Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sahibini gözləyən mədəni mühit
Tarix: 29.12.2006 | Saat: 15:15:00
Bölmə:Sosial | çapa göndər

Uluxanlı (Zəngibasar) mahalı Qəmərli, İrəvan, Eçmiədzin - Üçkilsə və Türkiyə ərazilərinin əhatəsində yerləşirdi.
“Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası“ kitabında Zəngibasar rayonundan danışarkən 40-dan artıq kənd barəsində məlumat verilir. Bu kəndlərdən yalnız 12-də məscid var idi: Uluxanlı, Aşağınecili, Yuxarınecili, Hacıelləz, Zəngilər, Şorlu, Dəmirçi, Qaraqışlaq, Zəhmət, Mehmandar və Şirvanlar kəndlərində. Zəngibasar mahalında olan ayrı-ayrı kəndlərdəki qədim qoç heykəlləri, kurqanlar, XIV əsrin Cəfərabad türbəsi həmin ərazilərin türklərə məxsusluğunu təsdiq edən dəlillərdir.
Müxtəlif vaxtlarda Qərbi Azərbaycanın digər yerlərində olduğu kimi, Zəngibasar mahalının əhalisi də deportasiya və soyqırıma məruz qalıb - 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə. 1948-53-cü illərdə törədilmiş deportasiya - “Azərbaycanlı əhalinin mədəni köçürülməsi“ - Zəngibasar - Uluxanlı camaatına ağır zərbələr vurdu. Birinci zərbə ondan ibarət idi ki, 1950-ci ilin avqust ayına qədər Zəngibasarın birinci katibi azərbaycanlı idi. Deportasiyanın nəticəsində birinci katib vəzifəsinə erməni əsilli şəxs qoyuldu. Deportasiya aktının ikinci zərbəsi ondan ibarət idi ki, 1950-ci ilə qədər rayonda dövlət dili Azərbaycan dili idi. Əldə olan sənədlər təsdiq edir ki, dövlət səviyyəli toplantıların protokolları və sənədləşmə əvvəlcə Azərbaycan dilində, sonra isə ermənicə yazılırdı. Deportasiyadan sonra isə bu proses tam əksinə getdi. 1948-53-cü ilin hadisələrinin ən əsas zərbəsi bir çox Azərbaycan kəndlərinin ermənilər tərəfindən sözün əsl mənasında zəbt olunması idi. Yaşı bilinməyən tarixi dövrdən bəri azərbaycanlıların yaşayıb məskunlaşdığı kəndlərdə ermənilər yerləşdirilirdi. Sonralar kəndlərin, eləcə də rayonun adı erməniləşməyə başladı. Məsələn, dünyaşöhrətli alim, akademik Mustafa bəy Topçubaşovun doğulduğu Göy Kümbət kəndinin adı elə 1949-cu ildə dəyişdirilərək Geganist qoyuldu. Uluxanlı əvvəlcə Nərimanlı, Zəngibasar, daha sonra isə Razdan, Masis rayonu kimi adlanmağa başladı.
Uluxanlı kəndinin Zəngibasar adlanması, deyilənə görə, Zəngi çayının daşıb su basması ilə əlaqədardır. Uluxanlıdan danışarkən onun məktəbindən xüsusi bəhs etmək lazım gəlir. Bu məktəb İrəvan quberniyasında ilk yeni tipli məktəblərdən idi. “Kavkazskiy kalendar“ məcmuəsinin 1892-ci il tarixli nömrəsində göstərilir ki, Uluxanlı məktəbinin əsası 1821-ci ildə qoyulub. Yeri gəlmişkən, onu da xatırlatmaq lazımdır ki, İrəvan müəllimlər seminariyası və İrəvan gimnaziyasının da əsası həmin il qoyulub. İki sinfi olan bu məktəbdə 31 şagird təhsil alırdı. Məşədi İbrahim Hüseyn oğlu Hüseynov məktəbin fəxri nəzarətçisi, Molla Axund Hacı Məşədi Hüseynov şəriət müəllimi, Rəhim Musarza oğlu Xəlilov müəllim idilər. 1904-cü ilin “Kavkazskiy kalendar“ məcmuəsindən bəlli olur ki, bu dövrdə artıq Uluxanlı məktəbində 63 şagird təhsil alırmış. Məmməd bəy Qazıyev isə məktəbin müdiri idi.
Qori seminariyasını təzəcə bitirmiş gələcəyin böyük ədibi Cəlil Məmmədquluzadə də əmək fəaliyyətinə 1887-ci ildə məhz Uluxanlı məktəbində başlamışdı.
Verilən məlumata görə, Mirzə Zeynalabdin Rzayev Mirzə Cəlilin şagirdlərindən olmuşdu. O, sonra İrəvan gimnaziyasını bitirmişdi. Dövrünün ağıllı, savadlı ziyalılarından idi.
1918-ci il avqust ayının 6-da həm İrəvan müəllimlər seminariyası, həm də İrəvan Gimnaziyası, həm də Uluxanlı məktəbi bağlandı. 1920-ci ildə Uluxanlı məktəbi yenidən fəaliyyətə başlasa da, nə İrəvan müəllimlər seminariyası, nə də İrəvan Gimnaziyası bundan sonra bir daha fəaliyyət göstərmədilər.
1920-ci ildən sonra elmin, mədəniyyətin inkişafının yeni dövrü başladı. 1924-cü ildə İrəvan pedaqoji texnikumunun fəaliyyət göstərməsi Uluxanlı məktəbinin üfüqlərini genişləndirdi. Məktəbin müəllimlərinin böyük bir qismi İrəvan pedaqoji məktəbinin məzunları idilər. Həmin müəllimlərdən Əsəd Məmmədov və Əli Xəlilov 1928-1930-cu illərdə İrəvan pedaqoji texnikumunda işləmiş gələcəyin böyük elm xadimi akademik Yusif Məmmədəliyevin tələbələri olmuşdular. Zəngibasar mahalının yetirdiyi alimlər arasında tibb elmləri doktoru, akademik Mustafa Topçubaşov, coğrafiya elmləri doktoru, akademik Budaq Budaqov, fizika elmləri doktoru Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Yəhya Məmmədov, filologiya elmləri doktorları, professorlar Fərhad Fərhadov, Əsgər Zeynalov, texnika elmləri doktoru professor, Ukrayna Neft və Qaz Akademiyasının həqiqi üzvü Eldar Şahbazov, texnika elmləri namizədi Əhməd Abdullayev, kimya elmləri namizədi Abbas Quliyev və bir sıra digər elm xadimləri var.
Uluxanlının ədəbi-mədəni mühiti də çoxşaxəlidir. Məşədi Heydər İsmayılov, Hüseyn Səlimov Uluxanlıda yetişən şairlər idilər. 1937-ci ildə repressiyaya uğramış Məşədi Heydər on il sürgündə olandan sonra Ağsuya qayıtmış və orada vəfat etmişdi. Məşədi Heydər “Vahid“ təxəllüsü ilə poeziya aləminə daxil olmuşdu.
Qeyd etmək lazımdır ki, təkcə Uluxanlı deyil, ümumiyyətlə, İrəvan ədəbi mühitinin tədqiqi çox acınacaqlı vəziyyətdədir. Halbuki bu mahalın maraqlı folkloru, gözəl səsə malik müğənniləri olub.
1988-ci il 17-18 iyun hadisələri zamanı erməni saqqallıları azərbaycanlılar yaşayan kəndlərə hücum etdilər. İlk zərbəni rayonun mərkəzində Zəngibasar azərbaycanlıları aldılar. 1918-ci ildə olduğu kimi, Zəngibasar bütünlüklə talan edildi. Məktəbin şagirdləri həmin il heç bir ali məktəbə sənəd verə bilmədilər. Çünki imtahanlar yarımçıq kəsilmişdi. Böyük Mirzə Cəlilin vaxtı ilə dərs dediyi tədris ilindən bir əsr sonra Zəngibasar məktəbi sözün əsl mənasında süquta uğradı. 1988-ci ildə Qarabağ hadisələri başlayandan sonra Zəngibasar mahalının əhalisi Naxçıvana, Şəmkir, Tovuz, Gəncə, Goranboy, Mincəçevir, Tərtər, Sumqayıt və Bakıda məcburi köçkün və qaçqın statusunda yerləşdirildilər. İndi onlar ömürlərinin hər bir gününü doğma el-obalarına qayıtmaq arzusu ilə yaşayırlar.
Samirə


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.12.2018
16.12.2018
15.12.2018