Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Alxanlı bərpa olunur
Tarix: 22.11.2008 | Saat: 15:15:00
Bölmə:Dünya | çapa göndər

1993-cü ilin avqust ayından 1994-cü ilin yanvar ayınadək erməni işğalçılarının zəbti altında olan Füzuli rayonunun Alxanlı kəndi işğaldan azad edildikdən sonra uzun müddət baxımsız qalıb. Çünki ermənilər həmin yaşayış məntəqəsindəki bütün evləri və obyektləri talan edərək viran qoyub. Lakin son illər yerli RİH-in və aidiyyəti qurumların maliyyə yardımı ilə adıçəkilən kənddəki dağıdılmış evlərin bərpasına başlanılıb. Bu günədək dövlət büdcəsi hesabına 300 ev bərpa olunub, 176 evin tam bərpasına və 96 evin bir hissəsinin təmirinə sifariş verilib. Məlumatda həmçinin qeyd olunub ki, işğaldan əvvəl Alxanlıda yaşayan 712 ailədən 582-si artıq doğma ata-baba yurdlarına qayıdıblar. Dağılmış evlərin bərpasından sonra yerdə qalan digər ailələrin də kəndə qayıdacağı gözlənilir.

Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
10.12.2018
09.12.2018
08.12.2018