Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
El bilir ki, siz bizimsiniz...
Tarix: 14.01.2013 | Saat: 19:10:00
Bölmə:Maraqlı | çapa göndər

Ölkəmizin bütün bölgələrində ictimai-siyasi, dövlət xadimləri, Azərbaycanın ədəbiyyat tarixi, mədəniyyəti, incəsənəti və digər sahələrində mühüm rol oynayan və beləliklə, yaddaşlara həkk edilən bir çox insanların heykəli, abidələri ucaldılıb. Bu məsələ birbaşa dövlətin qərarı ilə həyata keçirilir. Əlbəttə, heykəllərin ucaldılması ilə iş bitmir, onların qorunması, saxlanması isə daha önəm kəsb edir. Bu məsələdə problemlər hələ də qalmaqdadır.
Qəzetimizin ötən saylarında Xurşudbanu Natəvanın heykəlindəki adın hələ də kirilcə qalmasına toxunulmuşdu. Bu dəfə Azərbaycan ədəbiyyatı tarixində müstəsna xidmətləri olan görkəmli dramaturq Cəfər Cabbarlı və Xalq şairi Səməd Vurğunun heykəllərindəki problemlərdən bəhs olunacaq. Özü də bu şəxsiyyətlərin heykəllərindəki adların təkcə kirilcə deyil, həm də bu abidələrin baxımsız qalması və digər problemlərdən söz açılacaq. Belə ki, paytaxtın "28 May" metro stansiyasının qarşısında yerləşən Cəfər Cabbarlının adı demək olar ki, silinmək üzrədir. Hələ də kirilcə olan ad görünməz vəziyyətdədir. İnsanların sıx olduğu yerdə yerləşən heykəlin kimə məxsus olduğunu əcnəbilər çətin ki, bilər. Azərbaycan vətəndaşlarından maraqlanmaq istəyənlər isə bu heykəlin kimin olduğunu yalnız bir metrlikdən sezə bilər.
Daha bir acınacaqlı məqam odur ki, heykəl baxımsız vəziyyətdədir. Çöl quşları görkəmli dramaturqun heykəlini, xüsusən yuxarı ətraflarını iyrənc vəziyyətə salıb. Görünən "mənzərə" onu deməyə əsas verir ki, bu heykələ aylardır baş çəkilmir, o, müvafiq qurumların və səlahiyyətlərin gözündən-könlündən kənarda qalıb. Problem təkcə bu acınacaqlı vəziyyətlə yekunlaşmır. Heykəlin Azərbaycan Dövlət Neft Akademiyasına olan tərəfində yapışqan izləri var. Görünür, kimsə heykəlin üzərinə nə vaxtsa, hansısa reklam vərəqələri yapışdırıb. Vərəqlər qopsa da, onun izləri qalmaqdadır. Bundan başqa, heykəlin elə akademiyaya baxan hissəsində qara karandaşla hansısa məsuliyyətsiz və səviyyəsizlər tərəfindən yazılar yazılıb. Baş açılan olmasa da, görünür ki, bu yazıların şəhərin çox yerlərində, istinad divarlarında rast gəldiyimiz səviyyəsiz, milli-mənəvi, əxlaqi dəyərlərə zidd olan internet ünvanlarıdır.
Paytaxtda baxımsız vəziyyətdə olan Səməd Vurğunun heykəlidir. Bu heykəl də Cəfər Cabbarlının heykəlindən çox da uzaq olmayan bir yerdə, Səməd Vurğun parkında yerləşir. "28 May" metro stansiyasının yaxınlığında yerləşən görkəmli Xalq şairi Səməd Vurğunun adını, Cəfər Cabbarlıdan fərqli olaraq kənardan oxumaq olur. Adı, soyadı, doğulduğu və dünyasını dəyişdiyi tarixi göstərən hərflər elə bil qızıl hərflər, rəqəmlərlə heykələ həkk olunub. Ancaq bu hərflər də kirilcə yazılıb. Bir də heykəldəki "1906-1956" tarixlərindəki "6" rəqmi "o" kimi görünür. Səməd Vurğunun Cəfər Cabbarlının heykəlindən fərqlənməyən cəhəti isə ondadır ki, bu heykəli də çöl quşları biabırçı vəziyyətə salıb. Özlərinə toplantı yeri seçən çöl quşlarının yaratdığı "mənzərə" heykəlin rənginin dəyişməsinə səbəb olub. Bu möhtəşəm heykəlin aşağı hissəsində Xalq şairinin çoxlarının dillər əzbərinə çevrilən "Azərbaycan" şeirindən bir neçə misra yazılıb. O misralar ki, ümummilli lider Heydər Əliyev onu sevə-sevə söyləyib və bu dərin mənalı fikirlərdən həm də kövrələrək göz yaşlarına boğulub. Bu yazıların özü və kənarındakı vəziyyət də yaxşı deyil. Kirilcə yazılan həmin bəndi öz əlifbamızla təqdim edirik:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Bu şeiri ilə Azərbaycana nə qədər bağlı olduğunu hiss etdiyimiz bu dahi şəxsiyyət nə biləydi ki, canı qədər sevdiyi məmləkətində ona bu qədər laqeyd münasibət olacaq. Əgər buna münasibət demək mümkündürsə. Bir də maraqlıdır ki, bir heykələ yarım saat vaxt ayırıb yuyub-təmizləmək o qədər çətindirmi? Yaxud onilliklərlə dilimizə, dinimizə, musiqi alətlərimizə qadağalar tətbiq edən, milli-mənəvi dəyərlərimizin aşınmasına şərait yaradan, müstəqilliyimizdən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, qəddar sovet ideologiyasını təbliğ edən əlifbanı hələ də yaşatmaq bu qədər vacibdirmi? Bu əlifbanı sənət nümunəsinə çevirməyə nə lüzum var? Axı keçmiş tariximizi arxivə göndərilən kitablardan oxumaq elə də çətin deyil.
Xatırladaq ki, bir neçə gün əvvəl "Həftə içi" qəzetində Xurşudbanu Natəvanın heykəli ilə də bağlı analoji məsələ barədə material hazırlamışdıq. Həmin yazıda Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışmışdıq. Hər iki qurum problemə cavabdehliyi bir-birində axtarmışdı. Odur ki, bu yazıda onların mövqeyi əks olunmayıb.

Atif Sarıxanlı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.12.2018
13.12.2018
Putin təbrik məktubu göndərməməklə Paşinyanı aşağılayır - Ermənistan mətbuatı
Avtomobildə 8 kq-dan çox tiryək aşkar edilib
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb - Prezident
2018-ci il Azərbaycan üçün çox uğurlu il olub, o cümlədən idman sahəsində ölkəmiz böyük uğurlar əldə edib - İlham Əliyev
Sərhəd zastavasının ərazisində gizlədilən qaçaqmal pirotexniki vasitələr aşkarlanıb
Kanalda batan 60 yaşlı qadın axtarılır
İlham Əliyev Esmiralda Ələkbərovaya fəxri ad verib
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib - Siyahı
İlham Əliyev Ərdoğana başsağlığı verib