Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Neftçi“ çempionu məğlub etdi
Tarix: 30.11.1999 | Saat: 15:15:00
Bölmə:Maraqlı | çapa göndər

Dünən futbol üzrə Azərbaycan çempionatının 10-cu turunun 3 qarşılaşması baş tutub. Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda hazırkı çempion “Bakı“ və “Neftçi“ arasında keçirilib. Xatırladaq ki, cari mövsümü inamsız başlayan flaqman son turlarda əldə etdiyi qalibiyyətlərdən sonra yenidən ciddi təhlükə mənbəyinə çevrilib. “Zolaqlılar“ bunu əyani olaraq öz üzərlərində hiss ediblər. Belə ki, qarşılaşma “Neftçi“nin 1:0-lıq qələbəsi ilə yekunlaşıb. Yeganə qola matçın 5-ci dəqiqəsində Aqil Məmmədov imza atıb. Hesabı bərabərləşdirmək üçün Böyükağa Hacıyevin yetirmələrinin kifayət qədər zamanı olsa da, onlar istəklərinə nail ola bilməyiblər. Flaqman bu qalibiyyətdən sonra turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Hazırda Qurban Qurbanovun yetirmələri 18 xal toplayıblar və lider “Xəzər-Lənkəran“dan 5 xal geridədirlər.
Doğma publika önündə çıxış edən “Turan“ çempionatın debütatnı “Gilan“ın müqavimətini qıra bilməyib və qolsuz heç-heçə qeydə alınıb. Digər matçda isə “Gənclərbirliyi“ Sumqayıtda aşkar autsayder olan “Şahdağ“la xalları bölüşdürüb - 1:1. Bu turdan sonra çempionatda qısa fasilə yaranacaq. Belə ki, klublar Azərbaycan kubokunun görüşlərini keçirəcəklər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019