Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Natəvan getmək qərarını verdi
Tarix: 14.01.2009 | Saat: 15:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Natəvan Həbibi söhbətlərinin birində heç vaxt Türkiyə şou-biznesinə qatılmaq fikrində olmadığını, əgər istəsə, Rusiya şou aləmində fəaliyyət göstərə biləcəyini açıqlamış, səbəb kimi də türk mahnılarının onun ifa tərzinə qətiyyən uyğun olmadığını göstərmişdi. Bu gün aldığımız xəbərlərə görə, Natəvan Moskvaya yola düşmək üzrədir. Səfərin hansı məqsəd daşıdığını müğənninin özündən soruşduq və o, eksklüziv açıqlamanı “Həftə içi“nə verdi: “Bəli, bu gün-sabah gedirəm. Amma istirahətə və ya gəzməyə yox, sırf işlə məşğul olmağa. Mən bir dəfə demişdim ki, nə vaxtsa Rusiya şou-biznesinə qatılacağam. İndi həmin zaman gəlib. Orada istedadımı tam göstərmək üçün özümü hazır hiss edirəm. Bilirsiniz, vətəndə artıq etdiyimi etmişəm. Daha nə qalıb ki?“ İndi ölkədən kənara çıxmaq lazımdır. Nə qədər gəncəm, tam qüvvəmlə işləyə bilərəm, niyə də incəsənətimizi, mədəniyyətimizi başqa ölkələrdə təbliğ etməyim? Seçim edəndə Rusiyanın üzərində dayandım. Çünki mən estrada müğənnisiyəm və bu janr orada çox inkişaf edib. Onu da bildirim ki, təklifi Rusiyadan almışam və bu da məni hədsiz sevindirir. Orada məni böyük proyektlər və məsuliyyətli işlər gözləyir“. Natəvan Həbibi səfər ərəfəsində yaxın dostu Zamiqin klipinə çəkiləcəyini də bildirdi: “Bu klip “Sən necə də gözəlsən“ mahnısına çəkiləcək. Zamiq öz klipində tərəf müqabili kimi məhz məni görmək istədi. Sonra da özüm ifa etdiyim və dinləyicilər tərəfindən çox sevilən “Məhəbbət yalandır“ mahnısını ekranlaşdıracağam. Bu hələ ki mənim burada görəcəyim son işlər olacaq“.

Xatirə


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019