Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İçərişəhərin əhalisi azalıb
Tarix: 08.09.2007 | Saat: 14:15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

NAZİRLƏR Kabineti yanında “İçərişəhər“ Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin strukturu hələ də tam formalaşmayıb. Bu barədə adıçəkilən qurumdan bildiriblər. Sözügedən idarədə komplektləşdirmə işlərinin davam etməsi və prosesin cari ilin sonunadək başa çatdırılmasının gözlənilməsi də məlumatda öz əksini tapıb.
Qeyd edək ki, dövlət başçısının 16 may 2007-ci il tarixli fərmanı ilə təsdiqlənmiş əsasnaməyə görə, idarənin 56 ştat vahidində fəaliyyət göstərməsi qəbul edilib.
Məlumatda həmçinin vurğulanıb ki, cəlb olunan mütəxəssislərə peşəkarlıq baxımından tələb yüksək olduğundan sözügedən strukturun formalaşması ləngiyib.
İdarədən verilən digər məlumatda isə qeyd olunub ki, həmin məkanda əhalinin sayı əvvəlki illərlə müqayisədə azalmağa doğru gedir. Statistikaya əsasən, İçərişəhərdə 5 il əvvəl 4200 nəfər yaşayırdısa, hazırda bu rəqəm 3 min nəfərə yaxındır.


Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.10.2018
14.10.2018