Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Jurnalistlər üçün treninq keçirilib
Tarix: 10.07.2011 | Saat: 14:15:00
Bölmə:Gündəm | çapa göndər




Bu gün Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərər Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən Unudulan və unudulmaqda olan milli adət və ənənələrimizin dirçəldilməsinə dəstək (milli toylarımızın bugünki vəziyyəti) layihəsi çərçivəsində jurnalistlər üçün treninq keçirilib. Tədbiri açan ADİİM sədri Cavid Şahverdiyev öncə layihənin birinci mərhələsinin yekunları barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, bildirib ki, birinci mərhələdə layihə çərçivəsində ictimaiyyət, QHT rəhbərləri və KİV nümayəndələrinin iştirakı ilə Bakıda və Qubada dəyirmi masalar təşkil olunub. Tədbirlər KİV-lərdə və region mətbuatında geniş işıqlandırılıb. Bundan başqa milli adət-ənənələrimizin simvollarından sayılan milli toylarımızın mahiyyəti ilə bağlı bukletlər hazırlanaraq ictimaiyyətə paylanılıb. C.Şahverdiyev bildirib ki, Qubada mədəniyyət və turizm idarəsinin oxu zalında keçirilən tədbirdə iştirakçılara 120 buklet paylanılsa da idarə rəhbərliyinin xahişi ilə yenidən 300 buklet Qubaya göndərilib. Bu isə layihədə qoyulan mövzunun aktuallığından və onun ictimaiyyət tərəfindən müzakirəsinin vacibliyinin göstəricisidir. Treninqin keçirilməsində məqsəd isə bu sahədə yazan jurnalistlərin peşəkarlığının daha da artırılmasıdır. Daha sonra çıxış edən AMEA-nın Folklor İnstitutunun elmi işçisi Elçin Qaliboğlu
Azərbaycan toylarının "avropalaşması"nın səbəblərini izah edərək qeyd edib ki,
avropasayağı keçirilən toylarımız ilk baxışdan nə qədər təmtaraqlı təsir
bağışlasa da bu, milli şüurumuzun yadlaşmasına, milli dəyərlərimizdən
uzaqlaşmağımıza xidmət edir. Treninqdə layihənin təlimçisi Naibə Qurbanova milli mədəniyyətimizin və tariximizin güzgüsü olan toylarımızın KİV-də işıqlandırılmasının vacibliyi və aktuallığından danışıb. O bildirib ki, hər bir media təmsilçisi tariximiz və adət-ənənələrimizin unudulmasının qarşısının alınması, onun təbliği və ictimaiyyətət düzgün çatdırılmasına çalışmalıdır. Tədir daha sonra jurnalistlərin sualları və müzakirələrlə davam etdirilib.


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.11.2018
17.11.2018