Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bakı Türkiyənin dəstəyini qiymətləndirir“
Tarix: 13.01.2009 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

“80-ci illərin sonlarında üzə çıxan ziddiyyətləri həll etmək daha asan idi“
Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda sanki bir durğunluq hökm sürməkdədir.
Keçən ilin oktyabrında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarının imzalanmasının ardından bu münaqişənin həllinə beynəlxalq maraq xeyli artıb. Lakin İrəvanın konstruktiv mövqe nümayiş etdirməməsi, “Madrid prinsipləri“nin yenilənmiş variantına reaksiyasını gecikdirməsi aparılan danışıqların müsbət nəticə verəcəyinə inamı şübhə altına almaqdadır. Bu məsələlərlə bağlı suallarımızı isə ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri, rusiyalı diplomat Vladimir Kazimirov cavablandırır:
- Yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişin əldə olunması nə dərəcədə realdır?
- Hələlik münaqişənin sürətli həlli və irəliləyiş üçün zəmin görünmür. Bunun üçün tərəflərin əsas mübahisəli məsələ - Dağlıq Qarabağın gələcək statusu ilə bağlı qütbləşmiş mövqelərdən çəkilməsi, heç olmasa müvəqqəti, aralıq güzəşt üçün çıxış yolu tapılması gərəkdir. Qarşılıqlı güzəştlər lazımdır, onlar isə yoxdur. Tezliklə uğur gözləmək ümidsizliyin acısını daha da gücləndirəcək. Hətta nəsillərin dəyişməsi də həmişə mübahisəli problemlərin həllinə zəmanət vermir. Müharibə illəri alır. Bunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mövcudluğuna baxmayaraq asanlıqla güc tətbiq etməyə üz tutan və müharibəni davam etdirən şəxslər bilməli idilər.
- Dağlıq Qarabağda yeni müharibə təhlükəsi nə dərəcədə realdır?
- Fikrimcə, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ rəhbərliyinə müharibənin zərəri, itkiləri, səmərəsizliyi tamamilə aydındır. Müharibə yalnız hər iki xalqın ağrılarını və itkilərini artıracaq. Mübahisəli problemin həllinə isə heç nə verməyəcək. Çox güman ki, yeni problemlər yaradacaq. Yenidən danışıqlara başlamaq lazım olacaq. Lakin bu dəfə indiki ilə müqayisədə daha ağır şərtlər çərçivəsində. İndi hamı anlamalıdır ki, 80-ci illərin sonlarında üzə çıxan ziddiyyətləri müharibəsiz də həll etmək mümkün idi - nəinki hərbi əməliyyatlar nəticəsində bütün münasibətlərin zədələnməsindən sonra yaranan indiki şərtlər daxilində. Ən azından çoxsaylı insan itkiləri, kütləvi dağıntılar, 7 rayonun işğalı, milyondan artıq azərbaycanlı və erməninin öz yaşayış yerlərindən digərgin düşməsi kimi ciddi nəticələr olmazdı. Ancaq nə olubsa, artıq olub. Keçmişi yenidən qaytarmaq mümkün deyil. Yəni gələcək üçün bu dərslərdən nəticə çıxartmaq lazımdır. Anlamaq lazımdır ki, yeni müharibə qaçılmaz şəkildə hər iki xalq üçün əzab-əziyyəti artıracaq. Lakin bu anlayışı hələlik daha çox Bakıda qəbul eləmirlər. Orada qəribə və asan bir şəkildə münaqişənin güc yolu ilə həllini düşünürlər. Müasir dünyada müharibə xalqlara əzabvermənin və taqətdən salmağın ən yüksək formasıdır. Buna sübut çoxdur. Münaqişənin həllini sürətləndirmək üçün paradoksal olsa da, səbir və dözüm, hətta deyərdim ki, uzunmüddətli dözüm, həmçinin çeviklik lazımdır.
- Əgər Azərbaycan işğal altındakı əraziləri hərbi yolla qaytarmaq qərarına gəlsə, buna Rusiyanın mövqeyi necə olacaq?
- Tək Rusiya yox, bütün beynəlxalq birlik münaqişənin hərbi yolla həllini görmür. Bu gerçəklik güclü təsirə malik dövlətlər və beynəlxalq təşkilatların da çoxsaylı bəyanatlarında əks olunub. Yəni bu xəbərdarlıqları görmürlər, ya da onları sülh naminə az əhəmiyyətli ümumi söz yığını sayırlar? Çox nahaq yerə. Ayrı-ayrı şəxslər dövlətin rəhbərliyinin fövqəladə vəziyyətlərdə hansı əlverişli mövqeni tutacağını söyləyə bilməz. Onun qərarı bir çox vəziyyətin nəzərə alınmasını tələb edir. Buna baxmayaraq burada özlüyündə aydın olan məqamlar da az deyil: Rusiya BMT Təhlükəsizlik Şurası və bir çox sülhü dəstəkləyən razılaşmaların üzvüdür. O həmçinin bu cür həssas bölgədə sülhün əldə olunmasında maraqlı olan və yaxın qonşularla sıx əlaqələrə malik Qafqaz dövlətidir. Rusiya həm də sözügedən münaqişənin ən fəal vasitəçisi, hətta barışığın müəllifidir. Kim təsəvvür edə bilər ki, Moskva qonşu evlərdə getdikcə alovlanan özbaşınalığa etinasız qalacaq? Həmçinin orada alova tərəfdaşlıq edənləri dəstəkləyəcək? Məgər bu aydın deyil.
- Necə fikirləşirsiniz, Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində baxışları üst-üstə düşür və ya fərqlənir?
- Bu baxışlar nədəsə üst-üstə düşür, nədəsə fərqlənir.
Ümid edirəm onların mövqeləri münaqişənin sülh yolu və danışıqlar vasitəsilə həllinin vacibliyində üst-üstə düşəcək. Lakin Ankara bunu “istisnasız olaraq sülh yolu ilə“ bəyanatını verməklə daha dəqiq şəkildə bəyanlaya bilər. Moskva bu mövqeni çoxdan ortaya qoyub və hər iki tərəfin rəhbərlərinə 2008-ci ilin noyabrında məhz bu məsələ ilə bağlı bəyannaməni qəbul etməyi təklif edib. Türkiyənin Minsk Qrupundakı mövqeyini Qarabağda hərbi əməliyyatlar gedən zamanlardan yaxşı bilirəm. Qiymətləndirməyə görə, Minsk Qrupunun bütün üzvlərindən fərqli olaraq Ankara çox birtərəfli idi. Anlayıram ki, Bakı Türkiyənin dəstəyini qiymətləndirir. Lakin bir çoxu buna başqa qiymət verirdi. Heç də gözəl görünən hər şey yaxşı nəticələr vermir. 1993-cü ilin yazında Ankaranın birtərəfliliyi Minsk Qrupu daxilində vasitəçilik işinin üçtərəfli formatda - Rusiya - ABŞ - Türkiyə formatında aparılması təşəbbüsünün reallaşmasına mane oldu. Bu formatda iki görüşdən sonra məlum oldu ki, Türkiyənin bu birtərəfliliyini balanslaşdırmaq üçün erməni yönümlü əyilmə lazımdır. ABŞ-ı isə bu üçlüyün daxilində arbitr rolu qane edir. Bizi isə nə birinci, nə ikinci, nə də üçüncü qane etmirdi. Bundan əlavə, biz ABŞ və Türkiyədən fərqli olaraq Minsk Qrupunun işini BMT TŞ-nın 822 saylı qətnaməsinin yerinə yetirilməsinə təhkim edirdik. Bu səbəbdən həmin formatdan imtina etməli olduq. Lakin Heydər Əliyev bu formatı müdafiə edirdi. Azərbaycan hələ Elçibəyin vaxtında 822-ci qətnamənn qəbulunun təşəbbüsçüsü idi. Lakin onu yerinə yetirməkdən yayınırdı. İlkin görünüşdə elə müşahidə edildi ki, bu, Bakının xeyrinədir. Lakin sonradan ayrı nəticələr ortaya çıxdı. Həmin vaxtdan çox zaman keçib. İndi isə Türkiyə daha balanslı şəkildə çıxış edə bilər.
- Demək olarmı ki, Qərb Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırması prosesini Dağlıq Qarabağ münaqişəsinin həllindən aralaya bilmədi?
- Bunun əksini söyləyərdim. Bu iki prosesi bir-biri ilə əlaqələndirmək istəyənlər bu bağlılığın xeyirli olduğunu sübut edə bilmədilər. İndi biz hazırda onun mənfiliklərini görürük. Bu proseslərin hər biri öz-özlüyündə çətindir. Onları qarşılıqlı şəkildə əlaqələndirmək isə bu çətinliyi ikiqat artırmaq deməkdir. Mürəkkəbləşdirmə heç nəyi sadələşdirmir. Bu əlaqəni yaratmaq cəhdləri müsbətə doğru işləmir. Bu hər iki prosesi irəliyə aparmır, nəticədə onlar dalana dirənirlər. Bu isə mənfidir. Məgər türk - erməni münasibətlərinin normallaşdırılmasının dayandırılması Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcək? Təbii ki, yox. Məhz bu səbəbdən hər şey dəqiqliklə əksinə baş verir. Addım atarkən irəliyə doğru 1 yox, 2 addımın atılmasını hesablamaq daha yaxşıdır. İndi isə Bakı Qarabağ münaqişəsinin həllində irəliləyiş olmamasından hiddətlənir. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması problemi sərhədlərin açılmasından daha genişdir. Türkiyənin postsovet Ermənistanı ilə diplomatik münasibətləri olmayıb. Ermənistanla 1993-cü ildə sərhədlərini bağlaması isə BMT TŞ-nin kursuna ziddir. Onun qəbul etdiyi 822 saylı qətnamə münaqişə tərəflərindən dərhal hərbi əməliyyatları və düşmənçilik aktlarını dayandırmağı tələb edir. Təcrid isə bu cür aktlardan sayılır. Lakin Qarabağ münaqişəsinin formal iştirakçısı olmayan, Minsk Qrupunun üzvü olan bir dövlət BMT TŞ-nin hələ münaqişə tərəfi kimi tanımadığı bir ölkəyə qarşı düşmənçilik aktı tətbiq edib. Burada məntiq haradadır? Burada daha çox dolaşıqlıq var. Hərbi əməliyyatları dayandırmaq olardı. Daha bu əməliyyatların yalnız birtərəfli istiqamətdə irəliləməsindən çıxış etmək yox. Rusiya da Kəlbəcər rayonunun işğalını pislədi. Lakin bu qınaq hərbi əməliyyatların tam və bütün ərazilərdə dayandırılması tələbi çərçivəsində səsləndirildi. Ümumi barışıq halında onun geri qaytarılmasına nail olmağa çalışdı. Lakin münaqişə tərəflərindən birinin natamam və qeyri-dəqiq mövqeyi buna maneə yaratdı. Yalnız 1 ildən sonra - 1994-cü ilin mayında atəşkəs imzalandı.
- Yenilənmiş “Madrid prinsipləri“ barədə nə fikirləşirsiniz, nə üçün İrəvan hələ də ona hansısa reaksiya nümayiş etdirməyib?
- Fikrimcə, münaqişənin həssas həlli prinsipi sırasına güc tətbiqləməmək də mütləq daxil edilməlidir. Lakin çətin ki ATƏT-in bu prinsipi düzgün qısaldılsıng Onsuz da güc təhdidinə diqqət yetirilmir. Prinsiplərə bu cür yanaşma prinsipialdır? Bu yolla bütün prinsipləri qısaltmaq və təhrif etmək olar. Bunu mütləq düzəltmək lazımdır. “Madrid prinsipləri“ barədə eşidilənlər, mətbuatın gəldiyi qənaət əsasında hökm çıxartmaq doğru deyil. Yoxsa “detallarda iblis“ görünər.
Azərbaycan bu prinsplərlə Ermənistandan əvvəl tanış olub. Ona görə də “Madrid prinsipləri“nin yeni formasına daha tez reaksiya verib. Bakı bu təkliflərə bir sıra dəyişikliyi nəzərə almaqla prinsipial razılıq verib. Əgər bu istisnalar münaqişənin həllində əsas məsələ olan Dağlıq Qarabağın statusuna aiddirsə, onda Bakının prinsipial razılığından nə qalır? Lakin ən yaxşısı Ermənistan və Xankəndinin mövqelərinin açıqlanmasını, həmçinin Bakının istisnalarının çözülməsini gözləməkdir. Çünki Ermənistan Qarabağ erməniləri olmadan razılığı öz üzərinə götürməyəcək. Bunu o zaman müzakirə edərik. Təbii ki, münaqişənin tezliklə həll edilməsini istərdim. Möhkəm sülh “nə sülh, nə müharibə“ - yəni status-kvodan yaxşıdır. Yəni müharibə tam olmayan, haradasa kiçildilmiş aralıq status-kvodan yaxşıdır? Fikrimcə, danışıqlarda irəliləyişlər tam olaraq ciddi şəkildə münaqişənin həllində güc tətbiq etmək təhlükəsi aradan qaldırıldıqdan sonra sürətlənəcək. Bu, sülhün qurulmasında “başlanğıc dövr“dür. O, ilkin mərhələyə qədər qaçılmazdır. Daha dəqiq desək, münaqişənin həlli prosesinin reallaşdırılmasının ilkin mərhələsinə qədər.


Azad Əliyev


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019