Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Çalışın “xəstələnməyin“!
Tarix: 30.11.1999 | Saat: 15:15:00
Bölmə:Maraqlı | çapa göndər

19 yaşlılarımızdan ibarət futbol millimiz hamımıza bir dünya sevinc bəxş etdi. Müstəqil Azərbaycanın idman tarixində ilk dəfə qrup səddini aşmaları öz yerində. Elə tək buna görə onlara böyük bir təşəkkür düşür. Amma azəriləri sevindirəcək başqa bir amil də var idi. Axı gənclərimiz əzəli düşmənlərimiz erməniləri də uddular. Bütün bunlarla yanaşı, reallıqlara, daha doğrusu isə gələcəyə nəzər salmaq vacibdir.

Futbol bir oyundur. Hər bir oyunu isə qələbə qazanmaq üçün oynayırlar. Hətta Olimpiadalarda Olimpiya şüarı - “Əsas qələbə deyil, əsas iştirakdır!“ - çoxdan tarixin yaddaşına köçüb. Heç kim məğlub olmaq istəmir. Təəssüflər olsun ki, futbolçularımız əsasən uduzmağa adət ediblər. Qələbələr olanda da elə-belə, lokal miqyasda, yerli xarakter daşıyır. Yəni sözümün canı budur ki futbolçularımız və qələbə adətən ayrı-ayrı müstəvilərdə olurlar. Amma 19 yaşlılarımız Azərbaycandan uzaq gəzən əlahəzrət Fortunanı yaxalamağı bacardılar. Bəli, qardaşlar, siz qalib oldunuz. Özü də əbədi düşmənlərimizi ayaqlayaraq bu zirvəyə yetişdiniz. Bu uğurunuza hər birimiz sevindik, fərəhləndik. Dərhal göz önünə sizlərin gələcəyinizi, necə Avropanın daha titullu kollektivlərini diz çökdürməyinizi gətirdik. Elə sözümün canı da gələcəklə bağlıdır.
Bəzən elə məqam yetişir ki, şagird ustadını artıq bəyənmir, özünü müəllimi ilə müqayisədə daha yüksək zirvələrdə hiss edir. Qətiyyən belə fikrə düşməyin. Onsuz da bunun bir əsası da yoxdur. O sarıdan, yəni məşqçi sarıdan, bəxtiniz gətirib. Parlaq gələcəyinizə qətiyyən kölgə salmaq istəmirəm. İnanıram ki, hələ gurultulu qələbələriniz irəlidədir. Amma razılaşın ki, heç vaxt əldə edəcəyiniz nailiyyətlərlə çalışdırıcınızı qabaqlaya bilməyəcəksiniz. Nə Avropa çempionu, nə də dünya çempionu tituluna yiyələnmək sizlərə müyəssər olmayacaq. Reallıq belədir. Bütün bunları təsadüfən demədim. Hər qələbənin yanında, hətta əhəmiyyəti minimal olan uğurun arxasında mütləq qorxunc “ulduz xəstəliyi“ dayanır. Başqa sözlə, qələbə ilə bu bəla paralel addımlayırlar. Özünüzü bu xəstəlikdən qoruyun. Nə qədər tərifə layiq görülsəniz də, nə qədər şəninizə “nəğmələr“ qoşulsa da, unutmayın - məşqçiniz sizdən qat-qat çoxuna imza atıb və heç vaxt da başı gicəllənməyib. Əgər nə vaxtsa “ulduz xəstəliyi“ virusuna yoluxsaydı, tam əmin olun ki, indi sizinlə birlikdə Kiprdə ermənilər üzərindəki qələbəyə sevinmək şansı qazanmazdı.
Çox ola bilsin ki, indi sizə müxtəlif klublardan cəlbedici təkliflər daxil olsun. Klublarımızın da ki indi, Allaha şükür, imkanları böyükdür. Gözəl avtomobil, müasir mənzil... Ola bilsin, bütün bunların bir addımlığındasınız. Ancaq yenə də ehtiyatı əldən verməyin. Unutmayın ki, bir zamanlar dünya və qitə çempionu olmuş elə həmin Əsədov bütün bunların heç kiçik qisminə də sahib ola bilməmişdi. Zəmanə başqa idi. Kiprdə sizə göz qoyan, sizlərdən əsas millimizə namizədlər arayan Şahin Diniyevin çox sevdiyi belə bir ifadə var: “Futbol heç zaman borclu qalmır“. Sadə bir cümlədir. Amma arxasında bir dissertasiyalıq, bir böyük araşdırma mövzusu olan həqiqət dayanır. Bu sözləri Diniyev elə-belə, kitabları mütaliə etdikdən sonra dilə gətirməyib. O bunları yaşayıb və sizlər də onun, Əsədovun, başqa mütəxəssislərimizin və futbolçularımızın təcrübəsindən yararlanmalısınız. Siz bacardığınızı ortaya qoyun, futbola imkanınız, istedadınız çərçivəsində xidmət göstərin. Gerisini isə futbola buraxın. Həqiqətən də, o, borclu qalmayacaq. Nə çoxdu əməlli-başlı parlamamış sönən “ulduzlarımız“. Ad çəkmək istəmirəm. Özünüz də onları tanıyırsınız. Çalışın belələrindən olmayın. Onların sırasına düşməyin. Bunun üçünsə özünüzü təhlükəli virusdan qoruyun. Başınız gicəllənməsin!
Vəssalam.

Vüsal


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019