Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qurdlar vadisi“nin Memati Başı
Tarix: 29.01.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Gürkan Uyğun lisey illərində teatrla tanış olub, 1990-cı ildə isə həvəskar teatra başlayıb. Amma bir zamanlar kafedə də işləyib. Hərbi xidmətini başa vurduqdan sonra bir neçə serialda epizodik rola çəkilib. Sonra digər filmlərdə və seriallarda rol alıb. Amma hər kəs onu “Qurdlar vadisi“, “Qurdlar vadisi - terror“ və “Qurdlar vadisi - pusu“ seriallarının Memati Başı kimi tanıyır. Həbsxanadan çıxdıqdan sonra keçmiş məhbus yoldaşı və ünlü mafiya başçısı Süleyman Çakırın yanında çalışan və onun “sağ əli“ olan Memati Çakır öldükdən sonra Polad Aləmdarın yaxın dostu və sadiq silahdaşı olur.
Memati üçün ən önəmli şey məsuliyyət və cavabdehlikdir. Üzərinə düşən vəzifəni xətasız, səhvsiz yerinə yetirməyə çalışır. Sevgilisi Qəmzənin naz-qəmzəsinə, köməkçisi Kazımın standartlarına həmişə irad bildirsə də, həm onları, həm də Çakırı itirəndə sanki özünü ölmüş, onların intiqamını aldıqdan sonra isə yenidən doğulmuş sanır. Asdığını asan, kəsdiyini kəsən, dəliqanlı Mematidən fərqli olaraq Gurkan Uyğun çox sakit, mehriban və ailəcanlıdır. Onun aktyorluq fəaliyyəti, şəxsi həyatı və Memati rolu ilə bağlı düşüncələri barədə ətraflı bilgi vermək üçün məşhur aktyorla müsahibəni oxuculara təqdim edirik.
- Liseydə oxuyarkən aktyor olmaq istəyirdiniz, yoxsa başqa arzularla yaşayırdınız?
- Xeyr, ağlımda “aktyor olum“ kimi bir fikir yox idi. Orta məktəb illərində yay aylarında tibb işçisi Gökdənin yanında işləyirdim. O zamanlar aktyorluq heç ağılıma gəlmirdi. Gökdən mənə “tibb işçisi olarsan“ deyirdi. Onun yanında orta məktəbi bitirdiyim müddətə qədər çalışdım. Liseydə oxuyarkən Zəki Qabar adlı bir müəllimimiz vardı. Bu günlərdə oxuduğum məktəbdə olarkən onun rəhmətə getdiyini öyrəndim. Rəhmətlik Zəki müəllim bizdən soruşmuşdu ki, teatra kim maraq göstərirsə, gəlsin kömək edim. “Mən gəlirəm“ deyib əlimi qaldırmışdım. Teatr macəram belə başladı. Həmin vaxtlarda teatr tamaşaları marağıma səbəb olurdu. Amma aktyorluğu peşə olaraq seçəcəyim ağlıma gəlməmişdi. Çünki istiqamətləndirmə olmamışdı. Daha sonra lisey illərimdə teatrla tanış olunca bu duyğu xoşuma gəldi, teatrdan və aktyorluqdan zövq almağa başladım. Yəni özünüzü sübut edə bildiyiniz yerlər olduğu üçün bir balaca da olsa, qabiliyyətli olduğunuzu düşündüyünüz zaman özünüzə güvənə bilərsiniz.
- Deməli, özünüzü tanımağa başladınız...
- Bəli, 1990-cı ildə aktyorluğa başladım. Lisey illərində bir az daha əyləncəli kimi görünürdü. Amma həvəskar teatr dövründə daha bir peşə yoluna addım atdım.
- “Qurdlar vadisi“ layihəsinə qoşulmazdan öncə Modada bir kafedə işləmisiniz. Sonra iş axtarmısınız...
- Doğrudur.
- O zamanlar bu qədər şöhrətiniz yox idi. Amma sizi digər seriallardan da tanıyanlar var idi...
- “Qurdlar vadisi“nin çəkilmə ərəfəsində əsgərliyimi yenicə bitirmişdim. “Opla Zoenin dramı“ adlı teatr tamaşamız var idi, orada oynayırdım. Daha sonra Berkun “TRT“yə “Papaqdan atam çıxdı“ adlı serial yazdı. Orada bir obrazı canlandırırdım. Əsgərlikdən sonra yenidən televiziyada aktyorluğa başladım. Sonra “Dəli ürək“ serialına çəkildim. Hətta o vaxt Modaya köçdüm.
- “Qurdlar vadisi“nə gələnə qədər çox rollara çəkilsəniz də, məşhurluğu Memati ilə qazanmısınız. Bunu nəylə əlaqələndirərdiniz?
- Məncə, burada şansım da özünü göstərdi. Osman Vöber (Tuncay Kantarçı) məni “Panafilm“ə çağırdı, Raci Şaşmazla tanış etdi. Rolu mənə izah etdilər. Dedilər ki, mafiya başçısının ikinci adamı olan Memati rolunu oynayacaqsan. “Memati nə deməkdir“ soruşanda “Ölüm deməkdir“ dedilər. “Çox gözəl olar, razıyam“ dedim. Bu şərh Memati obrazını yaratmağımda köməkçi oldu. Soyuq və donuq, əsla təbəssümə aid bir xətt olmayan bir obrazdır. Rol çox yaxşı bir iş idi. Mənə çox uyğun gəldi, təsiredici bir iş oldu.
- “Qurdlar vadisi“ndən əvvəlki seriallarda bir-birindən fərqli tipləri müvəffəqiyyətlə oynamısınız. Ancaq uzun müddətdir oynadığınız Memati rolu daha çox sevilir...
- Bir şeyi yoxdan var edən, bir sıra şəxsiyyəti birləşdirib bir obraz yaradanlar ssenaristlərdir. Ssenari nə qədər müvəffəqiyyətli olsa, aktyor da o qədər uğur qazanar.
- “Qurdlar vadisi“ layihəsinin bu qədər çox izlənilməsinin səbəbi nədir?
- Yaxşı hazırlanmış bir işdir. İnsanların eşitdikləri, yalnız görmədikləri hadisələr izah edildi, göstərildi. Üslubu yaxşı idi. Həkim həkim kimi, vəkil vəkil kimi, qoçu da qoçu kimi danışırdı. Bütün parçaların birləşməsi lazımdır ki, ortaya yaxşı bir iş çıxsın. Bu rol bu qədər möhkəm, iş bu qədər yaxşı, ifadəm elə olmasaydı, məni çəkən rejissor ifadəmi önə çıxaracaq çəkilişlər etməsəydi, bunlar olmaya bilərdi. Bütün ünsürlər birləşincə ortaya belə bir məşhurluq çıxdı.
- Yaxın zamanlarda “Qurdlar vadisi - Fələstin“in çəkilişlərinə başlanılacaq. İsrail tərəfindən illərdir zülmə məruz qalan fələstinlilərin yaşadığı dramı ağ pərdəyə köçürəcək olan film haqqında nələr düşünürsünüz? İsrailin qarşısında dayanacaq bir istehsalda işləmək sizi qorxudurmu?
- Xeyr, qorxutmur. Belə bir addım atmağımızdan, heç olmasa bunu bir şəkildə göstərməkdən və şorbada duzumun olmasından ötrü zövq alar və qürur duyaram. Əhəmiyyətli bir film olacağını və ssenarisinin çox incə ələnilib çox sıx toxunaraq yazılacağını düşünürəm. “Qurdlar vadisi“ macərasında yaşanan çətinlikləri medianın gözü ilə deyil, heç olmasa bir adamın, ya da bir dünyagörünüşün gözü ilə göstərmək üçün “Qurdlar vadisi - Fələstin“ alternativ bir variantdır. Ona görə də insanların marağına səbəb olub. Çünki mətbuatdan bizə göstərilənlər bizim seçdiklərimiz olmaya bilər. Bu səbəbdən doğru şeylərə şahid olmaya bilirik. Kinonun belə bir güc olduğunu, yeni filmimizin müvəffəqiyyətli və təsirli olacağını düşünürəm. Bütün dünya insanlarının həssaslığı ümumiyyətlə uşaqlarla bağlıdır. Dünya partlamağı və bir çox gərginliyi görməyə, buna əhəmiyyət verməyə bilər. “Qurdlar vadisi - Fələstin“ hekayəsində uşaqları, uşaqların başına gətirilənlərlə ağrılarımızı izah etməyə çalışacağıq. Əgər ssenarinin mövzusu belə seçilərsə, filmin çox təsirli ola biləcəyi qənaətindəyəm. Bütün dünya və vətəndaş cəmiyyətləri digər mövzuların üstündən keçsələr də, uşaqlar mövzusunda çox həssasdırlar. Ona görə də bu filmlə dünyaya meydan oxuyacağıq.
- Yaxın Şərqdə də böyük bir potensial var və “Qurdlar vadisi“ bu coğrafiyada milyonlarla insan tərəfindən izlənilir...
- Bunun yeni filmimizə çox müsbət təsiri olacaq. Yəni həmin insanlar da özlərini sorğu-suala tutacaqlar. Çünki onların heç bir siyasəti, heç olmasa diplomatiya mənasında bir cəhdləri yoxdur. Mən dünya mətbuatını çox təqib edə bilmirəm, amma dünya ölkələrinin Fələstində baş verənlərə çox böyük reaksiyaları nəzərə çarpmır. Lakin filmin təsirli olacağına inanıram.
- Digər ölkələr “Qurdlar vadisi - İraq“ filminə göstərilməyən dəstəyi göstərəcəklərmi?
- O, yalnız İraqla bağlı bir film idi. Amma “Qurdlar vadisi - Fələstin“ az qala Yaxın Şərqdəki bütün insanları, vicdanı olan insanları əhatə edəcəyi üçün təsirli olacaq və bəlkə onların özlərini sorğulamasını da təmin edə biləcək. Bu baxımdan da bu film əhəmiyyətli bir işdir. Çünki insanlar xəbərləri izləyib anlamaya bilərlər. Amma baş verən hadisələri “Qurdlar vadisi“ndən izlədikdən sonra hər şeyi daha dəqiq anlayırlar.
- Film hələ çəkilməzdən öncə böyük əks-səda doğurub...
- Haqlısınız. Kino ilə bəzilərinə bir şeylər söyləmək çox zövqlüdür.
- Həyat yoldaşınız Şəbnəm Uyğun KİV-ə müsahibəsində sizin mehriban və ailəcanlı olduğunuzu açıqlayıb. Deyib ki, hər səhər oyananda onun yanında olduğunuz üçün şükür edir və sizə yenidən aşiq olur. Yeməklərdə ayrı-seçkilik salmırsınız. Hər yeməyi sevirsiniz. Çılğın və əsəbi Mematidən fərqli olaraq çox sakitsiniz. Qızınızı çox sevən bir atasınız. Bəs sizin fikrinizcə, evdəki Memati necədir?
- Səhərlər çox gülərüzlə oyanıram. Qızımla həyat yoldaşım məni oyandırır. Evlənincə qəribə bir nizamagirmə ehtiyacı duydum. Qızım Ballı dünyaya gəldikdən sonra vaxt itirmədən evə dönməyə çalışıram.

Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019