Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qələbə əzmi
Tarix: 10.08.2007 | Saat: 14:15:00
Bölmə:Maraqlı | çapa göndər

Azərbaycan idmançıları mütəmadi olaraq müxtəlif yarışlarda böyük sayda medal qazandıqlarından artıq istənilən səviyyəli turnirlərdəki uğurlar bizə bir o qədər də qeyri-adi görünmür. Lakin unutmaq lazım deyil ki, istənilən zəfərin arxasında ciddi məşqlər və zəhmət dayanır. Xüsusən də bu medallar Azərbaycana səhhətində qüsur olanlar tərəfindən bəxş edilibsə.

Yaxınlarda ölkəmizin cüdo üzrə paralimpiya yığmasının üzvü İlham Zəkiyev Braziliyada başa çatan görmə qabiliyyəti qüsurlu olanlar arasında təşkil edilən ümumdünya oyunlarında çempion tituluna qovuşdu. Vətənə döndükdən sonra kimono ustası təəssüratları ilə bölüşüb. Onu da qeyd edək ki, İlham Azərbaycanın Paralimpiya tarixinə başqa bir nailiyyətlə də adını həkk etdirib. İlk dəfə bir idmançımız 3 mötəbər turnirin - Paralimpiya Oyunları, dünya çempionatı (ümumdünya oyunları) və Avropa çempionatının mükafatlarına sahib olub. Elə müsahibə də bu 3 qalibiyyəti xatırlamaqla başlayır.
- Bu qələbələri incələdikdə qeyd etməliyəm ki, onların sırasında ən çətini və ən şərəflisi 2004-cü ildə Afinada əldə etdiyim Paralimpiya Oyunlarının çempionu titulu idi. Bu yarışlar digərləri ilə müqayisədə daha çox nüfuza malikdirlər. Həm də ki digərlərinə nisbətən daha gec-gec keçirilir - 4 ildə 1 dəfə. Odur ki Yunanıstanda ən ciddi sınağa məruz qaldım. Bir faktı da nəzərə almaq lazımdır. Afinada starta 2003-cü il dünya çempionatının mükafatçısı kimi çıxmışdım. Elə bu səbəbdən də mənə bir o qədər ciddi münasibət bəsləmirdilər. Lakin deyə bilmərəm ki, bu mənim o zaman işimi asanlaşdırdı.
- Nə mümkündürsə, əldə etmisiniz. Bu baxımdan 2008-ci il Pekində keçiriləcək Paralimpiya Oyunlarında mübarizə üçün stimul tampaq çətin olmayacaq ki?..
- Qətiyyən. Razılaşın ki, ikiqat Paralimpiya Oyunlarının çempionu titulunu daşımaq daha şərəflidir. Zənnimcə, idmanda daim can atılacaq zirvələr mövcuddur. Stimul problemi yoxdur. Yeri gəlmişkən, mən ikiqat Avropa çempionuyam. İmkan düşsə, üçüncü dəfə qitənin ən güclüsü tituluna yiyələnmək fürsətini qaçırmaram.
- Braziliyadakı yarışa qayıdaq. Qələbəyə doğru aparan yolu bir daha xatırlayaq...
- İlk rəqibim Çin təmsilçisi Vanq Sonq idi. Bu idmançını mən hələ ötən dünya çempionatında məğlub etmişdim. Bu dəfə də qalib mən oldum. Sonra köhnə tanışım fransalı Jülyen Torine ilə üz-üzə gəldim. İki dəfə onu qitə birincliklərinin finalında məğlub etmişdim. Braziliyada isə artıq 1/4 finalda qarşılaşdıq. Yenə də mən üstün oldum. Sonra növbə amerikalı Qreqori Düvala yetişdi. Onunla çox çətin oldu. Amma hər halda, sonra bir ippon qazanaraq güclü olduğumu isbatladım. Finalda isə Kuba idmançısı Yanqalini Ximeneslə qarşılaşdım. Ötən dünya çempionatında ona məğlub olmuşdum və bu səbəbdən də revanş götürməyə çalışırdım. Sonda bunu bacardım.
- Sizin mübarizə apardığınız superağır çəkidə gözlənilmədən çoxsaylı iştirakçı var idi - 18. Bu nə ilə izah edilir?
- Paralimpiya cüdosu yerində saymır, inkişafdadır. Ötən ümumdünya oyunlarında 10 idmançı starta çıxmışdı. Bu dəfə isə 18. Amma məhz belə olduqda yarış daha maraqlı alınır.
- Bir qədər başqa mövzuda suala keçid alaq. Səhv etmirəmsə, siz İsrailin göz klinikalarının birində müayinədən keçməliydiniz...
- Ölkə prezidenti İlham Əliyevin yardımı sayəsində qardaşımın müşayiəti ilə Hayfaya səfər etmişdim. Orda ən yaxşı həkimlər tərəfindən müayinə edildim. Təəssüf ki, hələlik ürəkaçan bir xəbər yoxdur, mənə heç nə ilə yardım edə bilmirlər. Amma hazırda göz xəstəliklərinin müalicəsi istiqamətində yeni üsullar işlənilir. İlk nəticələr əldə edilən kimi məni yenidən İsrailə dəvət edəcəklər.
Qeyd edək ki, İlham gözünün nurunu Vətənə xidmət edərkən itirib. Hərbi xidmətdə olduğu zaman Füzuli bölgəsində erməni snayperin atdığı güllə onu hazırda paralimpiyaçılarla qurşaq tutmağa vadar edib. Amma hər halda, İlham hətta belə çətin vəziyyətə düşdüyü zaman da Azərbaycana xidmət etməkdə davam edir. Biz ona tatami üzərində növbəti qələbələr arzulamaqla yanaşı, həm də tezliklə səhhətində müsbət dəyişikliklər diləyirik.

Vüsal Elay


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018