Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Şeron“ Türkiyəyə gedəcək
Tarix: 14.08.2007 | Saat: 14:15:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycan şou-biznesində qrupların xüsusi yeri var. Onların ifaları və repertuar seçimləri həmişə izləyicilərin diqqət mərkəzində olub.

Hazırda tanınan, eyni zamanda sevilən qruplardan biri də “Şeron“dur. Bu qrupun tərkibində yer alan gənclər səmimilikləri və ifa tərzləri baxımından hər zaman tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıblar.
Bu günlərdə “Şeron“un rəhbəri Rüstəm Zeynallı ilə görüşüb yaradıcılıq yenilikləri barədə soruşduq: “Havaların isti keçməsinə baxmayaraq işimizdə ləngliyə yol vermirik. Düzdür, arabir dincəlirik, amma “iş işdir“ prinsipini 1 dəqiqə də olsun unutmuruq. Hazırda Alim Qasımov və Aygün Kazımova ilə birlikdə bəstəsi Hikmət Mirməmmədliyə, sözləri Cəlal Qurbanova məxsus “Güləş“ mahnısının üzərində çalışırıq. Bu, əslində, mahnıdan çox himndir və idmana həsr olunub. Klip çəkilişləri üçünsə hələlik rejissor seçimi edirik“.
Qrupun Türkiyəyə dəvəti xəbərini aldığımızı və bu xəbərin doğru olub-olmadığı barədə sualımızı Rüstəm belə cavablandırdı: “Düzgün məlumatdır. Qardaş respublikanın televiziyasında indiyədək bir neçə çıxışımız olub. Bu dəfə TRT kanalına dəvətliyik. Bu kanalın 30 nəfərdən ibarət xoru ilə birlikdə Ankarada konsertimiz olacaq. Xorun bir konsert üçün ifa edəcəyi mahnıların partitura yazılışı mənə aiddir. Onu da qeyd edim ki, TRT xorunun rəhbəri həmyerlimiz Elnarə Kərimovadır. O, çox istedadlı bir xanım və nəhəng layihələrin rəhbəridir. Bu xorla birlikdə bütün dünyanı gəziblər. Bir yeni və sevindirici xəbər də odur ki bu ayın 26-da Yunanıstanda konsertimiz olacaq. Dəvət oradan gəlib, biz də məmnuniyyətlə qəbul etmişik. Qeyd edim ki, biz oraya bütün heyətlə dəvət olunmuşuq“.
Rüstəm Zeynallını “Şeron“ adlandırdığı studiyanın açılışı münasibətilə təbrik etdik və uğurlu olmasını dilədik: “Sizə minnətdaram. Çoxdan idi xüsusi studiyamın olmasını istəyirdim. Nəhayət, arzuma çatdım və hazırda üzərində bütün işlərin bitdiyi yeni albomumuz elə “Şeron“ studiyasında hazırlanacaq. İnanıram ki, bu albom da digərləri kimi satış rekordlarını qıracaq“.

Xatirə


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018