Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müasir Müsavat siyasi kursunu dəyişəcək
Tarix: 08.11.2006 | Saat: 15:15:00
Bölmə:Siyasət | çapa göndər

Müasir Müsavat Partiyası (MMP) etiraz aksiyaları keçirməyə hazırlaşır. MMP Siyasi Şurasının üzvləri partiyanın siyasi kursunun dəyişdirilməsini tələb edirlər. Bu barədə ötən gün mətbuat konfransı keçirən MMP sədri Hafiz Hacıyev məlumat verdi: “Biz Siyasi Şuranın iclasında bir sıra məsələləri müzakirə etdik. Şura üzvləri Müasir Müsavat Partiyasının gələcəkdə atacağı addımları müəyyənləşdirdilər. Müzakirələr nəticəsində partiyanın daha radikal addımlar atması haqda qərar qəbul etdik“. Bəzi məmurların gizli fəaliyyətlərinin hakimiyyəti nüfuzdan saldığını söyləyən H.Hacıyev rəhbəri olduğu siyasi təşkilatın mübarizə hədəflərinin bu istiqamətə yönəldiyini dilə gətirdi: “Biz çox ciddi addımlar atmaq fikrindəyik. Artıq bir sıra aksiyalar keçirmişik. Bundan sonra da daha ciddi mübarizə aparmaq fikrindəyik. Partiya rəhbərliyi özündə güc tapıb etiraz aksiyalarına başlayacaq“. H.Hacıyev ölkənin demokratik qüvvələrinin 2003-cü ilin prezident seçkilərində xalqı ağır sınaqdan çıxardığını vurğulayaraq MMP-nin gələcəkdə də ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəkləyəcəyini açıqladı. Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovla əlaqədə olmuş cinayətkarların bir çoxunun məsuliyyətdən yaxa qurtarmağa çalışdığını deyən H.Hacıyev günahkarların axtarılıb tapılmasında bütün vasitələrdən yararlanacaqlarını bildirdi: “Bir sıra korrupsioner məmurlar, əvvəllər olduğu kimi, indi də dövlət çevrilişi etməyə can atırlar. Bəzi vəzifəli şəxslər indinin özündə də sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və keçmiş səhiyyə naziri Əli İnsanovun yolu ilə addımlayırlar. Bir çox vəzifəli şəxslər neçə illərdir törətdikləri cinayətlərin üstünün açılması təhlükəsi ilə üzləşdiklərindən aranı qarışdırmaq, daxili sabitliyi pozmaq istəyirlər“. H.Hacıyev MMP-nin kütləvi aksiyalar vasitəsilə öz sözünü deyəcəyini bildirdi. Qeyd edək ki, bir müddət öncə MMP sədri qəzetimizə verdiyi açıqlamasında ölkədə yeni müxalifət blokunun yaradılacağını bildirmişdi. Milli İstiqlal və Milli Demokrat partiyalarının rəsmiləri ilə danışıqlar apardığını deyən MMP sədri bu haqda sualımızı cavablandıraraq bloklaşma taktikasının özünü doğrultmadığını bildirdi: “Bloklaşma ideyası əhəmiyyətini itirib. Lakin biz ölkənin sanballı partiyaları ilə yeni birliyin yaradılmasına tərəfdarıq, “Xalqın qələbə bloku“ adlı yeni birlik formalaşdıracağıq. Hazırda dörd partiya ilə danışıqlar aparırıq. Lakin müzakirələrimiz yekunlaşmadığından həmin partiyaların adlarını açıqlaya bilmərik. “Xalqın qələbə bloku“ 2008-ci ilin prezident seçkilərində iştirak edəcək. Yekun qərar qəbul etdikdən sonra həmin siyasi təşkilatların adlarını açıqlayacağıq“. MMP sədri etiraz aksiyalarının nə zaman keçiriləcəyi məsələsinə də aydınlıq gətirdi. O bildirdi ki, partiyanın idarə heyətinin qərarından sonra MMP mitinqlərin keçirilməsi üçün meriyaya müraciət edəcək: “İdarə heyətinin qərarından sonra icazə verilib-verilməməsindən asılı olmayaraq aksiyalara başlayacağıq“.

Anar Rasimoğlu


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019