Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Günün qoroskopu
Tarix: 03.02.2013 | Saat: 05:55:00
Bölmə:Qoroskop | çapa göndər

Qoç - bu gün evdə və işdə qayda yaradın. Çoxsalyı kiçik işlər həllini gözləyir. Gələn informasiyaları yerbəyer edin, ehtiyac yaranarsa, təmirə əl atın.

Alış-verişdə çox pul xərcləməyin. Aldığınız nəsnə sizdə məmnunluq hissi yaratmayacaq. Ola bilər ki, nöqsan və ya nasazlıq tapasınız. Ya da o əşyanı baha qiymətə almağınız mümkündür.
Bu gün yağlı yeməyin, bir qədər pəhriz saxlayın. Qız bürcü, Ay və Marsın münasibətləri sağlam həyat tərzi, fiziki iş, piyada gəzinti tələb edir.

Xroniki xəstəlik özünu büruzə verərsə, mütləq həkimə müraciət edin.
Şəxsi həyatda sözlər, komplimentlər və ya hədiyyədən daha çox qayğıya, diqqətə üstünlük verin.

Buğa - bu gün istədiyinizin əvəzinə tələb olunan işi görün. Uran və Yupiter arasındakı qarşılıqlı münasibətlər işdə qayda yaradılmasını, yaxınlarınızın xahişləri və rəhbərliyin tapşırıqlarının tam yerinə yetirilməsini tələb edir.

İşdə yaxşı çalışsanız, münasibətlərin ümumi fonunda da irəliləyiş ola bilər. Bu gün sizi tərifləyəcək, yardım təklif edəcəklər. Hədiyyə də istisna deyil.
Asudə vaxtda yaradıcılıqla məşğul olun.

Ailə üzvlərinə diqqət ayırın, sevdiyiniz insana laqeyd olmayın.
Şəxsi münasibətlərdə xoş gündür. Sevimli insanın dəyər verdiyi kiçik diqqət nişanələrini xatırlayın.

Əkizlər - Saturnun peyki Enselad Marsın peyki Fobosa ciddi təsir etmək istəyir və bu, ulduzların sizə diqqətini daha da artırır.

Müxtəlif instansiyalardakı məsələlərin həlli, həmkarlarla müzakirələr, tərəfdaş və ya şəriklə cari problemlərin nəzərdən keçirilməsi üçün əlverişli gündür.
Bütün problemləri sakitliklə, işgüzar mühitdə həll etmək olar. Ciddi məsələnin müzakirəsini axşam saatlarına, qeyri-formal şəraitə saxlayın.

Bu gün sizin şüarınız "Qayğı göstərmək!" olmalıdır. İş yerində, əməlləriniz, planlarınızda və yaşam məkanınızda qayda yaradın.

İnformasiya ilə işləyəndə tərtibatla təfərrüatlara xüsusi diqqət yetirin.
Axşam saatları ailə tədbirləri üçün əlverişlidir.

Alış-verişdə yalnız ehtiyac duyulan nəsnələri alın.

Xərçəng - bu gün fəallığınız məhsuldar və konstruktiv olmalıdır. İşlərə düşünülmüş qaydada, təmkinlə yanaşsanız ilkin nəticələri tezliklə əldə edəcəksiniz.

Qarşınıza çox böyük məqsədlər qoymayın. Neptunun təbii peyki Triton ilə Saturnun peyki Hiperion arasındakı münasibətlər gərginləşdiyindən bu gün kiçik, amma faydalı işlərlə məşğul olun.

Poçt qutuluranı yoxlayın, hadisələrin mərkəzində olun, baş verənlərə dərhal münasibət bildirin. Əlavə iş, ideya və yükdən imtina etməyin.

Borcları qaytarmaq, hesabları ödəmək, iş yerində qayda yaratmaq vaxtıdır.
Yaxın insanların maraqlarını və mənafelərini xatırlayın, onların yardım istəklərinə rədd cavabı verməyin.
Şəxsi münasibətlər də bu gün sizi yeni tapıntı və ya nəticələrlə sevindirə bilər.

Şir - nəticələr və yeniliklərin əldə olunması üçün fəaliyyətin istiqamətini dəyişmək olar. Əgər nəyisə dəyişməyə təşəbbüs etmək istəyirsinizsə, situasiyadan maksimum faydalanmağın yollarını arayın.

İstənilən işin maddi və maliyyə tərəfləri təhlil edilməli, perspektivlər nəzərdən keçirilməlidir.
İş və ya layihənin detallarını müzakirə etmək, qarşıda duran məsələləri müzakirə etmək gərəkdir
Axşam saatlarını ev işlərinə həsr edin.

Alış-verişdə gərəksiz simiclik nümayiş etdirməyin.
Şəxsi münasibətlərdə hər şeyin istədiyiniz kimi olmasına çalışmayın. Sevdiyiniz insana qayğı və diqqət göstərin.

Qız - bacarıqlarınız, ustalıq, intizamınız və qayda hissiniz ilə fəxr edə bilərsiniz. Yaxın ətrafınız uğurlarınızı sezəcək. Adətən vaxt tapmadığınız, fikir vermədiyiniz xırdalıqlar bu gün ön plana çıxacaq. Onları çözün və onda ətrafınızdakı harmoniyadan əsl həzz alacaqsınız.

Kiçik işi görmək üçün usta çağırmayın. Mənzil-kommunal sahəsində olan problemin həllini təxirə salmayın və bu problemi həll etməli olan adama rüşvət verməyin.
Axşam saatları istirahət və gəzinti üçün əlverişlidir.

Kiminsə hesabına özünüzü təsdiq etməyə, qürrələnməyə və lovğalanmağa can atmayın.
Normal yuxu və vitaminli qidalanmağa ehtiyacınız var.

Tərəzi - gün daha çox fərdi məşğuliyyətə, təkbaşına işə yarayır. Cari, rutin işlərlə məşğul olun, ehtiyac duyulan hər yerdə qayda yaradın. Bu gün planlarınız və fikirlərinizdə "təmizlik işləri" aparın.

Yaxın günlərdə nələrə ehtiyac duya biləcəyinizi düşünün. İnformasiya toplayın, görüş barədə danışın. Hesabları ödəyin, borcları verin, hesabatı başa vurun.
Vaxtınızı dəqiq planlaşdıraraq çox yorulmaqdan və izafi işdən qaçın.

Normal tonusda qalmağınız üçün indi səhhətinizə ciddi diqqət, səylər gərəkdir.
Axşam saatlarında daha çox dincəlin. İş həmişə var.

Əqrəb - bu gün hər şey əvvəlki məcrada olacaq. Heç bir ciddi dəyişkiliyə ehtiyac yoxdur. Sadəcə, işlərə önəmli təsir edən təfərrüatlar və nüansları nəzarətdə saxlayın.

İnformasiya axtarışına daha çox diqqət və vaxt ayırın. Ünsiyyət dairəsini məhdudlaşdırmayın, görüşə dəvətə mənfi cavab verməyin, danışıqlar aparın. Vədlərinizi və bilavasitə öhdəliklərinizi unutmayın.

İşi tərəfdaş və həmkarlarınızla birlikdə görün, axşam saatlarını da dostlarla keçirin.
İmic, səhhətə qulluq, treninqlərdə iştirak üçün sərfəli gündür.

İdmanı da bərpa etmək olar.

Oxatan - bu gün aktiv olun, yaşamın tempindən geri qalmayın. Yeni işlərə başlayın, sizi maraqlandıran ideya və layihələri həyata keçirməyə çalışın. İşə laqeyd, səthi münasibət yolverilməzdir. Saturn və Merkuri bu gün sizdən diqqətli olmağı tələb edir.

Yaradıcı yanaşmanın punktuallıq və səbrlə müşayiət olunması gərəkən işlərdə uğur əldə edə bilərsiniz. Çətin işi həll etməyə başlayın. Mürəkkəb, az adamın bacardığı işi görsəniz, effekt də əhəmiyyətli olar.

İşdə rəhbərliklə danışıq zamanı lazım olan tonu seçin. Belədə müsbət nəticəyə nail ola bilərsiniz.
Səhhətinizə diqqət yetirin.
Axşam saatlarında istirahətə, faydalı işlə məşğul olmağa vaxt tapın.

Oğlaq - gün sakit başlayacaq. Tələsməyin, cari məsələlərlə təmkinlə məşğul olun. Fəaliyyətinizə əlavə edə biləcəyiniz məqamlar barədə düşünmək zamanıdır. Təkliflər, xəbər və xidmət mübadiləsi gələcəklə bağlı yeni perspektivlər yarada bilər.

Tərəfdaş, layihələrinizi genişləndirmək üçün şərik tapa biləcəyiniz məclisdə, toplantıda və ya görüş yerində olun. Ailədə, evdə qayda yaratmaq üçün vaxt tapın. İndi istənilən sakit, rəvan, "təmizləyici" iş sizə daxili stabillik hissi ilə güc verə bilər.

Hisslərinizdə batini sakitlik, qarşılıqlı anlaşma və stabilliyə can atın.

Dolça - çoxdan can atdığınız nəticənin konkret və hətta formal şəkildə əldə olunması üçün əlverişli gündür. İşdə gərginliyin azalacağını düşünməyin. Şəxsi həyatda münasibətlər bir qədər gəriləcək, amma ciddi təlaş üçün heç bir əsas yoxdur.

Daha ciddi və vacib, bundan sonrakı yaşamınızda müəyyən mənada önəm daşıyacaq əməli reallaşdırmaq üçün imkan yaranıb.
İmkanlarınızdan xaricə çıxın, məqsədə çatın.

Hüquqi məsələləri həll etmək, danışıqlar aparmaq, toplantı keçirmək olar.
Maraq dairənizdə olan işləri axşam saatlarında da davam etdirə bilərsiniz.

Balıqlar - gün çoxsaylı əlaqələr, görüş, zənglər vəd edir. Bütün bunlar sizi yoraraq tənhalıq, sakitlik aramağa vadar edə bilər. Vacib saydığınız işlərlə məşğul olun, faydalı hesab etdiyiniz layihəni başa vurmağa çalışın.

Səhhətinizə fikir verin, düzgün qidalanın, təmiz havada çox olun.
Yaşamın keyfiyyətinə fikir verin.
İş yerindəki fəaliyyətdə qayda yaradılması əhvalınıza müsbət təsir edə bilər.

Şəxsi həyatda sizdən səmimlik tələb edəcəklər. Yaxın bildiyiniz insanı dinləyin, ona məsləhət verin, qayğısına qalın.

Siz də maraqlandığınız, narahatlığınıza səbəb olan suallara cavab ala bilər, çətin məqamı aydınlaşdıra bilərsiniz.


Bölməyə aid digər xəbərlər
17.06.2019 Günün qoroskopu
16.06.2019 Günün qoroskopu
12.06.2019 Günün qoroskopu
03.06.2019 Günün qoroskopu
02.06.2019 Günün qoroskopu

Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib
“Əmək haqlarının artımı büdcədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaq” – Tahir Mirkişili
Bu il Qazax rayonunda 12555 hektar sahədə taxıl əkilib - Nazirlik