Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Türk birliyini necə qurmalı?“
Tarix: 21.12.2006 | Saat: 15:15:00
Bölmə:Siyasət | çapa göndər

Dünən Atatürk Mərkəzində “Müasir inkişaf“ İctimai Birliyinin təşkilatçılığı və “Dialoq-XXI əsr“ jurnalının informasiya dəstəyi ilə “Türk Birliyini necə qurmalı?“ mövzusunda “dəyirmi masa“ keçirildi. “Müasir inkişaf“ İctimai Birliyi İdarə Heyətinin sədri Mübariz Aşırlı tədbirin məramının türk birliyinin qurulmasına yönəldiyini qeyd etdi: “Biz həm türk dünyasının inteqrasiyasına xidmət edəcək, həm də Dünya Türklərinin Həmrəylik gününün müəyyən olunması ilə bağlı təkliflərin reallaşması üçün gələcəkdə bu istiqamətdə müəyyən işləri həyata keçirməyə çalışacağıq“.
Azərbaycan Dillər Universitetinin professoru Oruc İbrahimoğlu isə Dünya Türklərinin Həmrəylik gününün 31 martda müəyyənləşdirilməsi təklifi ilə çıxış etdi: “Güman edirəm ki, hər bir türk bu günün təsis olunması ilə razılaşmalıdır“.
Türk Dünyası Araşdırmalar Vəqfinin təmsilçisi Xəlil Qaramahmud türk birliyinə xidmət edəcək təkliflərin ortaya çıxması üçün elmi-praktik konfransların keçirilməsinin vacib olduğunu söylədi. Onun sözlərinə görə, birlik ideologiyasına xidmət edəcək amillərdən ən mühümü dil olduğu üçün bu fakta diqqət yönəltmək lazımdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun əməkdaşı Əhməd Qəşəmoğlu hazırkı əsrin informasiya əsri olduğunu xatırladaraq, hər kəsi dünyada gedən sürətli qloballaşma prosesini nəzərə almağa çağırdı. Türkiyə səfirliyinin nümayəndəsi yeni təkliflə çıxış etdi: “Ortaq türk dili müəyyənləşdirilənə qədər “Vahid türk terminlər lüğəti“nin yazılması vacibdir. Məktəblərdə türk dilini tədris etmək lazımdır. Beynəlxalq təşkilatlarda türk dilini də ünsiyyət dili kimi qəbul etdirmək yaxşı olar“.
Milli İnkişaf Mərkəzinin sədri Azər Həsənsoy Azərbaycan vətəndaşlarına türklüyünü anlatmaq üçün təbliğat aparmağın vacib olduğunu söylədi. O bunun üçün televiziyalar vasitəsilə təbliğat aparmağı daha məqsədəuyğun saydığını vurğuladı: “Buna görə də türk dünyasının ortaq televiziyasının yaradılması çox yaxşı olardı“.
Türkiyəli professor Qasım Qaraxan “heç bir millətin atası övladlarına belə böyük və zəngin coğrafiya qoymayıb“ deyərək bu imkandan düzgün yararlanmağı vacib sayıb. O, elm adamlarını bir araya gətirərək onların imkanlarından türk birliyi ilə bağlı müzakirələrdə istifadə etməyi təklif etdi.
“Həsrət yolu“ Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri, türkoloq Esmira Orucova Dünya Türklərinin Həmrəylik gününün müəyyənləşdirilməsi ilə bağlı təklifi dəstəklədi. O, hər kəsi türk millətini birləşdirəcək faktorlara diqqəti artırmağa çağırdı.

Anar Rasimoğlu


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019