Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İcazə almaq istəmədi
Tarix: 14.01.2009 | Saat: 15:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Yanvarın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı klassik opera musiqisi həvəskarlarına öz repertuarındakı ən maraqlı əsərlərdən birini - “Payatsi“ operasını təqdim edəcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə, italyan bəstəkarı Rujero Leonkovallonun ən dəyərli əsərlərindən biri olan “Payatsi“ operası 1999-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmuş və artıq 10 ildir teatrın repertuarındadır. Operasevərlərin hər zaman böyük maraqla qarşıladıqları tamaşaya xalq artisti, görkəmli rejissor Cənnət Səlimova quruluş verib. Tamaşada əsas rolları teatrın aparıcı solistləri - xalq artisti Azər Zeynalov (Kanio), əməkdar artist Gülnaz İsmayılova (Nedda) ifa edəcəklər. Əsas partiyalardan biri olan Tonio partiyasında isə ilk dəfə olaraq teatrın gənc və istedadlı solisti, respublikanın əməkdar artisti Əvəz Abdullayev çıxış edəcək.

Samirə


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019