Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bugünkü KİV-lərin 70 - 75 faizi ixtisara düşməlidir“
Tarix: 20.01.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Təsadüfi deyil ki, yay mövsüm mətbuat aləmində “ölü mövsüm“ adlanır. Çünki qızmar yay aylarında istirahətə, dincəlməyə gedənlərin sayı çoxaldığından adətən qəzetlərin oxucularının sayı azalır. Bu da KİV-lərin büdcələrinə öz təsirini göstərir.
Digər tərəfdən bəzi dövlət məmurları yay mövsümündə tətilə çıxdıqlarından peşəkar jurnalistlər informasiya sarıdan kasadlıq çəkirlər. Nəticədə məlumat qıtlığı ilə üzləşən həmkarlarımız da maddi problemlə qarşılaşır. Ancaq onlardan fərqli olaraq yay aylarında “reket jurnalistlər“in daha da fəallaşdığı dövrdür. Cari ildə də analoji proseslərin təkrarlanacağı istisna edilmir. Sadaladığımız problemlər və çıxış yolları barədə Azərbaycan Mətbuat Şurasının (AMŞ) mövqeyini öyrənmək üçün adıçəkilən qurumun icra katibi Rəhim Hüseynzadə ilə həmsöhbət olduq.
-Yay mövsümü ilə əlaqədar sizə daxil olan şikayətlər azalıb, yoxsa əksinə, artıb?
- Mövsümlə əlaqədar Mətbuat Şurasına ünvanlanan müraciət, şikayət və ərizələrin sayı azalsa da, bizə məktublar göndərilir, zənglər edilir. Gün ərzində müxtəlif məsələlərlə bağlı şəxsən mənə 7 - 8 zəng gəlir. Əksər zəng şikayətlərlə bağlı olur. Yay mövsümü olsa da, şura bəzi tədbirlər həyata keçirir. Onlardan biri də hazırladığımız “qara siyahı“dır. Bir neçə gün öncə yenidən tərtiblədiyimiz siyahıya 9 KİV-in adını salmışıq və orada ümumi say 113-ə çatıb. Həmin KİV-lər əsasən peşə davranışı qaydalarını pozanlardır. Amma etiraf edim ki, bizə təqdimlənən bəzi şikayətlər əsassızdır. Çünki bəziləri elə bilirlər ki, haqqında şikayət etdikləri KİV-lərin adlarını Mətbuat Şurası “qara siyahı“ya salacaq, onların cəzalandırılmasına çalışacaq. Amma məsələyə obyektiv baxıldıqdan sonra yekun qərar qəbul edilir. Havalar isti keçsə də, çalışırıq fəaliyyətimizdə sönüklük yaranmasın, jurnalistlərin püxtələşməsi, onların məsuliyyətinin artırılması üçün müəyyən işlər görək.
- Yay mövsümündə oxucularının sayının azalması üzündən əksər KİV maliyyə sıxıntısı ilə üzləşib. Nəticədə jurnalistlər də maddi çətinlik çəkirlər. Bununla bağlı hər hansı bir formada maddi yardım göstərilməsi məsələsi şurada müzakirə olunacaqmı?
- Xarici ölkələrdə KİV-lərə dövlət dəstəyi qlobal məsələdir. Yəni hər bir dövlət özünün potensial imkanlarından bəhrələnir. Azərbaycanda isə dövlət tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi üçün KİV-lərə gərəkən maddi yardımlar göstərilir. Ancaq qeyd etdiyiniz məsələyə görə təzminatın ödənilməsi çox qəliz məsələdir. Çünki çoxsaylı KİV-dən hansının müstəqil olması, özünümaliyyələşdirmə prinsipini həyata keçirməsi və bu kimi məsələlər hələ də dəqiqləşdirilməyib. Bu baxımdan da bir KİV-ə maliyyə yardımı göstərilərsə, digərlərinin tənqidlərinə məruzqalma risqi çoxdur. Ona görə də hesab edirəm ki, ən böyük dəstəyi KİV-lərin kollektivi göstərməlidir. KİV-lərə maddi dəstək reklam bazarından da gələ bilər. Amma ölkəmizdə sayı həddən artıq çox olan KİV-lərin reklam bazarından bəhrələnməsi düyünə düşüb. Ancaq inanıram ki, zaman gələcək, ölkədəki KİV-lər “ələkdən keçiriləcək“, onların 70 - 75 faizi mediadan uzaqlaşacaq, peşə qaydalarına riayət edən, jurnalistika sahəsində xidmətləri olan, cəmiyyətin və ictimaiyyətin qəbul etdiyi KİV-lərin sayı barmaqla sayılacaq qədər az olacaq və bundan sonra sonunculara dövlət və şirkətlər lazımi dəstəyi verəcəklər. Bu yolla da Azərbaycan mediası daha sürətlə inkişaf edəcək. Ancaq bugünkü KİV-lərin 70 - 75 faizi ixtisara düşməlidir. Yalnız belə olan halda 25 - 30 faiz KİV-ə maddi yardım göstərmək mümkünləşər. Əgər vəziyyət həddən artıq gərginləşərsə, bununla bağlı müzakirələrin aparılacağı, dövlət dəstəyinin göstərilməsi üçün prezidentə və Nazirlər Kabinetinə müraciətlərin ediləcəyi istisna deyil.
- Maarifləndirilmə və təbliğat baxımından keçirilən tədbirlər və seminarlar təqdirəlayiq olsa da, KİV-lərdə hüquq şöbələrinin yaradılması, hüquqşünasların işə cəlb edilməsi daha məqsədəuyğun deyilmi?
- Mətbuat Şurasının fəaliyyət istiqamətlərindən biri də maarifləndirmədir. Bəzən şuramızın şikayətlər komissiyasında şikayət, müraciət və ərizələr müzakirə olunarkən görürük ki, jurnalistlər özlərini müfəttiş kimi aparırlar. Bu da onların öz hüquqlarını bilməmələrindən irəli gəlir. Hüquqi təhsili olub hüquqa zidd hərəkətlərə yol verən təsisçilər də var. Sonuncular arasında Mətbuat Şurasının “qara siyahı“sına düşənlər çoxdur. Ona görə də şuramız bu istiqamətdə treninqlər təşkil etməklə jurnalistlərin hüquqi cəhətdən savadlanmasına çalışır. Hüquq şöbəsi və hüquqşünas məsələsinə gəlincə isə bu, KİV-lərin maddi durumundan asılıdır. Təəssüflənirəm ki, maddi imkansızlıq üzündən əksər qəzet və jurnallarda korrektor belə yoxdur. Ona görə də həmin KİV-lərdə dil, üslub və orfoqrafiya baxımından çoxlu və ciddi xətalara yol verilir. Monitorinqlərimiz zamanı belə nöqsanları tez-tez aşkarlayırıq. Bəzən elə yazılar olur ki, orada 70 - 80 səhvə rast gəlirik. Bu günlərdə bir qəzetdə “Vətənə xəyanət edən şəxs“ başlıqlı yazı dərc olunmuşdu. Bu, Cinayət Məcəlləsinin 57-ci maddəsinə əsaslanan ittihamdır. Amma həmin şəxsin xəyanətkar olub-olmadığını məhkəmə müəyyənləşdirə bilər. Bu cür xətalar yolverilməzdir. Ona görə də jurnalistlərin hüquqi cəhətdən maarifləndirilməsi hökmən vacibdir.
- Eyni qəzetin və jurnalın adı dəfələrlə hazırladığınız “qara siyahı“ya salınıb. “Reket jurnalistlər“in əksəriyyəti müxtəlif media diplomları və mükafatları aldıqları üçün Mətbuat Şurasının bu addımına əhəmiyyət vermirlər...
- Tanınmış jurnalist qurumları belələrinə diplom və mükafat verməz. Diplom alveri ilə məşğul olanların “reket“lərə verdikləri diplom və mükafatların isə heç bir önəmi yoxdur. Çünki araşdırmalarımıza görə, adları həmin siyahıya düşənlərin maddi imkanları artıq tükənib. “Azərbaycan“ nəşriyyatının rəhbərliyi çalışır ki, mətbəələrində belə qəzetlər çap olunmasın. Cəmiyyətdə belələrinə qarşı sanki allergiya yaranıb. “Reket jurnalistlər“ə müsahibə və digər formada informasiya vermək istəmirlər. Adları “qara siyahı“ya düşdüyündən onlar maddi gəlir əldə etməkdən də məhrumdur. Ona görə də belələri cəmiyyətdən və ictimaiyyətdən tədricən təcrid olunacaq.

Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019