Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezidentin doğum günü ilə bağlı qurban kəsildi
Tarix: 13.09.2008 | Saat: 14:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Rəfael İsmayılov məlum Qarabağ hadisələri zamanı Vətənin qeyrətli oğulları kimi əlinə silah alıb torpaqlarımızın müdafiəsinə qoşulanlardan biri olub. 7 il Ağdam və Ağdərə uğrunda gedən qanlı döyüşlərdə iştirak edib, dəfələrlə bədən xəsarəti alıb.

Qarabağ müharibəsi veteranıdır. Sadə peşə sahibidir, sürücüdür. Ağdamın işğalından sonra ailəsi ilə birlikdə Bakı şəhərinə üz tutaraq Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsindəki “Alov“ istirahət düşərgəsində məskunlaşıb. Zəhmətlə dolanan insandır. Hamı onu xeyriyyəçi kimi tanıyır. İmkansız ailələrə, qaçqın və məcburi köçkünlərə əlindən gələn köməkliyi əsirgəmir. Evi həmişə qonaqlı-qaralı olub. Bu gün də süfrəsi dost üzünə açıqdır. Hər il möhtərəm prezidentimiz cənab İlham Əliyevin doğum günü ilə bağlı qurban kəsir. Rəfael İsmayılov 6 ildir prezidentin şərəfinə qurban kəsdiyini dedi: “Mən İlham Əliyev cənablarını ölkəmizin bir prezidenti kimi yox, Azərbaycan xalqının bir ağsaqqalı, qardaşı, bir dayağı kimi təsəvvür edirəm və onunla fəxr edib, ona da arxalanıram. Onun bir dövlət başçısı kimi ümummilli lider Heydər Əliyevin ənənəsinə sadiq qalaraq, onun siyasi kursunu ardıcıllıqla aparır. Əgər müharibə və yaxud dövlətimizə qarşı hər hansı bir təcavüz olarsa, onda biz Ali Baş Komandanın verdiyi əmrləri canımızla, qanımızla yerinə yetirərik“.
70 yaşlı Ağdam köçkünü Müdafiə Rzayev bildirdi ki, Rəfaeli uşaqlıq illərindən tanıyır: “Çevikliyi və qorxmazlığı ilə həmişə tay-tuşları arasında seçilərdi. Həmişə zəhmətkeş olub. Rəfael prezident seçkilərində fəal iştirak edir, İlham Əliyev cənablarının prezident seçilməsi ilə əlaqədar hər il qurban kəsir. Mən də həmin mərasimdə iştirak edirəm. Rəfaelin bir arzusu var, o da doğma Ağdamın düşmən tapdağından azad olunmasıdır“.
Söhbətə qatılan 39 saylı Ağdam köçkün məktəbinin direktoru İmran Quliyev 10 ildən artıqdır Rəfael İsmayılovu tanıdığını bildirdi: “Oğlu İfrail isə məktəbimizin məzunu olub. Olduqca tərbiyəli şagird idi. Atası Rəfael müntəzəm məktəbimizə gəlib onun təhsili ilə maraqlanar, bütün tədbirlərimizdə yaxından iştirak edərdi və bu gün də edir. O, halal zəhməti ilə dolanan bir şəxs kimi yaxın qonşuları, ətrafda olan insanlarla həmişə səmimi münasibətdə olmağı bacarır. Rəfael köçkün həyatı sürməsinə baxmayaraq, bir xeyriyyəçi kimi imkansız ailələrə imkanı daxilində əl tutur. Artıq hər il ölkə başçısının ad günü ilə bağlı kəsdiyi qurbanlıq ənənəyə çevrilib. Qurban əti isə köçkün ailələrinə paylanır. Onu da qeyd edim ki, mən həm də məntəqə sədriyəm. Rəfaeli ictimai işlərin, dövlət tədbirlərinin yaxından iştirakçısı kimi tanıyıram. Onun bir ictimaiyyətçi və təbliğatçı kimi təbliğat və təşviqat işlərində də fəallıq göstərdiyinin şahidi olmuşam. Rəfaelin ən böyük arzusu torpaqlarımızı azad görmək və bu ənənəvi qurban mərasimini prezidentimizlə birgə doğulduğu Ağdamda davam etdirməkdir“.
Şuşa köçkünü Xosrov Həsənov Rəfaellə qonşu olduğunu vurğuladı: “Onunla münasibətimiz çox yaxşıdır. Təmənnasız adamdır. Qonşuları ilə, eləcə də rayon əhalisi ilə isti münasibətdədir. Həmişə imkansızlara əl tutur və bu gün də öz xeyriyyə işini davam etdirir“.

Qələndər Xaçınçaylı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib
“Əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq” – Tahir Mirkişili