Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Uğurlu 3 il
Tarix: 09.11.2006 | Saat: 15:15:00
Bölmə:Siyasət | çapa göndər

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Mütərəqqi Azərbaycan Partiyası prezident İlham Əliyevin 3 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirdi. Partiya sədri Şahin Mahmudov ötən müddətdə prezidentin gördüyü işlərə münasibət bildirdi. Partiya sədri Azərbaycanın haqq işinin dünyada tanınmasında İ.Əliyevin əvəzedilməz rolunun olduğunu söylədi. O, bölgələrin iqtisadi inkişafı proqramının qəbul edilərək bu sahədə müsbət yöndə işlərin görüldüyünü vurğuladı: “Qarabağ probleminin həllində də İlham Əliyev qətiyyətli mövqe nümayiş etdirir. Əbəs yerə onu ümummilli lider Heydər Əliyev siyasətinin davamçısı adlandırmırlar“.
ı Çıxış edən partiya sədrinin humanitar məsələlər üzrə müavini Telman Haqverdiyev Azərbaycanda 90-cı illərin əvvəllərində yaranmış qarışıqlıqdan söhbət açdı. O, Heydər Əliyevin Azərbaycanı parçalanmadan xilas etməsini və ondan sonrakı prosesləri mərhələlərə böldü: “Azərbaycanda son 3 ildə 400 min adam işlə təmin edilib. Mən özüm Gədəbəy rayonundan olduğum üçün orada gedən iqtisadi inkişafın şahidiyəm“. T.Haqverdiyev büdcədən hərbiyə 1 milyard dollara yaxın pulun ayrılmasını da inkişafın görünən tərəfi olduğunu dedi.
ı Azərbaycan Mübariz Veteranlar Birliyinin sədri Seymur Şirinov bölgələrdə aparılan abadlıq işlərinə toxundu: “Son bir neçə ildə veteran və əlillərə ayrılan vəsaitlər də artırılıb. Lakin Azərbaycanın hər yerini qızıla qərq etsək də, əsas işlərimizi Qarabağın alınması istiqamətinə yönəltməliyik. Gədəbəydə görülən işlərin Laçında da görülməsini istəyirəm“.
ı Partiya sədrinin müavini Rövşən Əlizadə isə televiziyaların bu cür toplantılara və Qarabağla bağlı təşkil olunan “dəyirmi masa“lara laqeyd yanaşmalarını pislədi: “ANS-in problemləri olan kimi prezident və onun ətrafındakıları başlayırlar tərifləməyə. Amma görülən işləri əvvəldən qiymətləndirmək lazımdır“.
ı Gənc Türklər Hərəkatının sədri Həbib Ələkbərov isə prezidentin fəaliyyətini qiymətləndirməklə yanaşı, ölkədəki çatışmazlıqları da qeyd etməyi lazım bildi: “Bir vaxt Əbülfəz Elçibəy “İrəvan xanlığı Azərbaycana qaytarılsın“ deyəndə ona gülürdülər. Lakin İlham Əliyev də bu fikirlərin üstündə durdu. Bu da təqdirəlayiq haldır“. Çıxış edənlər prezidentin ən böyük uğurunun Təbrizdə Azərbaycan konsulluğunun, Təbriz - Bakı, Bakı - Təbriz reysinin açılmasının olduğunu dedilər.

Tural Tağıyev


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019