Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Konstitusiyamız beynəlxalq standartlara cavab verir“
Tarix: 09.11.2006 | Saat: 15:15:00
Bölmə:Siyasət | çapa göndər

Noyabrın 12-də Azərbaycan Konstitusiyasının qəbul olunmasının 11 ili tamam olur. Milli konstitusiyamızda hüquqi və demokratik dövlət quruculuğu prinsipləri öz əksini tapıb. Beynəlxalq hüquqşünaslar və ekspertlər Azərbaycan Konstitusiyasının sivil və dünya standartlarına cavab verdiyini söyləyirlər.

Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov da, digərləri kimi, müstəqil dövlət olaraq Azərbaycanın bu konstitusiyada siyasi-hüquqi mahiyyətinin düzgün ifadə olunduğunu söyləyib. Vitse-spiker qeyd edib ki, milli konstitusiyanın 7-ci maddəsində bütün prinsiplər öz əksini tapıb: “Azərbaycan demokratik, dünyəvi, unitar və eyni zamanda sosial dövlətdir. Azərbaycanda din dövlətdən ayrıdır, heç bir dini ideologiya dövlətimizin ideologiyası ola bilməz. Bu prinsiplərdən çıxış edərək Azərbaycan Konstitusiyasının 12-ci maddəsində belə bir müddəa təsbit olunub ki, ölkəmizdə hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunması dövlətin ali məqsədidir“.
Z.Əsgərov onu da vurğuladı ki, Azərbaycan dövləti bütün dünyaya həm hüquqi, həm də siyasi cəhətdən demokratik cəmiyyət qurduğunu bəyanladı. Azərbaycan dövlətinin sosial, siyasi və hüquqi mahiyyətini müəyyən edərkən ümumi qəbul olunmuş prinsipləri var ki, bu da hakimiyyətin bölünməsi məsələsidir: “1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi konstitusiya komissiyası bu prinsipləri sənəddə əks etdirdi: qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyəti“. Z.Əsgərov qeyd edib ki, hüquqi dövlətdə qanunun aliliyi əsas şərtdir. Bütün məsələlər qanunla tənzimlənməlidir. O əlavə edib ki, siyasi plüralizmin təmin olunması da konstitusiyada başlıca şərtlərdən biridir. Əsas Qanunda göstərilir ki, Azərbaycan siyasi plüralizm (çoxpartiyalılıq) əsasında inkişaf edən dövlətdir: “1995-ci ildə qəbul edilən konstitusiyamızda yeni institutların da yaradılması və onların funksiyası aydın şəkildə göstərilir. Bunlardan biri konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsidir“. Z.Əsgərov konstitusiyamızda əksini tapan müddəaları şərh edərkən yerli özünüidarə orqanlarının və ombudsman institutunun yaradılmasının ölkəmizdə demokratik prinsiplərin bərqərar olması istiqamətində atılan mühüm addımlardan biri olduğunu söyləyib. Millət vəkili onu da əlavə edib ki, 1996-cı ildə ümummilli lider Heydər Əliyev konstitusiya qanununun müəyyən olunması və konstitusiyanın təbliği ilə bağlı sərəncam imzalayıb: “Təbii ki, hüquqi dövlət quruculuğunda konstitusiyanın rolu böyükdür. Ancaq Əsas Qanunun mahiyyətinin vətəndaşlara çatdırılması, şərh edilməsi də vacib idi ki, insanlar bu konstitusiyanın rolunu dərk etsin“.
Z.Əsgərov prezident İlham Əliyevin bu vəzifəyə seçilməsindən sonra Azərbaycanın iqtisadi inkişafının durmadan artdığını da bildirib: “İlham Əliyev prezident kimi andiçmə mərasimində qeyd etdi ki, “mən hər bir azərbaycanlının prezidenti olacağam“. Məhz ötən üç ildə prezident İlham Əliyevin bu sözlərinə əməl etdiyi sübut olundu. Bu müddət ərzində respublikamızın həyatında mühüm dəyişikliklər baş verdi“. Z.Əsgərov bu gün Azərbaycanda böyük quruculuq və abadlıq işlərinin aparıldığını deyib. Qeyd edib ki, 2004-cü ildə bölgələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramı təsdiq olunub: “Bu proqram əsasında bölgələrimiz inkişaf etməkdədir. Rayonlarda yeni yollar çəkilir, əhalinin sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülür və yeni infrastruktur yaradılır“.
Z.Əsgərov onu da qeyd edib ki, ötən üç ildə ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən neft strategiyası da uğurla həyata keçirilib: “Bu strategiyanın tərkib hissəsi olan Bakı - Tbilisi - Ceyhan neft-boru kəməri cari ildə istifadəyə verildi. Eyni zamanda yaxın vaxtlarda Bakı - Tbilisi - Ərzurum qaz kəməri də istifadəyə veriləcək. Bundan başqa Bakı - Tbilisi - Axalkalaki - Qars dəmir yolu xətti və “Şimal-Cənub“ nəqliyyat dəhlizinin reallaşması Azərbaycanın Cənubi Qafqaz bölgəsində mövqeyini daha da gücləndirən amillərdir“.
Vitse-spiker vurğulayıb ki, əhalinin sosial rifahının yaxşılaşdırılması, əməkhaqları və təqaüdlərin üç il ərzində bir neçə dəfə artırılması, eləcə də ölkədə aparılan islahatlar xüsusilə qeyd olunmalıdır: “?lkədə aparılan böyükmiqyaslı işlər prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Və bu baxımdan da dövlət başçısının geniş fəaliyyəti xüsusi qeyd olunmalıdır. Şübhə yoxdur ki, 2008-ci il prezident seçkilərinə qədər xalqımızın həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində uğurlu addımlar atılacaq. Bu amil prezident İlham Əliyevin reytinqinin daha da yüksəlməsinə gətirib çıxaracaq“. Z.Əsgərov bildirib ki, 2003-cü ildə İlham Əliyevin prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni mərhələ başlandı.

Elnur


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019