Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hadisə şəkil qəza
Tarix: 12.02.2013 | Saat: 16:33:00
Bölmə:Hadisə | çapa göndər

Paytaxtın Xətai rayonu ərazisində aparılan tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması ilə müşayiət olunan ehtiyatsızlıqdan baş verən ölüm hadisəsi qeydə alınıb.

Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun “Həftə-içi.az”a verdiyi məlumat görə, fevralın 10-da “Stil” Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının on dördüncü mərtəbəsindən həmin MTK-da fəhlə işləyən 1992-ci il təvəllüdlü Fərəcov Şöhlət Rafil oğlu yıxılaraq aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə və meyitə Xətai rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb və təhlükəsizlik texnikası ekspertlərinin iştirakı ilə baxış keçirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Murad Əhməd, “Həftə-içi.az”


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019