Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
FUTBOL
Tarix: 30.11.1999 | Saat: 15:15:00
Bölmə:Maraqlı | çapa göndər


Portuqaliya milli komandasının və “Mançester Yunayted“in üzvü Kriştiano Ronaldoya yığma komandanın baş məşqçisi Luis Felipe Skolaridən xoş xəbər gəlib. Portəgizlərin çalışdırıcısı tezliklə Ronaldonun kapitanlıq sarğısına sahib çıxacağını deyib. Avropa çempionatının seçmə qrup mərhələsindəki Qazaxıstanla oynayacaqları oyunöncəsi 20 nəfərlik heyəti açıqlayan Skolari gənc futbolçunun kapitanlığa layiq xarizmaya malik olduğunu da bildirib: “Ronaldo tezliklə komandanın kapitanı ola bilər. Gənc olsa da, yüksək xarizmaya malikdir. Bu cür keyfiyyətə malik olmaq hər futbolçuya qismət olmur“.
Qeyd edək ki, Luiş Fiqu və Pedro Pauletanın karyerasını başa vurduğunu açıqlamasından sonra hazırda kapitan sarğısını digər təcrübəli futbolçu Nuno Qomeş daşıyır.
Skolari Qazaxıstanla oyunda aşağıdakı futbolçuların xidmətindən istifadə edəcək:
qapıçılar - Rikardo Perreyra, Quim Silva, Daniel;
müdafiəçilər - Migel Monterio, Nelson, Paulo Ferreyra, Rikardo Karvalyo, Jorge Andrade, Manuel da Koşta, Antonio Leonel;
yarımmüdafiəçilər - Raul Meireles, Tiaqo, Deko, Karlos Martins, Joao Moutinyo;
hücumçular - Kriştiano Ronaldo, Simao Sabroza, Nuno Qomeş, Rikardo Kvarezma, Helder Poştiqa.


UEFA kubokunda mübarizə aparan “Sportinq“dən istefa verən baş məşqçi Karlos Karvalhal vəzifəsindən getdikdən dərhal sonra özünə yeni iş yeri tapıb. Karlos bundan sonra “Beira Mar Aveiro“nu çalışdıracaq. Qeyd edək ki, Karvalhal bu postda Avqusto İnasionu əvəz edib. Avqusto isə çərşənbə axşamı öz vəzifəsindən getdiyini açıqlamışdı. İnansio da çox işsiz qalmayıb. Belə ki, Avqusto bundan sonra Yunanıstan çempionatında mübarizə aparan “İonikos Nikiea“nın uğurlu çıxışı üçün çalışacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019