Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“I Beynəlxalq anım filmləri“ yekunlaşdı
Tarix: 26.02.2008 | Saat: 15:15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Dünən Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılğı ilə baş tutan “26 fevral“ I Beynəlxalq Anım Filmlərinin nümayişi yekunlaşıb. Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunan tədbir “Azərsun-holding“ şirkətinin baş sponorluğu, “Mətanət-A“ şirkətinin sponsorluğu və “VVS“ şirkətinin təşkilati dəstəyi ilə baş tutub. Layihəyə informasiya dəstəyini “ANS“ TV, “ANS“ ÇM və “anspress.com“ saytı verib.
Tədbirdə 3 gün ərzində Xocalı soyqırımından bəhs edən, Azərbaycanda və onun sərhədlərindən kənarda - İran, Türkiyə, Gürcüstan, Ukrayna və s. ölkələrdə çəkilmiş bədii və sənədli filmlərin nümayiş etdirilib.
Tədbirin dünən keçirilən bağlanış mərasimində nümayişlənən filmlərə diplomlar və mükafatlar təqdim olunub. “Heç kim və heç nə unudulmayacaq“ nominasiyasında müəllifi Çingiz Mustafayev olan sənədli film mukafatlandırılıb. “Faktları qoruyan film“ nominasiyasında Seyfəddin Altyalının ssenarisi əsasında TRT televiziyasında çəkilmiş “Faciə“ filmi, “Ən emosianal film“ nominasiyasında reyissor Elxan Qasımovun “Biz qayıdacağıq“, reyissor Rüfət Əsədovun “Arxada qalmış gələcək“, reyissor Xamis Muradov və Tofiq İmirlinin “9 dəqiqə“, reyissor Namiq Ağayevin “Biz Qarabağlıyıq“ filmləri mükafata layiq görülüb. “Vətəndaş münasibəti“ nominasiyasında Vüqar Tapdıqlının ssenarisi əsasında çəkilmiş “Xocalı şahidləri“, reyissor Xamis Muradov və Tofiq Məmmədovun “Haray“, reyissor Ziya Şıxliniskinin “Dua“ filmləri təltif olunub. Bundan başqa, “Azərbaycan tarixinə və milli dəyərlərə münasibət“ nominasiyasında tədbirin baş sponsoru “Azərsun-holdinq“ və sponsoru “Mətanət-A“ şirkətləri də təşkilatçılar tərəfindən mükafatlandırılıb. Həmiçnin “Azərbaycan tarixinə ən yaxşı vətəndaş münasibəti“nə görə isə AVCİYA mükafata layiq görülüb.



Bölməyə aid digər xəbərlər
20.11.2018 Qızıl bahalaşıb

Xəbərə şərh yaz
21.11.2018
20.11.2018