Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
AMİP Jirinovskinin dəvətini qəbul edə bilər
Tarix: 30.12.2008 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Etibar Məmmədovun gedişindən sonra tənəzzül dövrünü yaşayan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) seçkiöncəsi aktivləşməyə cəhddə bulunmaqdadır.
Azərbaycan Demokrat Partiyasının (ADP) eks-həmsədri Rəsul Quliyev tərəfdarlarının da AMİP-ə üz tutduğunu nəzərə alsaq, milli istiqlalçıların əhvalının nə qədər yüksək olduğunu təsəvür etmək elə də çətin deyil. Maraqlıdır, bu ab-hava AMİP-in başbilənləri tərəfindən seçki hazırlıqlarında büruzə verəcək, ya yox? Bu və ya digər səpkili suallarımızı AMİP rəsmisi Əli Orucov cavablandırdı:
- Hazırda Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qarşısındakı əsas hədəf qurultayın keçirilməsidir. Bu yöndə də partiyanın rayon-şəhər təşkilatlarında hesabat yığıncaqları təşkil edilir və qurultaya nümayəndələr seçilməkdədir. Yerli təşkilatlarda keçirilən hesabat yığıncaqlarının əsas məqsədi onların gücləndirilməsi, imkan daxilində əlavə qüvvələrin partiya sıralarına cəlb olunmasıdır. Belə toplantılar eyni zamanda bizə partiyanın ümumi potensialını saf-çürük etməyimiz üçün də böyük imkanlar yaradır. Bu prosesi başa çatdırdıqdan sonra seçkiöncəsi keçiriləcək qurultayda vacib qərarlar veriləcək. Bəzi siyasi qüvvələrdən fərqli olaraq biz bu işlərə köklü yanaşırıq.
- Belə bir fikir səslənir ki, AMİP-in potensial qüvvəsi zəif olduğundan bu boşluğu sabiq ADP üzvləri, xüsusən də rəsulçular vasitəsilə doldurmağa çalışır?
- Bu gün Azərbaycan reallıqlarına nəzər yetirdikdə müxalifətdəki heç bir partiya seçki təcrübəsinə, eləcə də istər insan, istərsə də digər resurslarla əlaqədar AMİP-lə rəqabət aparacaq səviyyədə deyil. Bu yöndə açıqlamalar verənlərin ehtiyatlı fikirlər səsləndirmələri vacibdir. Siyasi partiyalar açıq fəaliyyət göstərdiyindən kimlərinsə partiyalara gəlməsində hər hansı bir qadağalar tətbiq oluna bilməz. Kimsə yeni gələnlərə deyə bilməz ki, o, partiyada fəaliyyətini davam etdirməsin. Gələnlərin də hər hansı bir məsələyə bağlanmalarına ehtiyac görmürəm. AMİP-ə son qəbul olunanlardan biri də sabiq millət vəkili Yusif Bağırzadədir. Yusif bəy də gəlişinin məqsədini açıq şəkildə bəyan edib. Keçmiş millət vəkilinin AMİP-ə üz tutmasının səbəbi Milli İstiqlal Partiyasının ardıcıl, məqsədyönlü fəaliyyət göstərməsidir. Bundan sonra da AMİP-ə gələnlər olacaq. Bu isə heç də o anlama gətirməməlidir ki, kimlərinsə tərəfdarları AMİP-ə üz tutur.
- AMİP-in ADP-dən fərqli ideoloji dəst-xətti var. Sizcə, uzun illər fərqli mühitdə siyasi fəaliyyət göstərən Bağırzadə AMİP-in ideoloji xəttinə uyğunlaşa biləcəkmi?
- Zaman keçir, insanların təfəkkürü, siyasi ideologiyalara münasibəti də dəyişir. Ona görə də düşünürəm ki, Yusif Bağırzadə, yaxud da bundan sonra AMİP-ə gələcək insanlar bunları ölçüb-biçiblər və AMİP-in ideoloji dəst-xəttini mənimsəməyə hazırdırlar. AMİP-in ideoloji xətti, siyasi prinsipləri hər kəsə məlumdur. Təbii ki, Azərbaycana xidmət edən, hüquqi cəmiyyətin və çiçəklənmiş dövlətin qurulmasını istəyən hər kəs Milli İstiqlal Partiyasına üz tutur.
- Yusif Bağırzadənin katib vəzifəsinə gətirilməsi AMİP sıralarında uzun illər külüng vuranlar tərəfindən necə qarşılandı?
- Partiyada vəzifələr şəxslərə görə bölünmür. AMİP-də beynəlxalq əlaqələr üzrə katiblik postu vakant idi. Yusif Bağırzadənin də uzun müddət beynəlxalq əlaqələrdəki fəaliyyəti, təcrübəsi nəzərə alındı və katib vəzifəsinə təsdiq edildi. Bildirim ki, Yusif Bağırzadə parlamentdəki fəaliyyəti dövründə Milli Məclisi ATƏT-in Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin rəhbəri, eyni zamanda bir sıra beynəlxalq təşkilatla işləyən parlament nümayəndə heyətlərinin üzvü olub. Ona görə də Yusif bəyin bu sahədəki təcrübəsini nəzərə alaraq belə bir sərəncam verilib.
- Belə bir fikir var ki, rəsulçuların AMİP-ə üz tutması ilə Rəsul Quliyevin maliyyə imkanları da bundan sonra Milli İstiqlal Partiyasına tərəf yönələcək?
- Partiya maliyyəsini üzvlərinin ödədiyi aylıq üzvlükhaqqı, həmçinin təəssübkeşlərin, partiyaya yaxın insanların ödədiyi könüllü ianələrdən formalaşdırır. AMİP-in büdcəsi, onun hara xərclənməsi ilə əlaqədar hər ilin sonunda həm ictimaiyyətə, həm də partiya üzvlərinə hesabatlar verilir. Təbii ki, biz AMİP-in siyasi fəaliyyətinin aktiv vəziyyətdə olması üçün daha böyük məbləğdə maliyyə cəlb etmək istərdik. Çünki istənilən siyasi qüvvənin fəaliyyəti maliyyəsiz çətin olar. Amma bu maliyyə də şəffaf qaynaqlardan gəlməlidir. Biz heç bir vaxt qeyri-şəffaf, çirkli pullar hesabına maliyyələşməmişik. Ümumiyyətlə, partiya olaraq bu istiqamətdə ciddi mübarizə də aparırıq. Eyni zamanda xaricdən gələn maliyyələrə də pis baxmışıq. Düşünürük ki, istənilən maliyyə qurumu, sponsorlar maliyyə ayıran zaman özlərinin də maraqlarını nəzərə alacaqlar. Bəzən bu maraqlar ölkənin maraqlarının üstündə dayandığından istərdik ki, digər siyasi qüvvələr də AMİP-dən bir nümunə götürərək belə maliyyələrdən yararlanmaqdan çəkinsinlər.
- Bu günlərdə xəbər yayıldı ki, AMİP daim Azərbaycana qarşı, ümumiyyətlə antitürk mövqedə dayanan, zaman-zaman erməni dəyirmanını sulayan Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Moskvada keçirəcəyi tədbirə dəvət alıb. Partiyanız həmin tədbirdə iştirak edəcəkmi?
- Bizə belə bir dəvət, doğrudur gəlib. Amma bu tədbirdə iştirak edib-etməmək haqqında elə bir qərarımız yoxdur. Onu da qeyd edim ki, Jirinovski tərəfindən belə bir dəvət məktubu ötən il də gəlmişdi və AMİP həmin tədbirdə iştirak etmədi. Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, Azərbaycana qarşı mənfi münasibət bəsləyən şəxslərin keçirdiyi tədbirlərə qatılmaq lazımdır və onlara tutduqları yolun yanlış olduğunu söyləmək, bu mövqelərindən çəkinmələri üçün mübarizə aparılmalıdır. Bu işdə təkcə ictimai-siyasi qüvvələr deyil, eləcə də hakimiyyətdə təmsil olunan qüvvələr iştirak etməlidirlər. Özümüzün haqlı olduğumuzu, o şəxslərin ədalətsiz yerə dövlətimizi və xalqımızı qaraladığını onların üzünə deməyimiz lazımdır.
Nahid Canbaxışlı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019