Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qazın qiyməti endirilməyəcək
Tarix: 21.12.2006 | Saat: 15:15:00
Bölmə:Siyasət | çapa göndər

“2006-cı il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə olunub“. Belə bir açıqlama ilə dünən mətbuat konfransı keçirən Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. O bildirib ki, sözügedən məsələ ilə bağlı hansısa şərhlər vermək düzgün deyil.
Nazirin sözlərinə görə, Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun sədri statusunu daşıyır və vasitəçilərin əsas işi tərəflər arasında razılığın əldə olunmasına kömək göstərməkdir. “Dağlıq Qarabağ danışıqlarının əsas mahiyyəti Azərbaycan və Ermənistan prezidentləri, həmçinin xarici işlər nazirlərinin birbaşa əlaqələrinin qurulmasıdır. Həmsədrlər bu cür əlaqələrin qurulmasını təşkil edir və liderlərin nə danışdığını öyrənərək növbəti görüşə hazırlaşır“. Növbəti görüşlərə hazırlıq prosesində həmsədrlərin yeni təkliflər hazırladığını deyən XİN başçısının sözlərinə görə, bu ideyalar liderlərin irəliləyiş axtarışında onlara kömək göstərmək məqsədi daşıyır. O həmçinin bildirib ki, gələn il ərzində də həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin təşkili üçün yenə öz rollarını oynayacaqlar. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə müsbət fikirlər səsləndirən xarici işlər naziri bildirib ki, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyinin yaranmış gərgin vəziyyətdən çıxmaq istəkləri mövcuddur. “Burada biz bütün beynəlxalq hüquq normalarını gözləyirik. Lakin ən əsası iki ölkə prezidentlərinə danışıqların gələcək mərhələləri və vaxtı üçün maksimal dərəcədə yaxşı şərait yaratmaqdır“.
S.Lavrov “Azərbaycanda Rusiya İli“nin keçirilməsinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, “Azərbaycanda Rusiya ili“ çərçivəsində keçirilən tədbirlər həqiqətən də sərgilərin, incəsənət xadimlərinin görüşlərinin təşkil edildiyi mədəniyyət bayramıdır. “Azərbaycanla bu formada əməkdaşlıq və tərəfdaşlığı hər cəhətdən inkişaf etdirmək lazımdır. Bir ölkənin digərində ilinin elan olunması kimi birgə işin aparılması forması həm Azərbaycan, həm Ermənistan, həm də digər MDB dövlətlərinə münasibətdə xüsusi effekt verir. Biz bu formanı davam etdirəcəyik. Digər tərəfdən bu, darıxdırıcı insanların və uzun çıxışların olmadığı qeyri-formal tədbirlərdir“. S.Lavrov həmçinin vurğulayıb ki, Azərbaycanın da qoşulduğu və MDB çərçivəsində humanitar sahədə əməkdaşlığa dair əldə olunmuş razılaşma çox düzgün və lazımlı qərardır. O, MDB dövlətlərinə idxal olunan enerjinin qiymətinin tərəfdaşlığa və yaxın münasibətlərə görə azaldılmayacağını da vurğulayıb. S.Lavrovun sözlərinə görə, bu məsələ bazar iqtisadiyyatı qanunları əsasında tənzimlənəcək.
Azad Əliyev


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019