Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
16 il Zəngilansız
Tarix: 02.08.2008 | Saat: 14:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycanın Zəngilan rayonunun işğalından 16 il keçir. Xatırladaq ki, rayon 1993-cü ildə ermənilər tərəfindən işğal olunub. Onu da deyək ki, Zəngilan işğala məruz qalan ən sonuncu rayondur.

Yüzlərcə şəhid verən bu rayonun işğal edilməsindən bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Bundan sonra rayonun müdafiəsi özünümüdafiə dəstələrinin ümidinə qalıb. Ancaq özünümüdafiə dəstələri də erməni silahlı birləşmələrinin hücumlarının qarşısını ala bilməyib. Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə alınan rayonun əhalisi Araz çayından İran ərazisinə keçməklə düşməndən xilas olub. Bundan sonra erməni tankları dörd tərəfdən rayona hücuma keçiblər.
Şahidlərin dediyinə görə, əgər zəngilanlılar rayonda bir az da yubansaydılar, ikinci Xocalı faciəsi təkrarlana bilərdi. Zəngilan birinci Qarabağ savaşında 188 şəhid verib. Bu günədək rayonun 44 sakini itkin düşüb. Azərbaycanın cənub-qərbində yerləşən Zəngilan Ermənistan və İranla həmsərhəddir.
İşğal edilməzdən əvvəl 1 şəhər, 1 qəsəbə və 83 kənddən ibarət olan Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, 1 texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Rayonun coğrafi mövqeyi çox əlverişlidir. Belə ki, o, Bakı - Culfa - Naxçıvan dəmir yolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadratkilometr olan Zərgilan işğal ediləndə əhalisi 35,6 min nəfər olub. Hazırda zəngilanlı məcburi köçkünlərin sayı 33 min nəfərdir. Rayon ərazisinin əsas hissəsi dağlardan və çaylardan ibarətdir. Rayon qızıl, tikinti daşları və əhəng kimi faydalı qazıntılara malikdir. Dünya saylı olan çinar meşələrindən biri də bu rayonda yerləşir. Zəngilan rayonu eyniadlı şəhərdən, Mincivan qəsəbəsindən və 81 kənddən ibarətdir. Rayonda 14 tibb müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min cccild kitab saxlanılan 50 kitabxana olub. Zəngilanın iqtisadiyyatını əsasən kənd təsərrüfatı - üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edir. 1988-ci ildə Zərgilan 1,1 min ton tütün, 16,3 min ton üzüm və 4,6 ton taxıl istehsal edib. Bir heyvandarlıq rayonu olaraq Zəngilanda 1989-cu ilin məlumatına görə, 18 min baş iri, 94,9 min baş xırdabuynuzlu mal-qara olub. Həmin il 519 ton ət, 3063 ton süd, 20 ton yun istehsal edilib. İşğaldan sonra Bakı - Mincivan - Qafan dəmir yolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı - Naxçıvan - Şirvan dəmir yolu xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.
Zəngilanın ərazisi arxeoloji və memarlıq abidələri ilə də zəngindir. Onlardan ən böyüyü “Şəhri Şirafan“ adı ilə tanınan orta əsr şəhərinin xarabalığıdır. İşğaldan sonra Bakı - Mincivan - Qafan dəmir yolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağılıb.

Mirvari


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019