Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ötən gün ölkədə 3 yanğın hadisəsi olub
Tarix: 11.02.2013 | Saat: 14:12:00
Bölmə:Hadisə | çapa göndər

Biləsuvar rayonu, Səmədabad kəndində ikimərtəbəli kommunal tipli yaşayış evinin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 1 otaqlı mənzildə yanğın baş verib. “Həftə-içi.az”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, mənzilin otağına yığılmış ev əşyaları 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi mühafizə olunub və yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi mühafizə olunub və yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Astara rayonu, Səncərədi kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət olan evin 1 otağında yanğın baş verib. Otağın döşəməsi 1 kv.m sahədə və 1 ədəd "Çinar" markalı soyuducu yanmışdır. Evin qalan hissəsi mühafizə olunub və yanğın saat 05:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fatimə Kərimli, “Həftə-içi.az”


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019