxtın həddən artıq yüklənməsi barədə fikirlər səsləndirilir. Əgər belə bir yüklənmə varsa, bu, hansı mənfi fəsadları törədə bilər və bu yüklənmənin qarşısının alınması üçün hansı təklifləri verərdiniz?
- Yüklənmə ilə bağlı deyilənlərlə razıyam. Onun qarşısının alınması üçün bir neçə şərt mövcuddur. 1-cisi, paytaxtın və Abşeron yarımadasının daxili hissəsindəki bütün sənaye obyektlərini təcili surətdə şəhərdən kənara, yəni Bakı - Şamaxı, Bakı - Sumqayıt və Bakı - Ələt magistral avtomobil yollarının kənarlarına köçürmək lazımdır. 2-cisi, Bakıda hələ sovetlər dövründən qalmış həbsxanaları, satış bazalarını və bu kimi digər obyektləri də şəhərdən kənara çıxarmaq olar. Bu gün Bakının Nizami rayonunda, Nərimanov və Binəqədi rayonlarının müəyyən hissələrində iri sənaye massivləri hələ də fəaliyyət göstərir. Onlar paytaxtdan kənara çıxarılmalıdır. Onların yerində yeni yaşayış massivləri salıb əhalini həmin obyektlərə tədricən köçürmək mümkündür. Yüklənməni azaltmaq üçün Böyükşor gölünü qurutmaq olar. Səbail, Nərimanov, Yasamal və Nəsimi rayonlarının bir hissəsi bu gün həddən artıq yükləndiyindən onların seyrəldilməsinə çalışılmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, bu gün yüklənmə Bakının bütün rayonları üzrə bərabər paylaşılmalıdır. Yəni əgər şəhərin Binəqədi, Nərimanov və Nizami rayonlarının bir hissəsində hər kvadratkilometrə 200 - 250 adam düşürsə, paytaxtın mərkəzi hissəsində bu rəqəm az qala 4 minə çatıb. Bu da balansı pozduğu üçün bu istiqamətdə də təcili işlər görülməlidir. Haqqında bəhs etdiyim problemləri tamamilə çözdükdən sonra Bakının çökək hissələrində deyil, hündür yerlərində “göydələn“lər tikmək olar. Əgər dediyim məsələlər həllini tapmazsa, bu, ilk növbədə biznes sahəsinə mənfi təsirini göstərəcək. Deyək ki, mən iş adamı kimi öz problemimi çözmək üçün şəhərin bir yerindən digər yerinə sərbəst hərəkət edə bilməsəm, yaxud istehsal etdiyim məhsulları vaxtında satış mərkəzlərinə çatdırmağım müşkülləşərsə, biznesimi başqa yerə köçürmək məcburiyyətində qalacağam. Ona görə də biznes sahəsi ciddi problemlə üzləşəcək. 2-ci növbədə ekoloji tarazlıq pozulacaq və bu da əhalinin sağlamlığına birbaşa mənfi təsir göstərəcək. Digər tərəfdən məlum problemlərlə üzləşənlər paytaxtdan kənara çıxmaq məcburiyyətində qalacaqlar. Əgər bu prosesləri yaxın 10 ilə kimi tənzimləməsək, 20 - 30 il ərzində bu proseslər təbii yolla tənzimlənəcək. Yəni bizneslə məşğul olanlar və əhali Bakıdan köçməyə başlayacaq.

Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019