Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünyaşöhrətli bakılı vəfat etdi
Tarix: 20.01.2009 | Saat: 15:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

İlk qadın dirijor, SSRİ xalq artisti Veronika Dudarova Moskvada vəfat edib. Dünən o, Rusiya paytaxtının Troyekurov məzarlığında torpağa tapşırılıb. V.Dudarova 1916-cı il dekabrın 5-də Bakıda zadəgan osetin ailəsində dünyaya gəlib. Leninqrad Konservatoriyası yanında musiqi məktəbinin fortepiano sinfini, Moskva Konservatoriyasının dirijorluq fakültəsini bitirib. N.Anosov və L.Ginzburqun tələbəsi olub. 1947 - 1960-cı illərdə Moskva Dövlət Akademik Simfonik Orkestrinin dirijoru, 1960 - 1989-cu illərdə orkestrin baş dirijoru və bədii rəhbəri işləyib. 1991-ci ildən ömrünün sonunadək isə Rusiya Simfonik Orkestrinə rəhbərlik edirdi. 50 ildən artıq bir müddət ərzində böyük simfonik orkestrə rəhbərlik etdiyi üçün V.Dudarovanın adı “Ginnesin rekordlar kitabı“na daxil edilib. Günəş sisteminin kiçik planetlərindən birinə isə “Veronika Dudarova“ adı verilib. Sənətkarla vida mərasimi P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Böyük zalında keçirilib.

Samirə


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018