Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
2006-cı il müxalifət üçün uğurlu keçib
Tarix: 21.12.2006 | Saat: 15:15:00
Bölmə:Siyasət | çapa göndər

2006-cı il başa çatmaqdadır. ?lkənin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrin xronoloji ardıcıllığına rəğmən partiyalar yekunlaşmaqda olan il ərzində fəaliyyətlərini müxtəlif cür qiymətləndirirlər. Maraqlıdır, siyasi təşkilatlar arxada qalan ildə hansı uğur və itkilərlə rastlaşıblar?
Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Həsrət Rüstəmov 2006-cı ilin demokratlar üçün o qədər də uğurlu olmadığını etiraf edir. O hesab edir ki, ölkədə demokratikləşmə naminə mübarizə şəraitində, bir sıra obyektiv səbəblər daxilində ADP-nin fəaliyyəti üçün imkanlar minimal həddə enib: “Biz hazırda demokratiya və ya digər hər hansı yolla gedib-getməməyimizi müəyyənləşdirməliyik. 2006-cı ildəki itkilərimizi demokratiya uğrunda mübarizə aparan xalqın itkisi kimi qiymətləndiririk“. ADP rəsmisi hesab edir ki, vasitəçilərin səy və proqnozlarına baxmayaraq, arxada qalan vaxtda Qarabağ münaqişəsinin həlli reallaşmadı: “?lkədə demokratik institutların inkişafı istiqamətində istər Demokrat Partiyası, istərsə də “Azadlıq“ blokunun apardığı mübarizə bir çox uğurları ilə yadda qaldı. Amma bütövlükdə biz də bu cəmiyyətin təmsilçiləri olaraq xalqın itkilərini bölüşdük“.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) funksioneri Elçin Mirzəbəyli partiyadaşlarının ölkənin ictimai həyatında əvvəlkindən daha aktiv iştirak etdiyini önə çəkdi: “Partiya sədri Qüdrət Həsənquliyevin ictimai həyatda, eləcə də qanunvericilik sahəsindəki fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Biz öz fəaliyyətimizə ölkədəki proseslər kontekstindən yanaşırıq. Bu il respublikada bir çox önəmli hadisələr baş verdi. Azərbaycan üçün ən önəmli hadisələrdən biri prezident İlham Əliyevin İstiqlal Muzeyinin yaradılması ilə bağlı sərəncamıdır“.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Nurəddin Məmmədli siyasi proseslər çərçivəsində bəzi çətinliklərlə rastlaşdıqlarını qeyd etsə də, cəbhəçilərin bir sıra məsələlərdə uğurlara nail olduğunu vurğuladı: “Çünki bu il qarşımıza qoyduğumuz bir sıra məqsədlərə nail ola bilmişik. Bu müvəffəqiyyətlər içində “Azadlıq“ blokunun vahid komandaya çevrilməsi mərhələsi başa çatdırılıb. “Dördlər“in yaratdığı Məclisin, habelə komissiyaların ölkənin ümumi problemlərinin həlli istiqamətində bir sıra təkliflərlə çıxış etdiyini dilə gətirən AXCP rəsmisi bunu ciddi nailiyyət kimi qələmə verdi: “Hazırda partiya daxilində keyfiyyət baxımından bir sıra yeniliklər var, bunu da arxada qalan ilin uğurları kimi dəyərləndirirəm“.
Üzvü olduğu partiyanın 2006-cı ildə bir sıra uğurlara imza atdığını deyən Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü onlar üçün MSK-da yer ayrılmasını da mühüm nailiyyət kimi dəyərləndirdi: “İlyas İsmayılov təkrar parlament seçkilərində qələbə qazanaraq deputat seçildi. Bununla yanaşı, xeyli vətəndaş partiyamıza üzv olmaq üçün müraciət edib. Partiyanın rayon təşkilatlarının gücləndiyini nəzərə alsaq, 2006-cı il bizim üçün uğurlu oldu“.
Ümid Partiyası mətbuat xidmətinin rəhbəri Ənvər Ağazadə təşkilat üzvlərinin sayının artmasını partiyanın arxada qalan dövrdə ən mühüm uğuru kimi xarakterizə etdi: “Partiyanın respublikamızın bir sıra bölgələrində təşkilatları formalaşdırıldı. Üzvlərimizin sayı artıb. 2006-cı ili uğurlu dövr kimi qiymətləndiririk. Partiya sədri ilk dəfə olaraq ABŞ-a səfər etdi“.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 2006-cı ili uğurlu dövr sayır. Onun qənaətincə, partiya keçmişin bir sıra mənfi ənənələrindən azad olmaqla siyasi mübarizə üsuluna yeni dəyərlər əlavə edib: “Partiya qısa müddət ərzində ölkədə real müxalifət siyasi təşkilatlarından birinə çevrilib. Mən bir il ərzində nail olduğumuz müvəffəqiyyətləri kifayət qədər müsbət qiymətləndirirəm. Amma bir sıra böyük təşkilati, ideoloji və kadr məsələləri həllini tapmadı. Mənə elə gəlir ki, biz geniş həcmli təşkilatlanma məsələsinin həllinə də yaxın zamanlarda nail olacağıq“.
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 2006-cı ildə parlamentdə daha bir namizədlə iştirak imkanını qazandığını xatırladan partiya Siyasi Şurasının üzvü Samir Əsədli bələdiyyə seçkilərində 7 namizədin qələbə qazandığını arxada qalan dövrün uğuru kimi qələmə verdi: “Partiyamızın üzvü Almaz Qəhrəmanlının MSK-da üzvlüyü siyasi təşkilatımızın parlamentdə təmsilçiliyinin təsbit olunması kimi yadda qaldı. Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Rafael Hüseynovun millət vəkili seçilməsi və digər uğurlar arxada qalan ilin nailiyyətləridir“.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov 2006-cı ilin əvvəllərində milli istiqlalçıların gərginliklə baş-başa qaldığını xatırladaraq fövqəladə qurultaydan sonra problemlərin həllini tapdığını bildirdi. O qeyd etdi ki, AMİP üçün strukturlaşma mərhələsi də məhz bu ilin ortalarına təsadüf edir: “Yaşadığımız il mənim taleyimdə də uğurlu oldu, çünki Etibar Məmmədovdan sonra partiya tarixində ikinci dəfə sədr seçilən şəxs mənəm. Bu il AMİP üçün həm də ağrılı keçdi. Amma əsas odur ki, partiya öz bütövlüyünü və varlığını qoruyub-saxladı“.
ı Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov isə müxalifətçi həmkarlarından fərqli olaraq bədbinliyə qapılıb. İlin ildən ağır gəldiyini söyləyən partiya sədri təşkilat üzvlərinin mövcud problemlərlə baş-başa qalmasından gileyləndi: “Həm bəzi məmurlar, həm də özünü müxalifət kimi qələmə verən oyunbazlar millətə yalnız zillət bəxş edir. Xalqın övladları olaraq biz də bu problemləri bölüşürük“.
ı Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşkilat katibi Xəzər Teyyublu isə təkrar parlament seçkilərində irəli sürdükləri namizədlərin fəallığını partiya funksionerlərinin aktivliyi kimi dəyərləndirdi: “Partiya sədri Mirmahmud Mirəlioğlu və digər funksionerlər təkrar parlament seçkiləri ilə yanaşı, müxalifətin yeni birliyinin yaradılması istiqamətində əməli iş gördülər. Arxada qalan dövr bizim üçün uğurlu oldu“.

Anar Rasimoğlu


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.06.2019
15.06.2019
14.06.2019