Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
70 yaşın “Qafqaza səyahət“i
Tarix: 06.06.2007 | Saat: 14:15:00
Bölmə:Sosial | çapa göndər

İyunun 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar, Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, professor Aqşin Əlizadənin 70 illik yubileyi şərəfinə onun “Qafqaza səyahət“ baletinin tamaşası keçiriləcək. Bu barədə teatrın mətbuat xidmətindən bildirdilər.
Şərəfli yaradıcılıq yolu keçən Aqşin Əlizadə uzun illərdir Opera və Balet Teatrı ilə əməkdaşlıq edir. Onun xalq qəhrəmanı Babəkə həsr etdiyi eyniadlı baleti bir çox illər ərzində teatrın repertuarında olub. 2003-cü ildə isə teatrda bəstəkarın “Qafqaza səyahət“ baleti səhnəyə qoyulmuş və həmin vaxtdan teatrın repertuarındadır. Azərbaycanın görkəmli şairə və ictimai xadimi Xurşidbanu Natəvan və onun fəaliyyəti, məşhur fransız yazıçısı Aleksandr Dümanın Azərbaycana səyahəti və onların görüşü, Azərbaycanın tarixi abidələri və təbiət gözəlliklərini vəsf edən bu tamaşa baletsevərlər tərəfindən hər zaman böyük maraqla qarşılanır.
Bunun sirri isə baletin peşəkar bəstəkar tərəfindən yaradılması və deməli, təsvirlərin, xarakterlərin və musiqi intonasiyalarının ifadəli, yerli-yataqlı olmasındadır. Azərbaycanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatı baletmeyster Tamilla Şirəliyevanın quruluş verdiyi, musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov olan tamaşada əsas rolları balet truppasının aparıcı solistləri - xalq artisti Mədinə Əliyeva (Natəvan), əməkdar artistlər Gü-lağası Mirzəyev (Aleksandr Düma), İslam İslamov (Xasay xan), Yuri Lobaçov (Jan Pyer Muene) və b. ifa edəcəklər.
Qeyd etmək lazımdır ki, hazırda Opera və Balet Teatrının balet truppası Aqşin Əlizadənin yeni bir əsəri olan “Qəmli vals“ baletinin quruluşu üzərində çalışır.

Samirə


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.10.2018
15.10.2018