Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Aleksandr Karavayev: “Bakı mövqeyini sərtləşdirməlidir“
Tarix: 16.12.2008 | Saat: 15:15:00
Bölmə:Müsahibə | çapa göndər

Son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı intensiv danışıqlar aparılmaqdadır. Müzakirələrə ən çox yol açan məqam isə Vaşinqtonda nüvə sammiti çərçivəsində reallaşdırılan danışıqlarda Azərbaycanın iştirak etməməsi oldu. Bu amil istər rəsmi Bakı, istərsə də Azərbaycan ictimaiyyəti, həmçinin bir sıra xarici ekspertlər tərəfindən sərt təpkilərlə qarşılandı. Vaşinqtonun həmsədr kimi ədalətli mövqe nümayiş etdirməsinə inamlar azaldı. Digər tərəfdən səsləndirilən bəyanatların fonunda Qarabağ münaqişəsinin hərbi yolla həlli məsələsi yenidən gündəmə gəldi. Bütün bu məsələlərlə bağlı suallarımızı isə PMÖM-un siyasi proqnozlaşdırma bölməsinin rəhbəri olan rusiyalı politoloq Aleksandr Karavayev cavablandırır:
- Azərbaycan Vaşinqtonda keçirilən nüvə sammitinə dəvət edilmədi. Bir çoxu bunu ABŞ prezidenti Barak Obamanın səhvi kimi qiymətləndirir. Siz necə fikirləşirsiniz?
- Təbii ki, sammitdə 47 ölkənin nümayəndələri iştirak etdiyi halda, Azərbaycanın bu toplantıya dəvət almaması qəribə görünür.
- Həmçinin o da nəzərə alınmalıdır ki, Azərbaycan İran ətrafındakı durumla bağlı müxtəlif ssenarilərdə vacib rol oynayır. Prezident İlham Əliyevin Vaşinqtona dəvət edilməməsi hansı səbəblər üzündən olub, bu, məlum deyil. Burada yeganə əsas səbəb kimi onu göstərmək olar ki, Dövlət Departamentində sammitin təşkilatçıları əsas diqqətin məhz erməni - türk münasibətlərinə yönəldilməsini istəyib və İrəvanla Ankara Ağ Evin Dağlıq Qarabağ münaqişəsinin həllini türk-erməni dialoqundan ayrı tutduğunu nümayiş etdirib. Lakin istənilən halda Bakı və şəxsən İlham Əliyevə münasibətdə daha çox ədəb qaydalarına uyğun hərəkət etmək olardı.
- Vaşinqtonda aparılan danışıqlar Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcək?
- Əgər ABŞ-da Ankara və Bakının sərhədlərin açılması prosesinin münaqişənin həllində irəliləyişlə əlaqələndirilməsinə dair mövqelərini qəbul etsələr, bu danışıqlar Dağlıq Qarabağ məsələsinin həllinə təsir göstərəcək. Yalnız bu halda müsbət addımlar olacaq. Hələlik isə buna istiqamətlənən siqnalları görmürük.
- Bakıda bəyan edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan sərhədlərin açılması Ermənistanın münaqişənin həlli ilə bağlı mövqeyini daha da sərtləşdirəcək. Bu mövqeyi necə şərh edərdiniz ?
- İrəvanın mövqeyi onsuz da sərtdir. Ümumilikdə isə kompleks halda götürüldükdə vəziyyətin Bakının xeyrinə dəyişdiyini görərik. Ermənistan iqtisadiyyatının vəziyyəti getdikcə ağırlaşır. Beynəlxalq güclərin isə münaqişənin həlli ssenarisi ilə bağlı mövqeləri açıq şəkildə “Madrid prinsipləri“ndə əksini tapıb. Lakin İrəvan hələ də qeyri-müəyyən vaxt ərzində öz mövqelərində qala bilər. Bunun əsas günahı isə Dağlıq Qarabağ münaqişəsinin həllinə az marağın olmasıdır. Bakı öz mövqeyini sərtləşdirməlidir. Bu cür ssenari üçün ən əsas vasitə ilk olaraq Qərbin neft şirkətləri ilə imzalanmış enerji müqavilələrinin dondurulmasıdır. Onlara yenidən baxılması isə Azərbaycanın biznes reputasiyasına ciddi təsir göstərəcək. Digər variant isə müharibədir. Bunun da özünün yüksək qiyməti var. Tək hərbi üstünlüyü ifadə etməklə bu, yekunlaşmır.
- Vaşinqton sammitindən sonra Barak Obama 24 apreldəki ənənəvi çıxışında 1915-ci il olaylarını “soyqırım“ adlandıracaqmı?
- Mən ABŞ prezidentinin çıxışı ilə bağlı bu ehtimallara o qədər də böyük əhəmiyyət verməzdim. ABŞ-ın Türkiyə ilə bağlı siyasəti bu amilə görə dəyişməyəcək. Ermənistan da bundan şübhəli rahatlıq və milli qürurdan başqa bir şey əldə etməyəcək. Müasir dünyada bu o qədər də böyük hədiyyə deyil.
- Nə üçün ermənilərin həmişə bütün qonşuları ilə problemləri mövcuddur?
- Bütün yeni dövlətlərin qonşuları ilə problemləri mövcuddur. Xüsusilə də söhbət dəqiq tarixi sərhədləri olmayan və son 100 ildə ərazisində titullu xalqların yaşadığı dövlətlərdən gedir. Misal üçün, İsrailin də bir çox böyük problemi var. Qafqazın müəyyən xalqları, o cümlədən ermənilər də özlərinin unikal tarixi versiyalarını irəli sürərək qonşuları ilə çətin şərtlər daxilində yaşayırlar. Bütün problem onların həddən artıq özlərini qiymətləndirməsi və bu vaxta qədər bəslədikləri milli üstünlük hisslərindədir. Yeri gəlmişkən, Avropada da bu cür problemlər mövcuddur. Məsələn: almanlarla polyaklar arasında. Rusiyanın da Ukrayna ilə analoji problemi yaşanır. Burada müstəmləkəlikdən çıxdıqdan sonra yaranan kompleks də özünün rolunu oynayır. Keçmiş müstəmləkələr özlərinin ideologiyalarını vaxtilə onların tabe olduqları dövlətlərə zidd şəkildə qururlar. Həmin dövlətlər isə bir müddət keçmiş müstəmləkələrini yeni qurulmuş dövlət kimi tanımaq istəmirlər. Ümumi tarixin həll edilməmiş problemləri zəifləmiş fəaliyyətlərin minasına çevrilir. Millətçilik bəzən daxili inkişaf üçün gərəklidir. Lakin bu, beynəlxalq münasibətləri parçalayır və əməkdaşlıq körpüləri qurmaq iqtidarında deyil. Bir çox erməni siyasətçi üçün millətçilik bir ehkama çevrilib. Məhz bu, Sovet İttifaqının dağılmasının səbəblərindən biri idi.
- Necə fikirləşirsiniz, bu gün psixoloji müharibəni Azərbaycan, yoxsa Ermənistan qazanır?
- Daha çox təbliğat müharibəsindən danışmaq lazımdır. Mən Ermənistanın istədiyi nəticəni əldə etdiyini söyləməzdim. Lakin İrəvan öz mövqeyini qoruyub-saxlayır. Bu, daha çox Avropa dövlətlərinin “soyqırım“ məsələsinə münasibətdə özünü göstərir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin öz ehtimallarının təbliğinə gəldikdə isə burada müəyyən paritetlik olsa da, balans bir qədər Azərbaycanın xeyrinə dəyişib.
- Bir çoxu hesab edir ki, Dağlıq Qarabağda yeni müharibənin başlanması Rusiyanın siyasi məğlubiyyəti deməkdir...
- Bu, tamamilə səhv iddiadır. Bu, Sovet İttifaqının siyasi problemi idi və sonda birliyin dağıdılmasına gətirib-çıxartdı. Burada Rusiyalıq nə var? Müasir Rusiya artıq müharibə edən Azərbaycan və Ermənistanla iş qurmağa məcbur oldu. Münaqişə də SSRİ-nin mirasıdır. Keçmişə münasibətdə düşünsək, Boris Yeltsinin vaxtında Azərbaycan və Rusiya arasında münasibətləri başqa cür qurmaq mümkün idi. Həmin münasibətlər daha çox xeyir verə bilərdi. Məhz Rusiyanın müdaxiləsi nəticəsində 1994-cü ildə qan tökülməsinin qarşısı alındı. Lakin Rusiya həmin dövrdə münaqişəni həll etmək üçün lazımi resurslara malik deyildi. Bundan bir qədər sonra Şimali Qafqazda Çeçenistan müharibəsi başladı. Həmin vaxt Moskva üçün Qarabağın hayına qalmaq yada da düşmürdü.
- Müharibə olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Şurası hansı şərtlər daxilində proseslərə müdaxilə edə bilər?
- Əgər yeni müharibə Dağlıq Qarabağ və ona bitişik rayonların ərazisində getsə, Kollektiv Təhlükəsizlik Şurasının bu prosesə müdaxilə etməsi üçün heç bir hüquqi əsas yoxdur. Yox, əgər Azərbaycan ordusu Ermənistan ərazisinə yeridilsə, onda bu ehtimal özünü doğrulda bilər. Ümumiyyətlə, istənilən halda Kollektiv Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda müharibəyə qoşulması birliyə daxil olan bütün dövlətlərin müsbət rəyindən sonra mümkündür. Ona görə də bütün bu məsələlərin hamısı ilə bağlı ehtimallar yalnız nəzəriyyədir. Erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ ətrafında olan işğal altındakı ərazilərdən çıxarılmasından sonra KTŞ-nin hərbi qüvvələrinin sülhməramlı kimi bölgədə yerləşdirilməsinə baxılması isə mümkündür. Lakin bu halda da əsas qərar İrəvan və Bakıdan asılı olacaq.

Azad Əliyev


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019