Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kapello Ronaldonu ikinci heyətə göndərəcək?!
Tarix: 30.11.1999 | Saat: 15:15:00
Bölmə:Maraqlı | çapa göndər

Fabio Kapellonun Madrid “Real“ına gəlişindən bu yana heç də yaxşı günlərini yaşamayan braziliyalı forvard Ronaldoya daha bir bəd xəbər gəlib. Belə ki, italiyalı çalışdırıcı “yekədiş“in hələ də artıq çəkidən xilas olmadığını və buna görə də ondan istədiyini ala bilmədiyini bildirib. “Selta“ ilə qarşılaşmada oynamaq şansı verdiyi Ronaldonun heç nə ilə yadda qalmayaraq əvəzində meydanı zədələnərək tərk etməsi Kapellonu daha da əsəbiləşdirib.
Fabio oyundan sonra verdiyi açıqlamada Ronaldonu hətta “B“ komandasına da göndərə biləcəyəni söyləyib: “Braziliyalı futbolçunun səviyyəsini müzakirə etməyə ehtiyac yoxdur. Ancaq onun əski formasına qovuşması üçün zaman lazımdır. Ronaldonun ilk növbədə artıq çəkilərindən xilas olması başlıca şərtdir. Müasir futbolda sürət əsas amillərdəndir.
Dediyim problem üzündən bu onda istədiyim səviyyədə deyil. Ona görə də əgər “yekədiş“ tezliklə mən dediyim səviyyəyə çatmazsa, onu forma yığması üçün “B“ komandasına da göndərə bilərəm. Çünki sürətli və daim hərəkətdə olması vacibdir. Bunu isə onun hazırkı fiziki vəziyyəti ilə həyata keçirməsi qeyri-mümkündür“.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019