Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bəxtiyar Sadıqov: “Mənəviyyatsızlığın elə bir həddi var kig...“
Tarix: 20.01.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Bilirsiniz, mənəviyyatsızlığın elə bir həddi var ki, daha ondan sonrakı mərhələnin adı olmur. Olsa da, ucadan söyləmək, qəzet səhifəsinə çıxarmaq mümkün deyil! Yalnız küçə arvadı səviyyəsinə enmişlər qadınlar barəsində hərzə-hədyan danışa bilər, kişilərin “nəmənəsinin“ keşiyini çəkər, haqq-hesabını apararlar!
- Mətbuat Şurası 100-dən çox qəzeti “reket“ elan edərək “qara siyahı“ya salıb. Onlardan bir neçəsi şuranı məhkəməyə verib. Hətta “Təzadlar“ məhkəmə prosesini udduğu barədə hər nömrəsində informasiya yayırg
- Arzunu gerçəklik kimi qələmə vermək xəstə təxəyyülə məxsusdur. Atalar sözüdür: sən ağacını götür, suçlu suçluluğunu bildirəcək! “Qara siyahı“ya salınmış “Təzadlar“ və “Gündəlik Bakı“ qəzetləri daha da aqressivləşiblər. Səbəb məlumdur: “suda boğulan saman çöpündən yapışar“ deyiblər. “Reket“ elan edildikdən sonra bazarları bağlanıb, daha “ağaları“ onlara pul buraxmır. KİV-ə Dövlət Dəstəyi Fondunun qrantlı və jurnalistlərin fərdi yaradıcılıq müsabiqələrindən kənarda qalıblar. Milli Məclisin iclaslarına buraxılmırlar. Heç kim onlarla əməkdaşlıq edib fakt vermir. Ağalarının - sponsorlarının nəzərində bəraət qazanıb yenidən pul qoparmaq üçün məhkəməyə müraciət etsələr də, bir şey çıxmadı! Əksinə, məhkəmə onların “reket“ adından yaxa qurtarmaları barədə iddialarını rədd etməklə “qara siyahı“ya layiq olduqlarını dolayısı yolla, həm də məhkəmə qaydasında bir daha təsdiqlədi. Abırlarına qısılıb düz yola qayıtmaq əvəzinə (bəlkə belə etsəydilər, Mətbuat Şurası nə vaxtsa onları “qara siyahı“dan çıxarardı), xislətlərinə xas tərzdə şər və böhtan dolu əməllərini davam etdirirlər.
Mən də soruşuram: əgər “Təzadlar“ apellyasiya mərhələsində prosesi udaraq “reket“ adını üzərindən götürübsə, onda niyə təzədən Ali Məhkəməyə müraciət edir?! Özləri də bilirlər ki, bütün cəhdləri əbəsdir! Çünki Mətbuat Şurası öz qərarını düzgün, hüquqi cəhətdən əsaslandırılmış şəkildə verib. Onların əsl məqsədi gözə kül üfürmək, bir də bayaq qeyd etdiyim kimi, ağalarının yanında özlərinə bəraət qazandırmaqdır. Artıq “Təzadlar“ı və “Gündəlik Bakı“nı alan da yoxdur! Yalançı və böhtançı qəzeti kimdir oxuyan? Baxın: utandıqlarından öz qəzetlərində gündəlik tirajlarını belə göstərmirlər.
- Deyəsən, Mətbuat Şurasının bəzi üzvlərinin qadınlar vasitəsilə şantaj olunacağı barədə mətbuatda söylənilənlər təsdiqini tapır...
- Bilirsiniz, mənəviyyatsızlığın elə bir həddi var ki, daha ondan sonrakı mərhələnin adı olmur. Olsa da, ucadan söyləmək, qəzet səhifəsinə çıxarmaq mümkün deyil! Yalnız küçə arvadı səviyyəsinə enmişlər qadınlar barəsində hərzə-hədyan danışa bilər, kişilərin “nəmənəsinin“ keşiyini çəkər, haqq-hesabını apararlar! Kişilərlə qadınlar arasında təkcə bioloji yox, xasiyyət fərqləri də mövcuddur. Bu, azərbaycanlılarda (bəlkə də təkcə azərbaycanlılarda) daha qabarıq görünür. Vay o gündən ki, belə sərhədlər silinə, necə deyərlər, arvadlaşmış “kişilər“in (şəxsiyyət vəsiqəsində cinsi kişi göstərilənlərin) əlinə qəzet düşə. Onda bu, azad sözün, sərbəst düşüncənin və demokratiyanın faciəsinə çevrilir. Bizim borcumuz isə böyük əziyyətlər bahasına Azərbaycanda bərqərar olunan mətbuat və söz azadlığını xəbis niyyətlilərdən, təmənnalılardan, naşılardan və təsadüfi ünsürlərdən qorumaqdır. Bəli, göründüyü kimi, artıq qəzetləri və sözləri kimi, özləri də tükənən bəzi “baş“ (bəlkə də ayaq) redaktorlar Cəhrə qarı kimi qeybətə keçiblər. Amma bu da onları xilas edə bilməyəcək!
- Deyəsən, məhkəməyə müraciət etmək fikriniz var?
- Biz güclü və haqlı olduğumuza görə özümüzü soyuqqanlı və təmkinli aparırıq. “Təzadlar“ da, “Gündəlik Bakı“ da özlərini elə bir çirkab quyusunun dibinə salıblar ki, oradan xilas olmaları görünmür. Kifayət qədər səhvlərə yol verib, bütün sərhədləri aşıblar. Hətta insani sərhədlər qarşısında da durub-dayanmayıblar. Hər şey zamana möhtacdır! Üstəlik, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəməyə müraciət heç zaman gec sayılmır. Ətraflarındakılar çalışıb talelərini onlara bağlamasınlar. Sonra gec olarg



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019