Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Biz Sabir Rüstəmxanlıya qəzet göndərməmişik“
Tarix: 07.02.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Millət vəkili Sabir Rüstəmxanlı parlamentin iclasında bildirib ki, Azərbaycanda nəşr edilən “Diplomat“ qəzeti barədə ciddi ölçü götürülməlidir: “Bu qəzet on minlərlə türkün qanını tökən PKK terror təşkilatını kürdlərin azadlıq hərəkatı kimi təqdim edir. Adıçəkilən qəzetin bir neçə nömrəsi paketə qoyularaq məqsədli şəkildə mənə göndərilib. Bu qəzetdə yazırlar ki, PKK kürd xalqının azadlıq təşkilatıdır. Təsəvvür edin, terroru müdafiə edən qəzet millət vəkilinə göndərilir“.
S.Rüstəmxanlının sözlərinə görə, sanki terrorçu quruma rəğbət bəsləyən qüvvələr var: “Hüquq-mühafizə orqanları araşdırmalıdır ki, bu insanların məqsədi dövlətə niyə zərbə vurmaqdır? Bakıda və Azərbaycanın bir çox bölgəsində tikilən yeni binaların, açılan ofislərin üzərində hər dildə yazı var, amma öz dilimizdə bir kəlmə də olsun yazı yoxdur. Bunu edənlərin bir çoxu PKK-çılarla əlaqədədir“.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) mətbuat xidmətinin rəhbəri Arif Babayev isə “Yeni Müsavat“a bildirib ki, S.Rüstəmxanlının parlamentdəki çıxışından xəbərdardırlar: “Deputat çıxış edib, fikrini bildirib. Biz də onunla maraqlanmışıq. Artıq tərəfimizdən müvafiq araşdırmalar aparılır“.
Tahir Süleyman: “Hamımız silahsatanlara qarşı mübarizə aparmalıyıq“
“Diplomat“ qəzetinin baş redaktoru Tahir Süleyman isə “Həftə içi“nə açıqlamasında bildirdi ki, millət vəkili Sabir Rüstəmxanlı ilə meydan hərəkatı zamanı münasibətləri olub.
- Uzun müddətdir əlaqələrimiz yoxdur. Amma əlaqələrimiz var idi. Sabir Rüstəmxanlıya böyük hörmətim var. Biz tərəfdən ona heç bir qəzet göndərilməyib. Heç kimə də qəzet göndərmirik. Abunə olanlara və xahiş edənlərə qəzet veririk. Sabir Rüstəmxanlı bu gün dünya türklərinin - uyğurlar, yakutlar, güney azərbaycanlılar və digər türkdilli xalqların azadlığını istəyir. Mən də kürd xalqının nümayəndəsi kimi dünyada gedən ictimai-siyasi prosesləri izləyirəm və düşündüyüm tərzdə qiymətləndirirəm. Bu gün Türkiyənin Böyük Millət Məclisində türk xalqı tərəfindən seçilən millət vəkilləri “PKK Kürdüstan milli azadlıq hərəkatıdır“, “Bu məsələni danışıqlar yolu ilə həll etmək lazımdır“, “Bəsdir, türk-kürd anaların göz yaşları“ kimi ifadələr səsləndirirlər. Biz də Türkiyə mətbuatından götürdüyümüz materialları öz qəzetimizdə işıqlandırırıq. Milli Təhlükəsizlik, Daxili İşlər, Xarici İşlər nazirlikləri var. Əgər qanunsuz fəaliyyət göstəririksə, bu qurumlar məsələni qabarda bilərlər.
- “Yeni Müsavat“ yazır ki, MTN araşdırmalara başlayıb. Sizi MTN-ə çağırıblarmı?
- Məni heç bir yerə çağırmayıblar. Bizi nə çağıran, nə də dindirən var. Biz Azərbaycan qanunlarına qarşı nəsə etməmişik. PKK Azərbaycanda terror təşkilatı kimi tanınmayıb. Əgər tanınsa da, bunu demokratik fikir kimi qəbul edəcəyik. Azərbaycan demokratik ölkədir və hər kəsin azad fikir bildirmək hüququ var. Türkiyədə isə PKK-nın terror təşkilatı kimi tanınmasına baxmayaraq Novruz bayramında meydanlarda “Biz PKK-çıyıq, buradayıq, gəlin, bizimlə danışın“ ifadələri səsləndirilir. DTP-dən olan millət vəkilinin rəhbərliyi ilə türk-kürd xalqlarının nümayəndələri birlikdə dağlara çıxaraq müharibənin qarşısını almaq istəyirlər. Bütün bunları görmək lazımdır və kiçik məsələləri parlamentdə müzakirə etmək gərəksizdir“.
- Sizcə, bu qəzetləri millət vəkilinə kim göndərə bilər və bunun mənası nədir?
- Vallah, nə mən, nə də mənim işçilərim heç kimə qəzet göndərmirik. Nəşriyyata da gedəndə dostlarımızdan kim istəsə, açıq şəkildə ona qəzet veririk. Bu, gizlin nəşr olunmur. Sabir Rüstəmxanlıya sözümüz olsa, gedib açıq şəkildə fikrimizi deyərik. Mən onu genişdüşüncəli ziyalı kimi tanıyıram. Nəyə görə mən ona qəzet göndərməliyəm? Əgər Sabir Rüstəmxanlının “Diplomat“ qəzeti ilə problemi var idisə, mən gedib onun qarşısında oturar və söhbət edərdim.
- Bayaq dediniz ki, Sabir Rüstəmxanlı dünya türklərini, o cümlədən Güney Azərbaycanın azadlığını istəyir. Güney Azərbaycan məsələsinə sizin mövqeyiniz necədir?
- Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı dünya türklərinin azadlığını istəyən bir liderdir. O, necə türk dünyasının azadlığını istəyirsə, mən də kürd xalqının azadlığını istəyirəm. Düşüncəmə görə, dünyada 5 nəfərdən ibarət xalq varsa, onun hüquqları tanınmalıdır. Eləcə də türk xalqlarının. Anam azərbaycanlı, atam isə kürddür. Bu o demək deyil ki, mən türk dünyasına və ya başqa millətlərə qəbahətlə baxıram. Allahın yaratdığı bütün millətlər Tanrının verdiyi haqlara sahib olmalıdır. Bu fikirlər cənubi azərbaycanlılar, Çindəki uyğur qardaşlarımız, Suriyada, Türkiyədə, İrandakı kürd qardaşlarımıza da aiddir. Hər kəs öz ana dilində danışmalı, ana dilində yazıb-oxumalı, milli adət-ənənələrini inkişaf eitdirməlidir. Sabir müəllim hansı məsələnin müzakirəsini aparmaq istəsə və hara desə, mən ora getməyə hazıram. Hamımız Türkiyəni qarışdırmağa çalışan inhisarçı dövlətlərə qarşı mübarizə aparmalıyıq. Silahsatanlara qarşı səylərimizi birləşdirməliyik.
Sabir Rüstəmxanlı: “PKK-nın, terrorun bu şəkildə müdafiə olunmasını qəbul etmirəm“
Sabir Rustəmxanlı “Həftə içi“nə müsahibəsində T.Süleymanı yalnız üzdən tanıdığını bildirdi.

- O mənə üzdən tanış gəlir. Ola bilsin ki, haradasa salamlaşmışıq. Onun məsələyə nə aidiyyəti var?
- Tahir Süleyman “Həftə içi“nə bildirdi ki, sizinlə müzakirə aparmağa hazırdır
- Mən istənilən vaxt bu müzakirəyə hazıram. Kürd xalqı ilə PKK-nın eyniləşdirilməsinin əleyhinəyəm. Yoxsa kürd dilində qəzet çıxmasının, kürd xalqının tarixi ilə bağlı yazıların verilməsinin əleyhinə deyiləm. Amma PKK-nı, terroru bu şəkildə müdafiə etmək və üstəlik, türklərə qarşı həqarət dolu yazılar vermək düzgün deyil və bunu qəbul etmirəm. Ona görə də istənilən vaxt bu məsələ ilə bağlı mübahisə etməyə hazıram. Amma öncə indiyə qədər o qəzetin gördüyü işlərdəki cinayət motivləri araşdırılmalıdır, onun qiyməti verilməlidir. Ondan sonra oturub söhbət edə bilərik. Bütün dünyada pislənilən terror bir qəzet tərəfindən müdafiə olunursa, həmin mətbu orqana bütün hüquqlar və qanunlar çərçivəsində qiymət verilməlidir.
- Hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?
- Müraciət edəcəyəm.
- Bəs necə düşünürsünüz, indiyə qədər bu qəzetin fəaliyyəti niyə araşdırılmayıb?
- Niyə araşdırılmadığını deyə bilmərəm. Belə bir qəzetin fəaliyyət göstərdiyini eşitmişdim, amma üzünü görməmişdim. Görünür, onu ayrı-ayrı yerlərdə də alırlar. Amma onu bilirəm ki, kitabxanalara - özü də rəsmi dövlət kitabxanalarına verilir. Orada onu yüzlərcə adam oxuyur.
İndiyə qədər bunu bilmirdim. Yaxşı ki, Tahirin özü qəzetin bir neçə nömrəsini bir paketdə mənə göndərdi və qəzetin fəaliyyətindən xəbərim oldu. İndi qəzetin əlimdə olan nömrələri əsasında müvafiq dövlət orqanlarına müraciət edəcəyəm.
- Amma Tahir Süleyman bildirir ki, qəzetin sizə göndərilməsindən xəbərsizdirg
- Bu qəzetin bir neçə nömrəsi paketdə mənə göndərilib. Paketin üzərində nömrələr, mənim ad və soyadım yazılıb. Bu xətlə onu kimin göndərdiyini müəyyənləşdirə bilərlər. Paketin üstündə mənim adım var, göndərənin də Tahir Süleyman olduğu yazılıb. Ola bilsin, başqası onun adından göndərib. Bu isə məni maraqlandırmır.

Əli Zülfüqaroğlu


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib
“Əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq” – Tahir Mirkişili
Bu il Qazax rayonunda 12555 hektar sahədə taxıl əkilib - Nazirlik