Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ermənistanla sərhədlərin açılması mümkün deyil“
Tarix: 08.11.2006 | Saat: 15:15:00
Bölmə:Siyasət | çapa göndər

“ Azərbaycan və Türkiyə arasında əlaqələrin qədim kökləri var. Ökələrimiz arasında münasibətlər getdikcə təmiz niyyətlər əsasında genişlənir. Bu münasibətlərin bəhrələrindən biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir və həmin layihə vasitəsilə Azərbaycan öz təbii ehtiyatlarını dünyanın istənilən nöqtəsinə nəql etmək imkanı əldə edib. Bu, Azərbaycanın inkişafına xidmət edəcək. İqdıra gəlincə isə, orada yaşayan əhali azərbaycanlı türklərdir. Və beləliklə, təbii ki, bizim Azərbaycanla münasibətlərimiz Türkiyənin başqa vilayətləri ilə müqayisədə daha yaxındır. Bu, xüsusilə də Naxçıvanla münasibətlərdə özünü göstərir“ - Türkiyənin İqdır bələdiyyəsinin başçısı Nurəddin Aras “Trend“ə müsahibəsi zamanı belə deyib.
“Avropa Birliyinin təzyiqləri nəticəsində Türkiyənin Ermənistanla sərhədi açıla bilərmi“ sualına cavab olaraq N.Aras deyib ki, həqiqətən də, Avropa Birliyinə üzv ölkələr bu məsələdə təkid edirlər. Lakin Türkiyənin Avropa Birliyinə qəbul olunması və Ermənistanla sərhədlərin açılması arasında heç bir əlaqə yoxdur və bu, Helsinki Xartiyası çərçivəsində öz əksini tapmayıb: “Lakin AB rəhbərliyi və üzv-ölkələrin özləri həmişə bu məsələ üzrə Türkiyəyə təzyiq göstərirlər və sərhədləri açmağa çağırırlar. Bütün səviyyələrdə bu barədə danışılır və təzyiq dayanmır. Son vaxtlar isə bəzi ölkələr Türkiyənin Avropa Birliyinə daxil olmasının şərti kimi bu məsələni göstərirlər. Bu təzyiqlər nəticəsində sərhədlər açıla bilərmi? Heç vaxt açılmaz!!! Belə ki, Türkiyə Konstitusiyasının müvafiq bəndi buna imkan vermir. Araz çayı bizim sərhədimizdir, hazırda türk əsgərləri burada bizim şərəfimizi qoruyaraq, ermənilərə sərhəddən keçməyə imkan vermədən Ermənistanla sərhəddə layiqincə xidmət edirlər.
Talvek xətti Ermənistan və Türkiyə sərhədlərini ayırır. Lakin Ermənistan Konstitusiyasında bu xətt tanınmır. Biz sərhədləri tanımayan ölkəyə sərhədi necə aça bilərik? Bu, hüquqi baxımdan mümkün deyil. Və bu məsələ üzrə ölkəmizin mövqeyi qətidir. Bir qrup şəxs, erməni diaspor nümayəndələri təzyiq göstərərək, sərhədlərin açılmasını arzu edə bilərlər, lakin bunlar hamısı keçicidir. Bu vəziyyətdə sərhədlərin açılması mümkün deyil. Bunun üçün yalnız mövcud sərhədlərin tanınması deyil, həm də Ermənistanın Azərbaycanla münasibətlərinin yaxşılaşması, eləcə də yerüstü yolla bir neçə saata Bakıya çatmağa imkan verən nəqliyyat dəhlizinin azad olunması zəruridir“.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019